Icma.az
close
up
RU
200 min manatlıq dələduzluq ittihamı 20 nəfərdən çox şikayətçi var

200 min manatlıq dələduzluq ittihamı 20 nəfərdən çox şikayətçi var

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda böyük miqdarda dələduzluqda təqsirləndirilən Günel Abbasovanın (Pənah qızı) məhkəmə prosesi keçirilir.

Bu barədə AFN.az-a zərərçəkənlər məlumat veriblər. Bildirilir ki, G.Abbasova 20 nəfərdən çox vətəndaşa müxtəlif adlarla ümumilikdə 200 min manata yaxın pul "atıb”. Qeyd edək ki, G.Abbasova haqqında Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri üzrə Qaradağ rayon Polis İdarəsində istintaq olunan cinayət işi Qaradağ rayon Prokurorluğu tərəfindən Qaradağ rayon məhkəməsinə göndərilib. Qaradağ rayon məhkəməsində qərara alınıb ki, sonuncu şikayət Xətai rayonu ərazisindən daxil olduğu üçün işə baxılması Xətai rayon məhkəməsinə həvalə edilsin. Xətai rayon məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə dekabrın 23-də hazırlıq iclası keçirilib, növbəti məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Zərərçəkənlər bildirirlər ki, 20 nəfər G.Abbasovaya bu və digər işləri görmək üçün rəsmi formada pul verənlərdir, əslində isə onun əməllərindən zərər çəkənlərin sayı kifayət qədər çoxdur: "Günel Abbasova isə istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı özünü kifayət qədər arxayın aparır, hər iclasa "bayıra çıxacam” havası ilə qatılır. İclaslarda hər kəsi susdurmağa, haqsız çıxarmağa çalışır, özünü günahkar saymır. Həbs edilməmişdən əvvəl müstəntiqlərə yalandan hamiləlik kağızı təqdim etmişdi. Üstəlik, məhkəmə proseslərində bizə hədə-qorxu gəlir ki, 3-4 il alacam, yatıb çıxacam, sizin pulunuz batacaq. Elə bilir ki, o qədər vəsaiti buna keçəcək məhkəmə, yaxud zərərçəkənlər”.

Zərəçəkənlərdən Səfərov Sənan Əli oğlu bildirir ki, G.Abbasova onlardan qardaşı oğlu Səfərli Eyvaz Kənan oğlunu Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə işə düzəltək adı ilə 15 min manat alıb: "Biz onunla iş yoldaşım Abdullayev Əhəd vasitəsilə tanış olmuşuq. Bildirib ki, Prezident Administrasiyasında adamı var onun vasitəsilə işə düzəldir. İşə düzəltməyin rüsumunun 15 min manat olduğunu deyib. Pulu Günelin özünə məxsus karta atmışıq. Bir neçə ay yalan vədlərlə və bəhanələrlə bizi yola verdikdən sonra ortada yalan olduğunu bildik və polisə müraciət etməyə məcbur olduq. Qardaşım oğluna dedim getdi Gəncədə yazılı şəkildə şikayətini bildirdi. Günel bizi tanış edən adamlara da pul atıb, onlar mənə öz hesablarına 1000 manat qaytarıblar. Günel isə izahatında deyir ki, guya o qaytarıb. Yalan deyir. Pulumu alana qədər o qadından əl çəkməyəcəm. Mülki iddia da qaldırmışam. Xahiş edirəm, bu məsələ geniş ictimailəşsin, bütün Azərbaycan bilsin ki, bu qadın hansı səviyyədə insandır. Gah övladım ölüb dedi, gah atam ölüb dedi. Belə qadınların evdə uşaq böyütməsi yolverilməzdir”.

İsayev Vüqar Hilal oğlu da zərərçəkmişlərdən biridir. G.Abbasova 2 min manatını alaraq ona pensiya düzəldəcəyini desə də, digər zərərçəkmişlər kimi onun da "işini düzəltməyib”. O, dəyən zərərdən heç bir məbləğ geri almadığını deyir.

Hüseynova Mələk Raqib qızı G.Abbasovaya 11 min manat məbləğində pul verib. Öz növbəsində G.Abbasova onu məktəblərin birində müəllimə düzəltməyi öhdəsinə götürüb. Guya M.Hüseynovanı müəllimlərin işə qəbul imtahanından keçirib işlə təmin edəcəkmiş. Onun da işi düzəlməməklə yanaşı, dəymiş zərərin heç bir hissəsi geri qaytarılmayıb.

Yəhyayeva Səbinə Akif qızı G.Abbasovaya 8 min manat verib. Əvəzində Mingəçevir şəhərində "vakant yer açaraq” onu işə düzəldəcəkmiş.

Səfərova Raya Bulud G.Abbasovaya 44 min manat pul verib. Onun 32 min manatını ala bilsə də, 12 min manat hələ də qalır: "İki iş düzəltmək adı ilə alıb. "Sadəcə şirinlikdir, o işlər çox bahadır, mənim adamlarım yaxşı yerdədir deyə ucuz başa gəlir” deyirdi”.

Eminova Gülnar İlham qızı isə həyat yoldaşının işə düzəldilməsi üçün G.Abbasovaya 15 min manat verib. Dəyən zərər geri ödənməyib: "Ötən ilin fevralında 7 saylı ASAN Xidmət mərkəzində vermişəm pulu. Müqavilə bağladıq, iki ay ərzində iş düzəlməsəydi pul geri qaytarılmalı idi. Bir qəpik belə qaytarmayıb, nə də işi düzəltməyib”.

Ələkbərov Rasim G.Abbasovaya iş düzəltmək üçün 5500 manat verib. Lakin nə iş düzəlib, nə vəsaitdən geri qaytarılıb.

Şikayətçilər düşünürlər ki, G.Abbasovanın atası və bacısı da bu işdə onunla əlbirdirlər. Belə ki, zərərçəkənlərdən bəziləri pulu G.Abbasovanın atası Rüstəmov Pənahın kartına göndəriblər, Günelə guya iş düzəltmək üçün lazım olan sənədləri isə bacısı Günaya veriblər. Əliyeva Kəmalə Məzahir qızı bildirir ki, G.Abbasovanın atası və bacısı onun qonşuluğunda yaşayırlar: "Maddi vəziyyətləri yaxşıdır, görünür, Günelin insanları aldadıb aldığı pullardan onlar da "nəsiblərini” alıblar. Atası və bacısı "Qobu Park 3”-də obyekt işlədirlər. Həmin obyekt Günelin uşağının adına idi, o həbs edilən kimi obyektin adını dəyişdilər. Mən xəstə övladım ola-ola kreditə girdim 6500 manat kredit götürüb Günelin atasının kartına göndərdim, qohumuma əlillik düzəldəcəkdi guya. Lazım olan sənədləri də onun bacısına vermişəm. Amma düzəltmədi, aldatdı bizi”.

Zərərçəkənlərin bir qismi də pulları G.Abbasovanın həyat yoldaşı Əlabbas Abbasovun kartına göndərdiklərini bildirirlər: "Həyat yoldaşı da, atası da, bacısı da işin əslini-astarını bilirlər, onunla əlbir ola bilərlər, biz bunu məhkəmədə də bildirmişik”.

Şikayətçilər onu da bildirirlər ki, adları çəkilən şəxslərin heç biri nə istintaqa, nə də ki, indiyədək keçirilən məhkəmə proseslərinə çağırılmayıblar.

Qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri