Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

2025: Azərbaycan şahmatı üçün zəngin və məhsuldar il

2025: Azərbaycan şahmatı üçün zəngin və məhsuldar il

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 22-də Azərbaycan Şahmat Federasiyasının 2025-ci il idman mövsümünün yekunlarına həsr olunmuş mərasim keçirilib. Əvvəlcə federasiyanın rəhbər şəxsləri, İcraiyyə Komitəsinin üzvləri, milli komandanın şahmatçıları və məşqçi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

“Alov Qüllələri, Fairmont Baku Hotel”də baş tutan mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ötən hesabat ilindən bu günədək Azərbaycan şahmat ictimaiyyətindən dünyasını dəyişmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov çıxış edərək federasiyanın 2025-ci ildə əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, 2025-ci il şahmatçılarımız üçün zəngin və məhsuldar il olub, mühüm nəticələr qazanılıb. İl Azərbaycan çempionatı ilə başlayıb ki, bu yarış idmançıların hazırlığında və milli komandanın formalaşmasında vacib rol oynayır. Qadınlar arasında Günay Məmmədzadə, kişilər arasında isə Rauf Məmmədov Azərbaycan çempionu adını qazanıblar.

Şahmatçıların yarış təcrübəsinin artırılması və daha keyfiyyətli hazırlığı üçün “Azerbaijan Chess Tour” layihəsinin yaradıldığını qeyd edən federasiya rəhbəri bu layihənin mərkəzində ənənəvi Baku Open turnirinin dayandığını vurğulayıb. Mahir Məmmədov şahmatçılarımızın il ərzində müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan danışaraq, onlara qarşıdakı ildə də nailiyyətlər arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında şahmatçılarımızın il ərzində böyük uğurlara imza atdıqlarını bildirib: “Dövlətin şahmata və ümumilikdə idmana dəstəyi böyükdür. Bu qədər gözəl nəticələrə şahidlik edirik. İlk növbədə federasiya rəhbərliyinə təşəkkür edirəm. Bu idman növündə güclü ənənələrimiz var və onları qoruyub saxlamaq vacibdir. Qadınların dünya çempionatında gümüş medal qazanması böyük nailiyyətdir. Kişilərin Avropa çempionatında gümüş medal əldə etməsini isə şahmatsevərlər bir qədər çətin qəbul etdilər, çünki qızıl medal gözləyirdilər. Bu da şahmatın ölkəmizdə nə qədər inkişaf etdiyini göstərir. Düşünürəm ki, növbəti illərdə Şahmat Olimpiadasında da medallar qazanacağıq”.

Mərasimin sonunda beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş Azərbaycan şahmatçılarına diplomlar və pul mükafatları təqdim olunub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Respublika Şahmat Mərkəzi arasında Mərkəzdən birgə istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov imzalayıblar. Eyni zamanda, Azərbaycan Şahmat Federasiyası ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında niyyət protokolu təsdiqlənib. Protokola AŞF prezidenti Mahir Məmmədov və Agentliyin direktoru Eşqi Bağırov imza atıblar.

Mərasimdən sonra milli komandanın məşqçiləri və üzvlərindən 2025-ci ildə komandanın çıxışları və qarşıdakı ildən gözləntiləri barədə “Xalq qəzeti”nə müsahibə vermələrini xahiş etdik. 

Qadın şahmatçılar üzrə Azərbaycan millisinin məşqçisi, qrossmeyster Qədir Hüseynov:
– Mən və Nicat Abbasov qadın millisinin məşqçiləri kimi təxminən altı ay əvvəl hazırlıqlara başladıq. Dünya çempionatına hazırlaşmaq üçün açıq desək, vaxtımız yetərli deyildi. Buna baxmayaraq, İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında qadın millimiz tarixində ilk dəfə gümüş medal qazandı. Yarımfinalda Qazaxıstanı məğlub edən komandamız finalda FIDE komandasına uduzaraq dünya ikincisi oldu. Etiraf edim ki, bu nəticəni əvvəlcədən gözləmirdik.

Birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva göstərdiyi yüksək nəticəyə görə fərdi hesabda qızıl medal qazanıb. O, həmçinin 2024-cü ildə qadınlar arasında Avropa çempionu tituluna da layiq görülüb.

Gələn il əsas hədəfimiz Səmərqənddə keçiriləcək Şahmat Olimpiadasına ciddi hazırlaşmaq və qadın millisinin bu nailiyyətini daha da yüksəltməkdir. Komandada istedadlı şahmatçılar var və onların potensialı Azərbaycan şahmatının dünyada tanıdılmasına ciddi töhfə verə bilər. Mən də qadın millisinin məşqçilərindən biri kimi fəaliyyətimi bu istiqamətdə davam etdirməyin ölkə şahmatının inkişafına daha faydalı olacağını düşünürəm.

Azərbaycan milli komandasının üzvü, qrossmeyster Aydın Süleymanlı:
– Avropa çempionatına komanda olaraq yaxşı hazırlaşmışdıq. Gürcüstana vaxtından əvvəl yollanaraq orada təlim-məşq toplanışı keçirdik. Komandanın kapitanı Teymur Rəcəbovun rəhbərliyi altında intensiv məşqlər apardıq və hamımız yüksək nəticə göstərəcəyimizə inanırdıq. Məqsədimiz qızıl medal idi. Lakin son turda Serbiya millisinə məğlub olaraq çempionatı gümüş medallarla başa vurduq.

Qarşıdan gələn il üçün hədəflərimiz böyükdür. Əsas məqsədimiz 2026-cı il sentyabrın 15-dən 28-dək Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Şahmat Olimpiadasında uğurla çıxış etməkdir. Olimpiada şahmatda dünyanın ən mötəbər komanda yarışıdır və indiyədək Azərbaycan millisi bu yarışda medal qazanmayıb. Məqsədimiz Səmərqənddə ilk olimpiya medalımızı əldə edərək azarkeşlərimizi sevindirməkdir.

Fərdi yarışlara gəlincə, 2026-cı il yanvarın 16-dan fevralın 1-dək Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək Tata Steel Chess turnirində iştirak edəcəyəm. Cari ildə həmin turnirdə gümüş medal qazanmışdım. Növbəti yarışda isə daha yaxşı nəticə göstərərək qızıl medal əldə etmək niyyətindəyəm. Bundan başqa, Azərbaycan çempionatı və digər beynəlxalq turnirlərdə də çıxış etməyi planlaşdırıram.

Qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü, qrossmeyster Gülnar Məmmədova:
– İlk növbədə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Həm komanda, həm də fərdi yarışlarda bizə göstərilən dəstək, hazırlıq prosesində ən xırda detallara qədər diqqət yetirilməsi bizi çox sevindirir. Hər bir şahmatçı fərdi məşqçi ilə təmin olunub ki, bu da nəticələrimizin yüksəlməsində mühüm rol oynayır.

İspaniyada keçirilən son dünya çempionatında komandamızın çıxışını yüksək qiymətləndirirəm. Doğrudur, turnirə hazırlıq üçün çox az vaxtımız var idi. Buna baxmayaraq, il ərzində keçdiyimiz fərdi hazırlıq və iştirak etdiyimiz yarışlar öz bəhrəsini verdi və dünya çempionatını gümüş medallarla başa vurduq. Bu, komandamız tarixində ən böyük nailiyyətdir.

Məşqçilərimizin, komanda yoldaşlarımızın birgə səyi və federasiya rəhbərliyinin dəstəyi ilə inanıram ki, Azərbaycan şahmatçıları qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəklər. Hazırda komandamız növbəti Şahmat Olimpiadasına hazırlaşır. 2025-ci il dekabrın 26-dan 30-dək Dohada (Qətər) sürətli şahmat (rapid) və blits üzrə dünya çempionatı keçiriləcək və mən də bu yarışlarda Azərbaycanı təmsil edəcəyəm. Ümid edirəm ki, qazandığımız uğurlarla bayram ərəfəsində xalqımızı sevindirəcəyik.

Qabil Əliyev

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri