Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

“20 Yanvar”da qanunsuz sərnişindaşıma problemi... FOTO

“20 Yanvar”da qanunsuz sərnişindaşıma problemi... FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərində və ətraf ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti və xidmət səviyyəsi yaxşılaşdırılsa da, problemlər də kifayət qədərdir.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda əsas problemlərdən biri də qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələridir. Əsasən paytaxtla Xırdalan, Sumqayıt şəhərləri, eləcə də Masazır, Saray, Hacı Zeynalabdin qəsəbələri arasında işləyən bu avtobuslar hər gün metronun “20 Yanvar” stansiyası ətrafında xaotik vəziyyət yaradır. Avtobus dayanacaqlarını və yolların hərəkət hissələrini zəbt edən bu avtobuslar sıxlığın yaranmasına, cəmiyyətdəki nəqliyyat stressinin daha da artmasına gətirib çıxarırlar.

Bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərən, hər hansı vergiyə cəlb edilməyən, gün ərzində müxtəlif şəxslər arasında “əl dəyişdirən” bu nəqliyyat vasitələri - mikroavtobuslar asanlıqla ictimai nəqliyyat üçün ayrılmış xüsusi zolaqlardan istifadə edirlər və məsuliyyət daşımırlar. Bu da müəyyən şəxslərin daha rahat hərəkət etməsinə və dövriyyəsinin artmasına, nəticədə onların qeyri-qanuni fəaliyyət olan bu kimi sərnişindaşımalara həvəsinin artmasına gətirib çıxarır.

Paytaxtın mərkəzi ilə Xırdalan şəhəri arasında müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətindən qeyd edilib ki, qanunsuz fəaliyyət göstərən avtobuslar daha çox “20 Yanvar” ətrafının Nəsimi rayonu ərazisinə düşən hissəsində cəmləşirlər: “20 Yanvar” metrostansiyasının ətraf ərazisinin Yasamal rayonuna düşən hissəsində müəyyən tədbirlər görməklə bu avtobusların hərəkəti məhdudlaşdırılıb. Lakin ərazinin Nəsimi rayonuna düşən hissəsində problemlər qalmaqdadır. Bu nəqliyyat vasitələri dayanacaqlarda daha çox vaxt keçirirlər və müntəzəm marşrut xətləri üzrə avtobuslarımızın dayanacaqlara normal daxil olub-çıxmasına maneə törədirlər. Həmçinin bəzi ərazilərdə sıxlığa səbəb olurlar ki, bu da fəaliyyətimizə mənfi təsir göstərir”.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, qanunsuz sərnişindaşımaya qarşı tədbirlər həyata keçirilir: “Baş DYP İdarəsi qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması və bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə davamlı olaraq zəruri tədbirlər həyata keçirir, media subyektləri vasitəsilə əhaliyə təbliğat-təşviqat xarakterli çağırışlar edilir.

İlk növbədə sərnişinlərə öz təhlükəsizlikləri naminə bu prosesdə iştirak etməmək tövsiyə olunur. Qeyri-qanuni sərnişindaşımada istismar olunan avtomobillərin texniki vəziyyətinə nəzarət edilmədiyi, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülərin cəlb edildiyi, onların reysqabağı tibbi müayinədən keçirilmədiyi sərnişinlərin diqqətinə çatdırılır.

Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin avtobus zolaqlarından istifadəsi məsələsinə gəldikdə isə, deyə bilərəm ki, DYP tərəfindən davamlı olaraq belə hallara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür”.


M.Ağayev əlavə edib ki, avtobus zolağına qanunsuz daxil olanlar məsuliyyət daşıyırlar: “Bir daha bu sahədə qanunvericiliyin tələblərini pozan şəxslərin nəzərinə çatdırırıq ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yoldan yalnız müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayancaqlarla hərəkət edən avtobuslar istifadə edə bilər. Digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması yolverilməzdir və inzibati məsuliyyət yaradır”.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri