Icma.az
close
up
RU
20 Yanvarın bilmədiyimiz anı oxuyub dəhşətə gələcəksiniz

20 Yanvarın bilmədiyimiz anı oxuyub dəhşətə gələcəksiniz

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsil sevgi toyla, şəkillə, tarixlə ölçülmür. Bəzən elə sevgi var ki, güllə səsi ilə başlayır, sükutla davam edir. Və o cür sevgilər heç vaxt ölmür, dünya durduqca yaşayır…

O gecə Bakı yata bilmirdi. Yanvarın soyuğu asfaltın damarlarına işləyirdi. Küçələrdə sovet tankları, sovet əsgərləri qarşılarına çıxan dinc sakinləri güllələyirdilər. Amma bu ölüm zərrəcə qorxu yarada bilmirdi. Əksinə, hər yerdə qürur var idi. İnsanlar azadlığı qanla çağırırdı.

Və o gecə Vəfadar evdən çıxanda, arxasınca boylanan  baxışlarının nə dediyini bəlkə də duya bilmirdi. Bəlkə də o xanımı ömürlük qürurlu etmək üçün qəsdən duymurdu.

Dəhşətdir, bəzi ayrılıqlar söz eşitmək istəmir. İnsan içində nəyinsə qopduğunu hiss edir, amma bunun adını qoya bilmir.

Vəfadar getdiyi kimi geri qayıtmalı idi… Amma qayıda bilmədi. O, yaralıları xilas etməyə gedərkən öz taleyini tapdı. Şəhid adı qazandı. Sovet tankının, sovet əsgərinin gülləsinə tuş gəldi. Güllələndi, amma ölmədi.

Həmin gecə güllə insanı öldürmürdü. Güllə yarımçıq qalan cümlələri öldürürdü. Güllə “sonra danışarıq”ları, “evlənərik”ləri, “qocalanda gülərik”ləri öldürdü.

Həmin gecə, 20 Yanvar gecəsi Mənzərin ömrü iki yerə bölündü… Vəfadarlı zaman və ondan sonrakı zaman…

Günlər, aylar, illər keçdi. Ona “Gəncsən, həyat davam edir”, dedilər. “Zaman hər şeyin dərmanıdır”, “Unudarsan”, dedilər. Amma bunu deyənlər bilmirdilər ki, sevgi unutmaq üçün yaranmır, yaşamaq, daşımaq üçün doğulur.

Mənzər Vəfadarlı günlərini unutmadı. Unutmaq istəmədi. Onu elə sevmişdi ki, unutmaq xəyanət olardı.

O, toy libası geyinmədi, əvəzində qara xatirələri ağ saxladı. Övlad dünyaya gətirmədi, amma şəhidinin adını yaşatdı.

O sevgisini elə qısqanclıqla sevirdi ki, ona şeir yazmadı, ekranlara çıxmadı. Sadəcə yaşadı…

Hər 20 Yanvar gələndə, şəhər qara geyinəndə, Mənzər üçün heç nə dəyişmədi. Çünki onun üçün zaman 36 ildir ki, dayanıb.

Qadınlar güclü olur deyirlər. Burada mütləq bunu da demək lazımdır ki, qadınlar sədaqətli olanda güclü görünür.

Mənzər sevgisinə sadiq qaldı. Əlbəttə ki, ən böyük qəhrəmanlıq budur. Sənə aid olan bir gələcəyi başqasının xatirəsinə qurban vermək hər bəndənin işi deyil.

Və bu yazdıqlarımız filmlik sevgi, romantik hekayə deyil.

Bu, 20 Yanvarın görünməyən şəhidlərindən biridir. O gecə təkcə Vəfadar ölmədi. Bir qadının gülüşü güllələndi. Bir toy da baş tutmadı. Amma bütün bunların müqabilində bir sevgi heç zaman ölmədi.

Bu gün biz hamımız şəhidləri ehtiramla yad edirik, onların şəkillərinə baxırıq, anım günləri keçiririk.

Mənzər kimi xanımlar bizə xatırladır ki, Vətən təkcə qanla yox, sədaqətlə də qorunur. Sən sirrə bax, Allah, Allah, bu xanımın susqun ömrü min nitqdən daha uca danışır.

Bu, o Mənzərdir…

1990-cı il yanvarın 22-də şəhid olan Vəfadar Eminovun sevgisini bu günə qədər yaşadan, bundan sonra da yaşadacaq olan qadın. Bu sevgi nə illərə uduzub, nə də taleyin sərt hökmünə baş əyib.

Vəfadar Eminov Borçalının Kirəc Muğanlı kəndində doğulmuşdu. Orada böyümüş, Vətən sevgisini də, insan sevgisini də elə orada öyrənmişdi.

1990-cı il yanvarın 22-də yaralılar üçün qanvermə aksiyasında getmişdi. Xəstəxanadan çıxarkən mənfur düşmənin açdığı atəş onun həyat yolunu ömürlük kəsmişdi. O yolun adı şəhidlik idi.

Şəhidin bacısı Gülnarə Musayevanın danışdıqları ürək dağlayır: “Biz Mənzərə elçi getməyə hazırlaşırdıq. Valideynlərimiz tanış idi. Amma qismət olmadı. Yanvar hadisələrindən sonra çox ağır günlər yaşadıq. Yarımçıq qalan xeyir işimiz, ata-anamın fəryadı bizi sarsıtmışdı. Mənzərə zəng vurmağa da ürək etmirdik. Düşünürdük ki, yaralı qəlbini bir daha ağrıtmayaq. İllər belə keçdi… Ta ki 2025-ci il iyulun 25-dək”.

Bəzən illər insanları ayırmır, sadəcə səssizləşdirir. Təsadüfən Qubadan olan bir rəfiqəsi ilə söhbət zamanı məlum oldu ki, Mənzər Vəfadardan sonra heç kimi sevməyib, ailə qurmayıb.

Və həmin gün Gülnarə Mənzərə zəng vurur. “Dəstəyin o başında səs titrəyirdi. ‘Kimsiniz?’ dedi. ‘Vəfadarın bacısıyam’, söylədim. Bir neçə dəqiqə lal sükut oldu… Sonra ikimiz də hönkür-hönkür ağladıq”.

Bəzən insanlar danışmadan da bir-birini anlayır.

Məlum oldu ki, Mənzərin valideynləri onu ailə qurmağa razı salmaq istəsələr də, o qətiyyətlə imtina edib. Vəfadara olan sevgisini heç nəyə dəyişməyib.

Mənzərin dedikləri milyon illər unudulmayacaq: “O qanlı yanvarda özümü öldürmək istəyirdim. Elə bil hər yerdə Vəfadarı görürdüm. Ürəyimdə ona səslənirdim: ‘Ruhun buradadırsa, mənə yol göstər’. Sanki kimsə saçımı sığalladı, məni ayağa qaldırdı. O gündən söz verdim ki, onu heç kimə dəyişməyəcəyəm”.

Bu söz and idi və bu and ömür boyu tutuldu.

Bu gün Mənzərin 54 yaşı var. İxtisasca ingilis dili müəllimidir. Hazırda başqa sahədə çalışır. İş yerində onu şəhid ailəsi kimi tanıyır, hörmət edirlər.

Amma onu ən çox tanıdan nə vəzifəsi, nə də yaşıdır. Onu tanıdan sədaqətidir.

Sadə səbəbi var, hər kəs sevir… amma hər kəs ömrünü bir sevginin xatirəsinə çevirə bilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Yanvar 2026 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri