Icma.az
close
up
RU
2013 cü il oktyabrın 9 da keçirilmiş seçkilərdə…

2013 cü il oktyabrın 9 da keçirilmiş seçkilərdə…

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Milli Məclisdə keçirilən təntənəli andiçmə mərasimindəki nitqindən
19 oktyabr 2013-cü il.

Xalq əvvəlki 10 ilin uğurlarına səs vermişdi 

Əsl siyasətçi məntiqi, lider arqumenti idi. Dövlət başçımız deyirdi ki, xalq bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Yəni ölkə əhalisi görülmüş işlərə qiymət verməklə yanaşı, görüləcək işlər üçün də öz seçimini etməli idi və etdi. Nəticələr isə göz qabağındadır.

Ekspert və tarixçilər yazırlar ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşmüşdü. Bildirilir ki, ölkə vətəndaşlarının səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən də yayınmamışdı. Müşahidəçilərin hamısı həmin faktı yüksək qiymətləndirərək Azərbaycanda demokratik proseslərin uğurla getdiyini, prezident seçkilərinin dünya təcrübəsinə əsaslanaraq keçirildiyini bildirmişdilər.

Ölkə seçicilərinin böyük əksəriyyətinin öz səsini yenidən İlham Əliyevə verməsi Heydər Əliyev siyasi kursuna olan inam və etimadın göstəricisi idi. Mütəxəssislərin fikrincə, Azərbaycan xalqı ulu öndərin siyasi xəttini dəstəkləməklə yanaşı, həm də seçkidən əvvəlki 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs vermişdi. Çünki 2003-cü ilin oktyabrından sonra Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdı. Nəticədə, Prezident İlham Əliyevin uğurlu siyasəti dünyanın bütün qabaqcıl ölkələri tərəfindən qəbul olunurdu.

Bu bir fakt idi ki, Prezident İlham Əliyev 2003-cü ildəki seçkilərdən sonra müstəqil siyasət yürüdə biləcək azsaylı dövlət başçılarından biri kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdı. Məhz onun rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilmişdi. Reallaşdırılan qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirmiş, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrilmişdi. Ölkə əhalisinin fikrincə, Prezident İlham Əliyevin 2003-cü ilin payızından sonra həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss etməyə başlamışdı.

Bütün bunları dövlət başçımız ötən il fevralın 14-də keçirilən andiçmə mərasimində daha aydın şəkildə ifadə etmişdi: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik”.

O, dedi və etdi. Nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilən İlham Əliyev nəinki indi haqqında söz açdığımız 2013-cü il seçkilərindən sonra, ümumiyyətlə, son 22 ildə istənilən addımı ilə Azərbaycan xalqının arzu və istəklərinin reallaşdırılmasına çalışmış və nail olmuşdur. Biz bu arqumentlərimizin təsdiqini qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il noyabrın 8-də Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da görürük: “Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir. Şuşa Bəyannaməsi ilə taclanan, “Bir millət, iki dövlət” şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram”.

Biz cənab Prezidentimizin siyasi uzaqgörənliyi, qətiyyəti, əzmkarlığı və prinsipiallığı barədə deyilənlərin təsdiqini Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bu ilin 8 avqustundan bəri bir neçə dəfə dilə gətirdiyi fikirlərdə də görürük. D.Trampın Azərbaycan Prezidentinə “Siz böyük lidersiniz.” – deməsi də dövlətimizin və xalqımızın bədxahlarının yuxusunu ərşə çəkmişdi, “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”, – deyə dünyanın ən güclü dövlətinin baş ofisinin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim etməsi də.

Yeri gəlmişkən, bəzi dövlət başçıları vaxtilə kiminsə diktəsi və ya hansısa maraq müqabilində Azərbaycanla əməkdaşlıqdan çəkindiklərinə görə bu gün açıq şəkildə peşmanlıq hissləri keçirirlər. Bu faktı bizim – yəni azərbaycanlı jurnalistlərin – deməyimizlə əcnəbi siyasətçilərin söyləməsinin olduqca böyük fərqi var. Məsələn, bugünlərdə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sosial şəbəkədə yazmışdı ki, biz on beş il əvvəl qarşılıqlı hörmət və fayda əsasında Azərbaycanla tərəfdaşlıq qurmağa başlayan dönəmlərdə, bəzi Avropa liderləri bizi məsxərəyə qoyur və bizə dərs keçməyə çalışırdılar: “Bu gün isə həmin liderlərin özləri Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar”.

2013-cü ildə keçirilmiş prezident seçkiləri barədə danışarkən həmin illər üçün xarakterik olan məsələlərdən birini xatırlatmaq istərdim. Cənab Prezident 2011-ci il martın 1-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda demişdi ki, biz sadəcə olaraq hansısa qısamüddətli inkişaf planının icrası ilə deyil, ölkəmizin uzunmüddətli strategiyasının hazırlanması ilə məşğuluq: “Bu gün, 10 ildən, 20 ildən sonra nələr baş verəcək? Azərbaycan hər bir çağırışa, hər bir vəziyyətə hazır olmalıdır. Bizim imkanlarımız vardır. Bununla bərabər, bizim düşünülmüş siyasətimiz vardır. Biz dünyada gedən prosesləri izləyirik, bilirik. Azərbaycan bu gün regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilibdir. Biz bunu siyasətimiz, apardığımız islahatlar, düşünülmüş addımlarımızla etmişik. Bu gün Azərbaycan regional faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır. Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bütün bu reallıqlara çatmaq üçün mühüm rol oynamışdır. Eyni zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir”.

Yəni, ölkəmiz 2008-ci il prezident seçkilərindən 2013-cü il seçkilərinədək cəmiyyət həyatının bütün sahələrində yeni-yeni uğurlara imza atmışdı. Ordumuz heç zaman olmadığı səviyyədə müasirləşdirilmiş, “hücum diplomatiyası” günün reallığına çevrilmiş, üçrəngli bayrağımız kosmosdakı süni peykimizin üzərində inkişaf etmiş ölkələrin bayraqları və peykləri ilə yanaşı dövr etməyə başlamış (2013-cü il fevralın 8-də Azərbaycan kosmosa “Azerspace-1” ilk süni peykini buraxmışdır), ölkəmiz dünya tarixinə “Bakı Prosesi” adıyla düşmüş mükəmməl bir layihənin icrasına nail olmuş (2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edilmişdi) və onlarca belə uğurlarımız olmuşdu.

Ancaq mənə elə gəlir ki, dövlət başçımızın 2013-cü ildəki ən böyük uğuru postsovet məkanının heç yerində analoqu olmayan bir sosial layihənin icra edilməsi idi. Həmin ilin yayında Bakıda “Jurnalistlər şəhərciyi”nin ilk binası istifadəyə verilmiş və 155 həmkarımızın mənzil şəraiti yaxşılaşdırılmışdı. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, iyulun 22-də cənab Prezident istifadəyə verilən ilk binanın açılışına gəlmiş və biz jurnalistlərlə şəkil çəkdirmişdi.

Torpaqların cah-cəlallı, suverenliyin əbədi, ordun güclü, bayrağın uca, Liderin var olsun, Azərbaycan!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri