Icma.az
close
up
RU
Menu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

2024cü il başa çatır: diqqətçəkən məqamlar

2024cü il başa çatır: diqqətçəkən məqamlar

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycan hansı uğurları əldə etdi, nələr qazandı? Ölkəmizin xarici siyasətinin uğurları, Prezident və Parlament seçkiləri, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi və s. 2024-cü ildə bütün qazanılan uğurlarla bağlı Milli Məclisin deputatları, politoloqlar “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.

“Bu, çox böyük diplomatik uğurdur”

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə 2024-cü ili Azərbaycan tarixində çox uğurlu il hesab etdiyini deyib: “Çünki tariximizdə ilk dəfə olaraq həm Prezident, həm Parlament seçkilərini suverenliyini bərpa etmiş, torpaqlarını qaytarmış bütöv Azərbaycan ərazisində keçirdik. Bu, çox böyük uğur, Azərbaycan tarixində şanlı səhifədir”.

Deputat həmçinin bildirib ki, bu il Azərbaycan mötəbər tədbir olan COP29 sammitinə ev sahibliyi etdi: “Bu tədbirə 200-dən çox ölkədən 75 min rəsmi nümayəndənin gəlməsi və 80-nə yaxın dövlət, hökumət başçısının iştirakı Azərbaycan üçün çox böyük diplomatik uğurdur. Demək olar ki, Azərbaycan bir neçə ay ərzində dünya siyasətinin, diplomatiyasının mərkəzinə çevrildi və bu sammit çox uğurlu keçdi, mühüm qərarlar qəbul olundu. İqlim dəyişikliyi ilə bağlı mübarizəyə töhfə verən qərarlar oldu. Faktiki olaraq planetimizin gələcəyini və onun məhv olmasının qarşısının alınmasında Azərbaycan çox böyük rol oynadı”.

“Azərbaycan iqtisadi inkişafa yönəlmiş siyasət aparır”

F.İsmayılzadə Azərbaycanın uğurları sırasında yeni təşkilatlara, o cümlədən D-8 təşkilatına üzv olmasını, eləcə də bir neçə təşkilatda, beynəlxalq forumlarda sədrliyin Azərbaycana keçməsini diqqətə çatdırıb: “Bundan əlavə Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri, bütün bunlar göstərir ki, Azərbaycan sürətlə inkişaf edir. Bizim regionda müharibələrin davam etdiyinə, qeyri-sabitlik olmasına baxmayaraq Azərbaycan diplomatik məharətinə görə bu sabitliyi qoruya bilir və iqtisadi inkişafa yönəlmiş siyasət aparır”.

“Bu il Azərbaycanımızın bütövlüyünün, suverenliyinin təsdiqi ili olaraq tarixə daxil olur”

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva qeyd edib ki, bu il böyük uğurlarla Azərbaycanımızın bütövlüyünün, suverenliyinin təsdiqi ili olaraq tarixə daxil olur: “Biz 2024-cü ildə 30 ildən artıq işğal altında qalmış və 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi, ordumuzun, əsgərlərimizin, xalqımızın şücaəti ilə və ötən il həyata keçirdiyimiz antiterror əməliyyatlarından sonra tamamilə azad olmuş torpaqlarımızın bütün ərazilərində ilk dəfə Prezident seçkisi keçirdik. Hər bir Azərbaycan vətəndaşı öz iradəsini bir daha bu seçkidə təsdiq etdi və Müzəffər Ali Baş Koamndan Prezident İlham Əliyevə yekdilliklə səs verdi. Daha sonra suveren ölkəmizdə ilk dəfə Parlament seçkisi keçirildi. Xalq öz etimad göstərdiyi namizdələrinə səs verdi. Beləliklə, bir daha xalq öz dövlətinə, dövlətçiliyinə, öz gələcəyinə, inkişafına səs vermiş oldu”.

“Azərbaycan bu il böyük uğurlu islahatları davam etdirdi”

J.Əliyeva 2024-cü ilin uğurlarından bəhs edərkən vurğulayıb ki, Azərbaycan bu il uğurlarının davamı olaraq çox möhtəşəm bir tədbirə - COP29 konfrasına ev sahibliyi etdi: “Bildirim ki, Azərbaycan bu tədbirə sadəcə ev sahibliyi etmədi, bütün dünyaya bir daha bu konfrans vasitəsilə öz mövqeyini, sarsılmazlığını, gücünü, möhtəşəmliyini nümayiş etdirdi. Konfrans zamanı cənab İlham Əliyevin cəsarətli çıxışı, dünyaya etdiyi çağırışlar düşünürəm ki, çox əhəmiyyətli idi. Eləcə də bu gün hələ də ikili standartlarla çıxış edən bir çox ölkələrə açıq bir mesaj idi”.

Deputat qeyd edib ki, Azərbaycan 2024-cü ildə daha əvvəlki illərdə başlatdığı böyük uğurlu islahatları davam etdirdi: “Bu il daha əvvəllər Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan inqilabi dəyişikliklər uğurla davam etdirildi. Bu yaxınlarda Milli Məclisdə 2025-ci ilin büdcə müzakirələri zamanı önümüzdəki illər üçün cənab Prezident tərəfindən təqdim edilən sosial paket də müzakirə edildi və bu sosial paket hər zamankı kimi ölkənin bütün təbəqələrini, xüsusilə də qorunmağa ehtiyacı olan təbəqələrini bir daha əhatə edəcək, onların yaşayış səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq. Elə dünən yenə cənab Prezident tərəfindən müavinətlərin, pensiyaların artırılması haqqında Sərəncam imzalandı. Bu da büdcəmizin möhkəmlənməsinin, Azərbaycan vətəndaşının yaxşı həyat tərzinin təminatçısı olan dövlətimizin yeni bir uğurudur”.

“Biz bu günlərin sevincini yaşayırıq”

O, 2024-cü ildə iqtisadi, sosial, beynəlxalq, diplomatiya, ordu quruculuğu, mədəniyyət, idman sahələrində uğurlardan bəhs edərək əlavə edib ki, Azərbaycanın getdikcə sadəcə bölgənin deyil, artıq dünyanın nüfuzlu bir ölkəsinə çevrilməkdə olduğunu təkcə biz yox, bütün dünya deyir: “Dünya bizimlə hesablaşmaq məcburiyyətindədir. Çünki Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Onların qarşısında çox güclü, müstəqil, azad, suveren, torpağını düşmən tapdağından təkbaşına azad edən, heç kimdən heç bir yardım almadan bu yolda irəliləyən və bundan sonra da haqlı olduğu yolda inamla irəliləyəcək olan bir Azərbaycan var. Elə bu günlərdə cənab Prezidentin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə toxunulan mətləblərin hər birinin arxasında bir daha qeyd edirik ki, Azərbaycanın sarsılmaz mövqeyi, dəmir iradəsi, güclü Azərbaycan siyasəti, diplomatiyası, “Bizim sözümüz imzamızdır” deyə cənab Prezidentin qətiyyəti dayanır. Biz bu günlərin sevincini yaşayırıq”.

“Azərbaycanın xarici siyasəti əlamətdar vektorlarla yadda qaldı”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov 2024-cü ildə Azərbaycanın xarici siyasətinin ikitərəfli və çoxtərəfli münasibətlər prizmasından əlamətdar vektorlarla yadda qaldığını vurğulayıb: “Azərbaycanın Qərblə münasibətlərində siyasi gərginliklər olsa da, ümumilikdə Bakı-NATO əlaqələrinin, Bakı-Böyük Britaniya tərəfdaşlığının uğurla idarə edildiyi qənaətini bölüşmək olar”.

A.Kərimovun sözlərinə görə, Azərbaycan strateji yanaşmalarının güc vitrinlərinə münasibətdə digər uğurlu nümunələrini də davam etdirdi: “Belə ki, Azərbaycan Rusiya ilə əlaqələr dinamikasında müsbət məqamları saxlamağa nail oldu. Bundan başqa diqqətəlayiq hadisələrdən biri Azərbaycan və Çin liderlərinin Strateji tərəfdaşlığın qurulması haqqında Bəyannaməyə imza atmaları idi. Bu sənəd, Azərbaycanın qarşısında duran kritik məsələlərdən birini–gələcək dünya düzənindəki adekvat manevr təqdimatını–müəyyənləşdirən faktorlardan biri oldu”.

“Azərbaycanın tələb və şərtlərinin parlaqlığı bir daha hiss olundu”

Siyasi təhlilçi həmçinin bildirib ki, 2024-cü ildə Ermənistanla sülh gündəmində Azərbaycanın tələb və şərtlərinin parlaqlığı bir daha hiss olundu: “Ən cazibəli hadisə Qazaxın işğal altında saxlanılan 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasına nail olmaq idi. Ümumilikdə sülh proqramında başqa müsbət dinamikalar, o cümlədən sülh müqaviləsi üçün qarşılıqlı təkliflər mübadiləsinin həyata keçirilməsi proseslərin praqmatik xüsusiyyətlərini göstərir. Bununla belə, Ermənistanın qeyri-müəyyən vektorunu davam etdirməsi, Azərbaycana qarşı silahlanma cəbhəsi yaratmaq cəhdləri də sülh gündəminin müşayiətində baş verir. Bu, regionda Ermənistan mərkəzli risklərin qaldığını və gələcəkdə arta biləcəyini, nəticədə Azərbaycanın regional təhlükəsizlik boşluqlarını öz maraqları zəminində dolduracağı proqnozlarını çıxarmağa imkan verir”.

“Bakı beynəlxalq ictimaiyyətə ən güclü fikirlər verə biləcəyini sübut etdi”

O, COP29-un Azərbaycanda keçirilməsi haqqında da danışaraq vurğulayıb ki, bu tədbirin Azərbaycanın xarici siyasət təsirlərinə verdiyi imkanlara gəlincə, deyə bilərik ki, Bakı bununla beynəlxalq ictimaiyyətə ən güclü fikirlər verə biləcəyini sübut etdi: “COP29-da iqlim maliyyəsi üzrə 300 milyard dollar ayrılmasına razılıq əldə edilməsi düzün və ədalətli beynəlxalq mexanizmlərin yaradılması üçün alternativ baza yaratdı. COP29 ümumilikdə Bakıda əldə edilmiş razılıqlar çərçivəsində yeni qlobal hədəflər təqdim edir. Bütövlükdə 2024-cü il Azərbaycanın xarici siyasəti münaqişələrin artdığı və eskalasiyaların genişmiqyaslı xarakter aldığı beynəlxalq dinamikada uğurlu nəticələrin əldə edildiyini göstərir”.

“Azərbaycan ənənəvi dəyərlərin cazibə qüvvəsinə çevrilir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova diqqətə çatdırıb ki, hesabat baxımından ötən dövrə nəzər yetirdiyimiz zaman Azərbaycanın xarici siyasət uğurlarında əhəmiyyətli irəliləyişlərin şahidi oluruq: “Ən yeni dövrdə nəinki regionda, hətta dünyada Azərbaycan qədər uğurlara imza atan ölkə yoxdur fikrini heç bir mübaliğəsiz, rahat şəkildə demək olar. Ərazi bütövlüyünün bərpası, suverenliyin təmin olunması, Qarabağın dirçəldilməsi, “Böyük Qayıdış” proqramının uğurlu icrası, ölkə vətəndaşlarının təhlükəsiz yaşaması, ictimai-siyasi sabitlik, dünyanın ən mötəbər tədbirinə ev sahibliyi etmək və sairə kimi mühüm proseslərlə yanaşı, digər cinahda da daxili və xarici düşmənlərə sinə gərmək hər liderin işi deyil ki, bütün bunların öhdəsindən siyasi savadı qədər, malik olduğu şəxsi keyfiyyətləri ilə məhz cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev gəlir”.

“Bizi yeni hədəflər gözləyir”

Ş.Həsənova qeyd edib ki, müasir dünya bizdən potensial təhlükələri sahillərimizdə təzahür etməzdən əvvəl həll etmək üçün erkən məşğul olmaq da daxil olmaqla, aktiv və cəlbedici xarici siyasət aparmağı tələb edir: “Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olan Azərbaycan ixracı və sərmayəni artırmaq, bazarları açmaq, resurslara çıxışı təmin etməklə regionun rifahını qurmaq və davamlı qlobal artımın təşviqi missiyasını üstlənib. Önəmli amillərdən biri də odur ki, bu gün dünya liderlərin əməlləri ilə ritorikaları arasında ciddi çaşqınlıq yaşayır. Məhz bu amilin özüdür ki, siyasətdə inam və etimad mühitinin deqradasiyasına gətirib çıxarır. Azərbaycan Liderinin isə sözü ilə əməli arasında bilavasitə uyğunluq mövcuddur. Azərbaycan dar maraqlardan çıxış etmir, hədəfləri sərhədləri aşır, İslamafob meyillərlə mübarizə aparır. Dünyanın üç qitəsini əhatə edən “İslam Səkkizliyi” adlanan D-8-ə üzv seçilməklə bu mübarizənin öncüllərindən birinə çevrilirik. Qələbəmiz region, müstəmləkə tarixə malik bölgələr, Yaxın Şərq olmaqla bir çox xalqlar və regionlar üçün tarixi presedent və nümunədir. Qarşıda isə bizi yeni hədəflər gözləyir. Bu hədəflərin icrasını da xalq yenə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında görmək istəyir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Dekabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see447

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see347

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see317

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see315

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see282

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see282

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see253

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see253

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see220

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see208

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see195

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see194

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see194

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see187

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see182

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see173

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

31 İyul 2026 18:59see167

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see163

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see162

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri