Prokurorluqdan deputat oğlunun iştirak etdiyi cinayətlə bağlı AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Mirağayev Cəlal Miryaqub oğlunun oktyabrın 23-də qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Ilkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə ("Ceyhun Sabunçu" ləqəbli) Rəhimov Emin Qoşqar oğlu ("Sabunçu Emin" ləqəbli) arasında borcla bağlı yaranmış mübahisənin həll edilməsi məqsədilə kriminial aləmlə əlaqəli olan digər şəxslərin iştirakı ilə 23.10.2026-cı il tarixdə, saat 00 radələrində qeyd olunan restoranda təşkil edilən görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Oktyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















