Icma.az
close
up
RU
2024cü ilin ən nüfuzlu qadınları SİYAHI

2024cü ilin ən nüfuzlu qadınları SİYAHI

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Financial Times" qəzeti 2024-cü ilin yekunları üzrə dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib edib. Siyahıya rəyləri ötən il ən ucadan səslənən və cəmiyyət üçün vacib problemləri göstərən qadınlar daxil ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, nəşrdə ən nüfuzlu 25 qadının siyahısı üç kateqoriyaya bölünüb: "Yaradıcılar", "Liderlər" və "Qəhrəmanlar".

Birinci kateqoriyada - "Yaradıcılar"da yaradıcı peşə sahibi olan qadınlar qeyd ediliblər. Buraya amerikalı müğənnilər Teylor Svift və "Charli XCX", fələstinli müğənni Elyanna, irlandiyalı yazıçı Salli Runi, aktrisa Emma Stoun, "Chloe" moda evinin kreativ direktoru Çemena Xamani, Nigeriyada doğulmuş və Londonda bir neçə restoranın şef-aşpazı, təsisçisi Adexoke Bakari daxildirlər.

"Qəhrəmanlar" nominasiyasına rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya daxil edilib. "Financial Times", həmçinin, Qəzzadan olan videobloqer Bisan Ovdanı da qeyd edib. Ovdanın sənədli filmi 2024-cü ildə televiziya və videojurnalistika sahəsində ən yüksək mükafatlardan biri olan "Emmy"yə layiq görülüb.

"Qəhrəmanlar" siyahısında fransalı Jizel Peliko da var. Bu kateqoriyaya, həmçinin, Paris meri Ann İdalqo, 2024-cü ildə "Pinter" mükafatına layiq görülmüş hindistanlı yazıçı Arundati Roy və təmsil etdiyi idman növünün tarixində ən titullu idmançı olan amerikalı gimnast Simon Bayls daxildirlər.

"Liderlər" kateqoriyasına Avropa rəqabət komissarı Marqret Vestager, Böyük Britaniyanın ilk qadın xəzinə kansleri Reyçel Rivz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Meksikanın yeni Prezidenti Klaudia Şeynbaum, London Fond Birjasının baş direktoru və LGBT fəalı Culia Hoggett daxil ediliblər.(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Dekabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri