Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...

2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azəzrbaycanda kənd təsərrüfatının ən ciddi problemlərindən biri də sığorta sistemi ilə bağlıdır. Kəndlilər, fermerlər sığortalanmaya maraq göstərmədiklərindən aqrar sektorda məhsul itkisi adi haldır. Ölkədə Aqrar Sığorta Fondu yaradılsa da fermerlər onun imkanlarından yetərincə yararlanmırlar.

Ölkə Prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanı ilə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilmişdir. “Aqrar sığorta haqqında” qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.

Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilmişdir. Onun məqsədi aqrar sığorta bazarı infrastrukturunun formalaşdırılmasına və inkişafına kömək göstərmək, aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini və istehsalın davamlılığını təmin etmək, kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarına dəstək olmaqdır.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun (ASF) www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

ASF tərəfindən zərər görmüş fermerlərə 2024-cü ilin ilk 10 ayında 4 milyon manat sığorta ödənişi verilib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi edilib.

Dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində dekabrın 2-də meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib. Aqrar Sığorta Fondundan bildirilib ki, ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib. Xaçmaz rayonunun Cığatay kəndində yerləşən “Trek Service Engineering” MMC şirkətinin badam bağına şaxtavurma nəticəsində böyük zərər dəyib. Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıblar. Nəticədə badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə - 73 min 768 manat ödəniş həyata keçirilib. Bu indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.

Bundan başqa, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə “vəhşi heyvanların hücumu” riski nəticəsində 2551 manat sığorta ödəniş edilib. Quba rayonunda isə taxıl sahəsini dolu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə 15 min 420 manat ödəniş edilib. Eyni zamanda, taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində “vəhşi heyvanların hücumu” riski üzrə 1546 manat ödəniş edilib.

Quba rayonunda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə, kiçik təsərrüfata 4680 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişlərinin təqdim olunması zamanı fermerlərə bildirilib ki, aqrar sığorta mexanizmi əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qoruyur. Bu risklərə dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Təsərrüfatları belə risklərdən qorumaq üçün ən yaxşı üsul dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanmaqdır. Mövcud mexanizmə əsasən, sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş müqabilində təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.

Mal-qarası tələf olan sahibkarlar da ödəniş ala bilərlər. Qeyd edək ki, indiyədək Aqrar Sigorta Fondu tərəfindən vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödənişlər edilib. Təkcə 2024-cü ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə, fermerlərə ümumilikdə 37 485 manat ödəniş edilib. Ümumilikdə indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 2,5 milyon manat sığorta ödənişi edilib. 2022-ci ildə bu rəqəm 710 min manat, 2023-cu ildə 910 min manatr, 2024-cü ilin ilk 8 ayında isə 770 min manat təşkil edib.

Azərbaycanda təsərrüfatların belə hallardan qorunması üçün aqrar sığorta mexanizmi mövcuddur. Aqrar Sığorta Fondununi məlumatına görə, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə, kənd təsərrüfatı heyvanlarını, iri buynuzlu və xırda buynuzlu mal-qaranı müxtəlif risklərdən, o cümlədən vəhşi heyvnaların hücumu nəticəsində dəyən zərərdən sığortalamaq olar. Heyvanların sığortası südlük və ətlik mal qara, yəni inək və danalar, eləcə də xırda buynuzlu heyvanlar, yəni qoyum və keçi təsərrüfatlarını əhatə edir.

Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və həşərat sancması, zəhərli ot və yemdən, kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, soyğunçuluq və quldurluq halları nəticəsində dəymiş zərərlərdən qoruyur. Göründüyü kimi, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisədə nəticəsində dəyən zərərə görə də ödəniş nəzərdə tutulub.

Sığorta haqqına isə 50 faizlik dövlət dəstəyi mövcuddur, başqa sözlə, heyvanların sığortası zamanı, hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir, nəticədə cüzi ödənişlə təsərrüfatını sığorta edə bilir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, sığorta tarifi 5,2-8,2% arasında dəyişir. Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanın 1 il müddətində sığorta əldə edə bilər. Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələdlf olarsa, heyvanın qiymətinin 90 faizi qədər ödəniş edilir. Məsələn 300 manatlıq qoyun tələf olarsa fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir.

Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib. Yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədi daşıyır. Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə çiyələk, şəkər çuğunduru və tütün bitkisinin sığorta şərtlərində dəyişiklik edilib. Belə ki, «Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri»ndə 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq miqdarı indiyədək olan 400 sentnerdən (40 tondan) 700 sentnerə (70 tona) qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə elən fermerlərin məhsulu bütünlüklə sığortalamağa imkan verəcək.

«Şəkər çuğunduru bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri»nə dəyişiklik edilib. Yenilik nəticəsində sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 AZN müəyyən edilib. «Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri»nə edilmiş yeniliyə əsasən sığorta məqsədləri üçün tütün bitkisinin çəkisinə olan tələblər dəyişib. Belə ki, tütün bitkisinin 1 hektardan məhsuldarlığının maksimum miqdarı 200 sentner müəyyən edilib. Bundan başqa, «Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri»nə dəyişilik edilməsi nəticəsində sığorta məqsədləri üçün tütün bitkisinin maksimum qiyməti 1 sentner üçün 30 manat müəyyən edilib.

Mahir Həmzəoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Dekabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri