Icma.az
close
up
RU
Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Artıq 4-cü aydır ki, dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsinə əsas səbəb Yaxın Şərqdə gərginliyin davam etməsi və qlobal bazara neft tədarükünün zəifləməsidir.

AZƏRTAC xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 116 dollara, Nyu-York birjasında isə “Light” neftinin qiyməti 103 dollara çatıb.

Geosiyasi məkanda baş verən hadisələr artıq birbaşa neft bazarına təsir göstərir. Ötən gün husilər Səudiyyə Ərəbistanının neft sənayesi infrastrukturuna raket zərbələri endiriblər. Hücumların Rabiq şəhərində yerləşən neft emalı zavodunu, “Saudi Aramco” şirkətinə məxsus Abkayk neft emalı müəssisəsini və digər obyektləri əhatə etdiyi bildirilir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin rəsmi Tehrana ünvanladığı məktub da cavabsız qalıb. İran tərəfi ABŞ-nin əldə olunmuş razılaşmalara əməl etmədiyini bildirərək danışıqların davam etdirilməsini məqsədəuyğun hesab etmir. Bununla yanaşı, Tehran Hörmüz boğazında yaranmış vəziyyətin və dünya bazarında neft qiymətlərinin yüksəlməsinin yaratdığı imkanlardan istifadə etməyə çalışır. İran bu yolla ABŞ və Avropaya təzyiq göstərməklə regiondakı mövqelərini qorumağa çalışır.

Neftin qiymətindəki artım artıq ABŞ və Avropada da ciddi siyasi və iqtisadi müzakirə mövzusuna çevrilib. Enerji daşıyıcılarının bahalaşması Avropa ölkələrində sosial-iqtisadi problemləri dərinləşdirir. Dünən İtaliya və Almaniyada qiymət artımına və həyat səviyyəsinin aşağı düşməsinə etiraz olaraq genişmiqyaslı aksiyaların keçirildiyi bildirilir. Fransada baş verən hadisələr də Avropa liderlərini narahat edir. Onlar sosial gərginliyin daha da artmasının və xaosun yaranmasının qarşısını almağa çalışırlar.

Neft tədarükündəki problemlər fonunda enerji qiymətlərinin aşağı salınması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması çətinləşir. Vətəndaşların gəlirlərinin əhəmiyyətli hissəsi elektrik enerjisi və təbii qaz xərclərinə yönəlir. ABŞ-də də hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Bununla belə, hələlik bu aksiyalarda Avropadakı nümayişlərdə olduğu kimi geniş siyasi tələblər irəli sürülmür.

Son bir həftə ərzində Hörmüz boğazında 5 gəminin minaya düşməsi dəniz nəqliyyatı üçün təhlükənin hələ də yüksək olduğunu göstərir. Bu vəziyyət dünya enerji bazarına neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.

Vəziyyətin gərginliyi o həddə çatıb ki, “ExxonMobil” və “Chevron” kimi iri neft şirkətlərinin rəhbərləri gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək dünyanın ən nüfuzlu neft sərgilərindən biri hesab olunan tədbirdə iştirakdan imtina ediblər.

Oktyabr ayının nəticələrinə görə, “Brent” markalı neft 11 faiz, “Light” markalı neft isə 14 faiz bahalaşıb. Mövcud geosiyasi və iqtisadi vəziyyət qiymət artımının davam edə biləcəyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri