2024cü ildə dünya əhalisinin sayı AÇIQLANDI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
2024-cü ildə dünya əhalisi bir il əvvəlki ilə müqayisədə təxminən 82 milyon nəfər artıb.
Redaktor.az xəbər verir ki, bu məlumatlar Almaniyanın Dünya Əhali Fondu tərəfindən təqdim edilib.
Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə qədər dünyada 8,156 milyard insan yaşayacaq. Eyni zamanda, Almaniyanın əhalisi il ərzində eyni səviyyədə qalıb və təxminən 84 milyon nəfərdir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Əhali artımı ilk növbədə Afrikada müşahidə olunur. Fondun ekspertləri deyirlər ki, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.
BMT-nin məlumatına görə, 2037-ci ildə dünya əhalisi ilk dəfə olaraq 9 milyardı keçə bilər.

