200 illik tarixi olan Ağbulaq kəndi: Cəmi səkkiz ailə yaşayır VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Cəlilabad rayonunun Ağdaş inzibati ərazisinə daxil olan Ağbulaq kəndinə səfər edilib.
Kənddə hazırda cəmi səkkiz ailənin yaşadığı bildirilir.
Sakinlərin sözlərinə görə, bir vaxtlar kənddə təxminən 40 ev olub. Lakin yol, məktəb və digər sosial imkanların məhdud olması səbəbindən ailələrin böyük hissəsi başqa ərazilərə köçüb. Hazırda burada məktəb və xəstəxana yoxdur. Xüsusilə qış aylarında yolların palçıq və sürüşkən olması sakinlərin rayon mərkəzinə gedib-gəlməsini çətinləşdirir.
Kənd sakinlərindən Elməddin bəy bildirir ki, Ağbulağa gedən təxminən 8 kilometrlik yolun çətinliyi səbəbindən hətta ev tikmək üçün lazım olan inşaat materiallarını belə çiynində kəndə daşımalı olub.
Ağbulağın tarixinin ən azı 200 il əvvələ gedib çıxdığı qeyd edilir. Kənd sakinlərinin sözlərinə görə, əvvəllər burada 40-a yaxın ev olub və kənddən çoxsaylı alitəhsilli insanlar çıxıb. Lakin iş imkanlarının və yaşayış şəraitinin məhdudluğu gənclərin kənddən köçməsinə səbəb olub.
Ağbulaqda diqqətçəkən məqamlardan biri də sakinlərin bir-biri ilə yaxın münasibətidir. Kənddə az sayda ailə qaldığından insanlar bir-birinin evinə rahat gedib-gəlir, qapılarını isə çox vaxt bağlamırlar. Sakinlərin sözlərinə görə, harada samovar tüstüsü görünürsə, kənddə yaşayanlar oraya toplaşırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 05 Oktyabr 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















