Icma.az
close
up
RU
2025 ci il ölkəmizin tarixində xüsusi əhəmiyyətə malikdir

2025 ci il ölkəmizin tarixində xüsusi əhəmiyyətə malikdir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunması strateji məna daşıyan tarixi qərardır. Yeri gəlmişkən, bu addım Azərbaycan dövlətçiliyinin ən mühüm iki sütununun – 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Hər iki hadisə ölkəmizin siyasi, hüquqi və ideoloji əsaslarının formalaşmasında həlledici rol oynamışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və suverenliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin rolu müasir tariximizin ən mühüm mərhələlərindən biridir. XX əsrin 90-cı illərinin əvvəllərində dövlətçiliyimiz həssas mərhələdən keçirdi, siyasi sabitlik, iqtisadi idarəçilik və hərbi təhlükəsizlik tamamilə sarsılmış vəziyyətdə idi.

Məlumdur ki, 1991-ci ildə müstəqilliyin bərpa olunmasından sonra daxili-siyasi çəkişmələr, hakimiyyət böhranı, iqtisadi iflic vəziyyəti, vətəndaş müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirmişdi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal edilmiş, əhali fəlakətlə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Ulu öndərin qətiyyəti, siyasi müdrikliyi və idarəçilik təcrübəsi sayəsində dövlət dağılmaqdan xilas edildi, ölkədə sabitlik təmin olundu və dövlətçiliyin təməli möhkəmləndirildi. Heydər Əliyev üçün müstəqillik anlayışı milli ideologiyanın əsası, xalqın kimliyinin təməl ifadəsi idi. Ulu öndərin “Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir” fikri həm onun şəxsi siyasi fəlsəfəsini, həm də Azərbaycan dövlətçiliyinin strateji yol xəritəsinin ifadəsi idi. Ümummilli lider Heydər Əliyev 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda deyirdi: “Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhvali-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir”.

Qeyd etmək lazımdır ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və ölkənin gələcək inkişafının hüquqi bazasını formalaşdırmışdır. Hələ 1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında çıxış edən Ulu öndər demişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”. Qəbul olunan Konstitusiya dövlətin suverenliyini və ərazi bütövlüyünü, xalqın suveren iradəsini ali siyasi dəyər kimi qəbul etdi, insan və vətəndaş hüquq və azadlıqlarını ən yüksək səviyyədə təminat altına aldı, hakimiyyət bölgüsü, qanunun aliliyi prinsiplərini möhkəmləndirdi, müasir idarəçilik modelini müəyyənləşdirdi. Heydər Əliyev dövründə müstəqillik anlayışı real siyasi məzmunla zənginləşdi. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası sürətləndi, ölkə böyük transmilli layihələrin mərkəzinə çevrildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” iqtisadi müstəqilliyin təmin olunmasında dönüş nöqtəsi oldu. Paralel olaraq, ordunun gücləndirilməsi, hüquqi islahatlar, diplomatik əlaqələrin genişləndirilməsi Azərbaycanın suverenliyini möhkəmləndirdi. Ümummilli liderin müəyyən etdiyi müstəqillik fəlsəfəsi bu gün də Azərbaycan dövlətinin ideoloji dayaqlarını təşkil edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkənin siyasi və hüquqi həyatında dönüş nöqtəsi oldu. Konstitusiya milli dövlətçiliyin hüquqi əsaslarını müəyyənləşdirərək insan və vətəndaş hüquq və azadlıqlarını ən ali dəyər kimi təsbit etdi. Əsas Qanun həm də hakimiyyət bölgüsü, qanunun aliliyi, demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsi baxımından müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdı.

Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 6-da imzalanmış Sərəncama əsasən, noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü elan olundu. Bu tarixi qərar Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı əvəzolunmaz rolunun təsdiqi idi. Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü vətəndaşlarımız üçün hüquqi dövlətçilik ənənələrinin təbliği, konstitusion mədəniyyətin gücləndirilməsi və milli müstəqillik ideyalarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son 30 ildə isə Azərbaycan yalnız müstəqilliyini qorumaqla kifayətlənməmiş, həm də regionun lider dövlətlərindən birinə çevrilmişdir. Cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilmişdir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir”. Xalqımızın çoxəsrlik arzusu olan torpaqlarımızın işğaldan azad olunması, dövlət sərhədlərimizin birmənalı şəkildə təsbit edilməsi və Konstitusiyamızın bütün ərazilərdə bərqərar olması isə yalnız 2020 - 2023-cü illərdə həyata keçirilən uğurlu hərbi-siyasi addımlar nəticəsində mümkün olmuşdur. 2020-ci il sentyabrın 27 - də Ermənistanın törətdiyi növbəti təxribatlara cavab olaraq Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi müasir hərb tarixində az rast gəlinən əməliyyatlar silsiləsi idi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, texnoloji üstünlük və milli birlik sayəsində düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xətlərini yararaq əzəli torpaqlarımızı azad etdi. Bu müharibə regionda yeni geosiyasi reallıq yaratdı. Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnən 2020-ci il 9 noyabr üçtərəfli Bəyanatı beynəlxalq hüququn prinsiplərinə əsaslanan yeni status-kvonun hüquqi-siyasi təməlini qoydu. Lakin ölkəmizin suverenliyi üzərində hələ də müəyyən məhdudiyyətlər qalmaqda idi. Qarabağın bir hissəsində Ermənistan silahlı birləşmələrinin mövcudluğu, separatçı rejimin hərbi ünsürlərinin fəaliyyəti və Ermənistanda revanşist qüvvələrin güclənməsi yeni təhdidlər formalaşdırırdı. Ali Baş Komandan belə şəraitdə milli təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı tədbirlər görməli idi. Bu məqsədlə 2023-cü il sentyabrın 19 - 20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisindəki bütün qanunsuz hərbi mövcudluğa son qoyuldu, separatçı rejim birdəfəlik ləğv edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Antiterror əməliyyatlarının uğurlu nəticəsi ilə Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərdə tam hüquqi qüvvəyə mindi. Bununla ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət suverenliyi birmənalı olaraq təmin olundu. Bu, ölkə tarixində yeni mərhələnin başlanğıcı idi – müstəqillikdən sonra ilk dəfə olaraq dövlətin tam suveren idarəçiliyi ölkənin bütün ərazilərində bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar xalqımızın əsrlərlə davam edən mübarizəsinin məntiqi nəticəsinin dövlət bayramı statusunda təsdiqi oldu. Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqil dövlət kimi tam formalaşmasının və gələcək inkişaf strategiyasının əsas ideoloji dayaqlarından birinə çevrildi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə xalqa müraciəti və Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq ölkənin tam suverenliyini elan etməsi milli dövlətçilik tariximizin dönüş nöqtəsi olmuşdur. Bu addım yalnız siyasi-ideoloji mahiyyət daşımır, eyni zamanda, konstitusion suverenliyin bütövlükdə ölkə ərazisində bərpa olunduğunu hüquqi-siyasi müstəvidə təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisinin vahidliyini, dövlət hakimiyyətinin isə bölünməzliyini təsbit edir. Uzun illər işğal altında olan ərazilərdə hüquqi qüvvənin tam tətbiqi mümkün deyildi. Xankəndidə Dövlət Bayrağının ucaldılması göstərdi ki, Konstitusiyanın hüquqi qüvvəsi artıq bütün ərazilərdə bərpa edilmişdir. Bu, dövlətin yalnız siyasi deyil, həm də hüquqi müstəvidə tam suverenliyinin təsdiqi deməkdir.

Ən əsası, işğaldan azad olunmuş ərazilərdə seçki institutunun bərpası Azərbaycan dövlətçiliyinin ən mühüm nailiyyətlərindən biridir. 2024-cü il növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməsi suverenliyin ən yüksək təzahürü kimi qiymətləndirilir. Çünki seçkilər konstitusion hüququn icrasıdır. 2025-ci il isə Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir. Bu il həm müasir dövlətçiliyimizin hüquqi əsası olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü, həm də Vətən müharibəsində parlaq Qələbəmizin 5-ci ildönümü ilə səciyyələnir. Bu iki mühüm hadisənin vəhdəti milli inkişaf yolumuzun konseptual mahiyyətini aydın göstərir. “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi haqqında” Prezidentin Sərəncamı dövlətçilik ənənələrimizin, milli maraqlarımızın və strateji hədəflərimizin sintezini ifadə edir. Bu sərəncam Konstitusiyamızın 30 il ərzində formalaşdırdığı hüquqi və siyasi təməlin dəyərləndirilməsi, suveren dövlət olaraq gələcəyə baxışımızın konseptual ifadəsidir.

Anar RZAYEV,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri