Icma.az
close
up
RU
Sözlərin istifadəsi üslub və estetik seçimlə bağlıdır

Sözlərin istifadəsi üslub və estetik seçimlə bağlıdır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

““Abi” və “brat” sözləri gündəlik ünsiyyətdə işlədilir, lakin bunlar Azərbaycan dilində orijinal söz olan “qardaş”ın yerini tam əvəz etmir. Bu, qismən dilimizin xarici təsirlərə açıq olmasının göstəricisidir”.
Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dilçi Ramilə Qasımova Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, iki hecalı sözlərin üstünlük təşkil etməsi səs baxımından yüngüllük yaradır, amma məzmun zənginliyini artırmır:
““Qardaş” da iki hecalıdır, amma bəziləri onu köhnəlmiş və ciddi hesab etdiyindən az istifadə edirlər. “Evren” və “kainat” məsələsində problem daha çox estetik qavrayışla bağlıdır. “Kainat” sözü dilimizdə tam uyğundur, lakin bəzi aparıcılar daha yüngül səslənən “evren”i seçir. Bu seçim daha çox modern üslub və rahat tələffüzlə əlaqədardır. Bu, dilimizin söz ehtiyatının zəifləməsi deyil. Sözlərin istifadəsi üslub və estetik seçimlə bağlıdır. Milli sözlərimizi kənara qoymaq doğru deyil. “Qardaş” və “kainat” kimi sözlər dilimizdə mövcud olan zənginliyi göstərir. Xarici sözlər bəzi hallarda ünsiyyət rahatlığı üçün istifadə olunsa da, milli sözlərin dəyəri azalmamalıdır. Faiq Ağayevin narahatlığı üslub məsələsidir, amma dil qaydaları baxımından əsas problem yoxdur”.
Qeyd edək ki, Faiq Ağayev irad bildirib ki, iki azərbaycanlı görüşür, biri-birlərinə “abi”, “brat” deyirlər. "Qardaş" deyən yoxdur. İki hecalı sözdür. Aparıcıların çoxu da efirdə durub deyir ki, “evren” mənə müsbət enerji göndərir.  Axı dilimizdə gül kimi “kainat” sözü var. Bu söz niyə xoşunuza gəlmir?”
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri