Icma.az
close
up
RU
2024də vəfat edən JURNALİSTLƏR FOTOLAR

2024də vəfat edən JURNALİSTLƏR FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yola salmağa hazırlaşdığımız 2024-cü il bir sıra həmkarlarımızın itkilərilə yadda qalacaq.
Modern.az saytı 2024-cü ildə vəfat edən jurnalistlərin siyahısnı hazırlayıb:

Bu ilin əvvəli – yanvar ayı tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfat etməsi ilə yadda qalıb. 54 yaşlı jurnalist 17 yanvar 2024-cü il tarixində dünyasını dəyişib. Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. 
O, 1990-cı illərdən mətbuata gəlmişdi. Jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli son 10 ildə "Lent.az" saytında çalışıb.

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Şamil Vəliyev də bu ilin əvvəlində 64 yaşında vəfat edib. O, Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının müdiri, dekanı vəzifəsində çalışıb. Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə, Əməkdar jurnalist fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.

Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) 2024-ün fevralında vəfat edib. O, uzun müddət idi ki, müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkirdi.
Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.  Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb. 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Rəhman Orxan Modern.az saytı ilə də əməkdaşlıq edirdi.

Əməkdar jurnalist, şair, publisist Zeynal Vəfa bu il 86 yaşında vəfat edib. Əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvanda çıxan “Şərq Qapısı” qəzetində başlayıb. Sonra Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. “Aydınlıq” qəzetində baş redaktorun birinci müavini (1990-1992), “Meydan” qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb. Zeynal Vəfa 1993-cü ildən “Azərbaycan” qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. “Tərəqqi medalı” ilə təltif edilib, "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi – sabiq mətbuat katibi Eldar Əfəndiyev də 2024-də dünyasını dəyişib. 74 yaşlı veteran prokuror xəstəlik səbəbindən vəfat edib. Hüquq elmləri namizədi olan E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Bundan sonra o, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində çalışıb. Əməkdar hüquqşünas idi.

Mart ayında Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” ​radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib. Jurnalist Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib. İ.Camalbəyli Azərbaycanda ANSpress.com, Olke.az saytlarında, "Bakı xəbər" qəzetində çalışmışdı.

Bu il dünyasını dəyişən daha bir Əməkdar jurnalisti Vasif Səmədovdur. O, “Azərbaycan pioneri”, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub. Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.

APA TV-nin rejissoru Emil Abdullayev 2024-ün mayında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib. Emil Abdullayev xərçəng xəstəliyindən əziyyət çəkirdi. E.Abdullayev uzun illər müxtəlif televiziya kanallarında çalışıb. Son 10 ildə isə APA TV-nin rejissoru olub.

Əməkdar jurnalist, tədqiqatçı alim, professor Ramiz Əskər də may ayında dünyasını dəyişib. Ramiz Əskər vəfatından öncə Mərkəzi Klinikada açıq ürək əməliyyatı keçirmişdi. Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü olan Ramiz Əsgər Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olub. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi idi.
Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. Ramiz Əskərə 13 yanvar 2014-cü ildə “Şöhrət” ordeni verilib.
 


Jurnalist Sərxan Kamallı 2024-cü ilin oyununda vəfat edib. O, insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdiriləndən sonra orada dünyasını dəyişib. Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə ANS TV-də və bir sıra media qurumlarında çalışıb.

2024-cü ilin iyul ayı jurnalist Dilbər Axundzadənin vəfatı ilə yadda qalıb. Dilbər Axundzadə 50 ildən çox idi ki, jurnalistika sahəsində çalışırdı. Uzun müddət “Exo” qəzetində işləyib.  
 


İyul ayında daha bir jurnalist - Fərqanə Quliyeva vəfat edib.  O, 44 yaşında "Milli Mətbuat Günü"ndə dünyasını dəyişib. Fərqanə Quliyeva cərrahi əməliyyatdan sonra vəfat edib. Onun sonuncu iş yeri Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olub. Fərqanə Quliyeva AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi idi. Azərbaycan, türk, rus və ingilis dillərini bilən mərhum daha əvvəl “Report” İnformasiya Agentliyində işləyib. 
 


İyul ayında hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib. Ədil Arifoğlu AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru işləyib. O, Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.
 


Uzun illər "Xalq qəzeti”ndə çalışan İlham Abbasov da bi il həyatla vidalaşıb. Jurnalist ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Avqust ayında tanınmış jurnalist İlham Cəmiloğlu vəfat edib. Mərhum ürək tutmasından dünyasını dəyişib. 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində anadan olmuş İ.Cəmiloğlu Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib, "Azərbaycan Ordusu" və "Qarabağ" qəzetlərində çalışıb. Modern.az və Müsavat.com saytları ilə əməkdaşlıq edib. Qarabağ müharibəsinin veteran zabiti idi. “Mən Azərbaycan vətəndaşıyam”, “Şuşadan Şəhidlər Xiyabanına”, “Müstəqil Azərbaycan”, “Bizim ziyalılar”, “Qarabağ müharibəsi – faktlar və həqiqətlər”, “Erməni təcavüzünün Qarabağ ünvanı”, Ukrayna dilində “Xocalı – yaddaşlardan silinməyən tarix” və digər kitabların müəllifidir.

Əməkdar jurnalisti Nair Əliyev avqustda dünyasını dəyişib. O, uzun müddət "Exo" qəzetində baş redaktorunun birinci müavini, daha sonra isə ölkənin bir sıra aparıcı mətbu orqanlarında çalışıb. Jurnalistin sonuncu iş yeri "Oxu.az" saytı olub.
 


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fotoqrafı Samir Sadıqov sentyabrda vəfat edib. Mərhumun ölüm səbəbi açıqlanmayıb.
 


Tanınmış jurnalist, publisist Hidayət Elvüsal sentyabrda vəfat edib. Hidayət Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib. Hidayət Elvüsal "Səhər" qəzetində çalışarkən "Belə-belə işlər" adlı rubrikası ilə məşhurlaşmışdı. O, dövrün problemlərini "Belə-belə işlər"də satirik üslubda qələmə alırdı. 

Sentyabrın sonlarında Caliber.az saytının şərhçici, jurnalist Fuad-Muxtar Ağbabalı vəfat edib. O,  siyasi şərhçi kimi bir sıra media orqanlarında da çıxış edib.

Oktyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış Yaqub Əlioğlu vəfat edib. Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib. Mərhum “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olub. Yaqub Əlioğlu “Qızıl qələm”, “Qızıl dərviş” və “Nailiyyət” mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın “Qızıl fond”una daxil edilib.

Noyabr ayında gənc jurnalist Vüsal Nazim dünyasını dəyişib. 37 yaşlı mərhumun uzun sürən xəstəlik səbəbindən vəfat etdiyi qeyd olunub. Vüsal Nazim əvvəllər ARB TV və AZƏRTAC-da çalışıb. 
 


Tanınmış jurnalist, şair və tərcüməçi Zülfüqar Rüfətoğlu noyabrda dünyasını dəyişib. Zülfüqar Rüfətoğlu uzun sürən  xəstəlikdən sonra 66 yaşında Londonda müalicə aldığı xəstəxanada vəfat edib. O, 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 
1994-cü ilin dekabr ayından BBC-nin Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalist olub. 2000-2011-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. “Mavigözlü ögey ana” kitabının müəllifidir.  

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see173

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri