Icma.az
close
up
RU
2025 ci il: Yeni silsilə uğurlar və sürətli inkişaf erasının başlanğıcı

2025 ci il: Yeni silsilə uğurlar və sürətli inkişaf erasının başlanğıcı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

2025-ci ildə ölkəmiz cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlara, tarixi nailiyyətlərə imza atdı. Ölkəmiz siyasi, ictimai, iqtisadi, sosial, mədəni və idman sferalarında gözqamaşdırıcı və parlaq uğurlar qazandı.

Bu mənada 2025-ci il Azərbaycan Respublikası üçün əlamətdar bir dövrün başlanğıcıdır. Qarabağ işğaldan azad edildikdən sonra regionun sosial-iqtisadi bərpası və davamlı inkişafı ölkəmizin əsas prioritetlərindən birinə çevrilib.

Bu müddət ərzində Azərbaycan dövləti, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə mühüm strateji hədəflərə nail olmuş və ərazi bütövlüyünün bərpası üçün böyük addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət çərçivəsində “Böyük Qayıdış” proqramı, infrastruktur layihələrinin sürətləndirilməsi və məşğulluğun təmin olunması istiqamətində ardıcıl və sistemli tədbirlər görülüb.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə yüksək səviyyəli təşəbbüslər irəli sürmüş və ərazilərin azad olunması üçün möhtəşəm əməliyyatlar həyata keçirib. 2020-ci ilin Vətən müharibəsi, həm hərbi, həm də siyasi baxımdan Azərbaycan üçün tarixi bir dönüş nöqtəsi olub. Prezident İlham Əliyev dövlətin vətəndaşlarını vahid ideya ətrafında birləşdirərək, həm də beynəlxalq diplomatiyada mühüm rol oynayaraq, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə uğurla çatdırıb.

Beş il ərzində Prezident İlham Əliyevin güclü siyasi iradəsi və strateji planlaşdırması sayəsində Azərbaycan həm hərbi əməliyyatlarda, həm də sonrasındakı yenidənqurma və inkişaf proseslərində mühüm addımlar atıb. Azərbaycan dövləti öz ərazilərini azad etməklə, yalnız torpaqlarını deyil, həm də regional təhlükəsizliyi təmin edən bir müttəfiq kimi beynəlxalq aləmdə mövqeyini gücləndirib.

2025-ci il həm də azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə yadda qalıb. Xankəndidə keçirilən ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda təşkil edilən biznes, gənclər və qadınlar forumları bu ərazilərin artıq beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Mövcud infrastrukturun, müasir konfrans zallarının və mehmanxanaların bu cür tədbirlərə imkan verməsi bərpa və quruculuq prosesinin real nəticəsidir.

Dövlətimizin başçısının sözügedən müsahibəsində təhlükəsizlik məsələləri də xüsusi yer tutur. Ordu quruculuğunun fasiləsiz xarakter daşıması, əldə olunmuş hərbi uğurların arxayınlıq yaratmaması strateji yanaşmanın əsas göstəricisi kimi təqdim olunur. Türkiyə ilə müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıqla yanaşı, türk dövlətləri arasında təhlükəsizlik sahəsində koordinasiyanın genişləndirilməsi təşəbbüsü regional sabitliyə xidmət edən praqmatik təklif kimi səsləndirilir. Bu yanaşma hərbi blok yaratmaq deyil, mövcud əməkdaşlıq formatlarının təhlükəsizlik sahəsini də əhatə etməsi məqsədi daşıyır.

Çin ilə münasibətlər də müsahibənin mühüm istiqamətlərindən biridir. Son illər imzalanmış strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədləri ikitərəfli iqtisadi əlaqələrə ciddi impuls verib. Əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi, investisiya layihələrinin artması və Çin şirkətlərinin ölkəyə fəal maraq göstərməsi bu siyasətin real nəticələridir. Həmin dinamika iqtisadi şaxələndirmə və xarici tərəfdaşlıqların balanslaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İqtisadi sabitlik və maliyyə dayanıqlığı da dövlətimizin başçısının müsahibəsində təhlil olunur. Xarici borcun ÜDM-in 6 faizindən bir qədər çox səviyyədə olması tarixdə ən aşağı göstərici kimi dəyərləndirilir. Dövlət ehtiyatlarının borcu dəfələrlə üstələməsi maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Qızıl ehtiyatlarının artırılması ilə bağlı vaxtında qəbul edilmiş qərar isə strateji baxışın və risklərin düzgün dəyərləndirilməsinin nümunəsi kimi təqdim olunur.

Bütövlükdə Azərbaycan Prezidentinin müsahibəsi 2025-ci ilin təkcə yekunların deyil, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildiyini nümayiş etdirir. Sülh şəraiti, artan beynəlxalq fəallıq, iqtisadi və maliyyə sabitliyi, təhlükəsizlik sahəsində davamlı modernləşmə vahid dövlət siyasətinin əsas istiqamətləri kimi çıxış edir. Bu yanaşma qarşıdakı illərdə dayanıqlı inkişafın və beynəlxalq mövqelərin daha da möhkəmlənməsinin əsas təminatı olaraq mühüm önəm kəsb edir.

Eyni zamanda, nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və Xəzər dənizi üzərindən enerji və rəqəmsal layihələrin icrası regional və qlobal inteqrasiyanı daha da gücləndirir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış enerji kabeli layihəsi, fiber-optik xətlərin çəkilməsi regionda geosiyasi və iqtisadi tarazlıqları dəyişən amillər sırasındadır.

Cənab Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan üçün tarixi il kimi qiymətləndirdi. Çünki məhz həmin il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Avqust ayında baş verən dönüşlə Azərbaycan döyüş meydanında qazandığı qələbəni siyasi müstəvidə təsdiqlədi. Bu hadisə müstəqillik tariximizin ən yaddaqalan səhifələrindən biri kimi dəyərləndirilir.

Sülh şəraitində yaşamağın yeni mərhələsi artıq cəmiyyətin siyasi və iqtisadi həyatında öz müsbət təsirlərini göstərməkdədir. Sabitlik, təhlükəsizlik və xoş əhvali-ruhiyyə ölkənin inkişafına güclü stimul verir. Beləliklə, müharibədən sülhə keçid yalnız hərbi qələbə ilə deyil, həm də daxili sabitlik və iqtisadi dirçəlişlə möhkəmləndi.

Müsahibədə xüsusi vurğulanan məqamlardan biri Azərbaycan-Amerika əlaqələrinin yeni mərhələyə qədəm qoyması oldu. Uzun illər iki ölkə münasibətlərinə mənfi təsir göstərən 907-ci düzəlişin ləğvi tarixi hadisə kimi qiymətləndirildi. Prezident İlham Əliyev Ağ Evdə keçirilən mərasimdə ABŞ Prezidenti Donald Trampın bu düzəlişi aradan qaldırmasını rəmzi məna daşıyan mühüm addım kimi təqdim etdi.

Bu addım təkcə siyasi məhdudiyyətlərin aradan qaldırılması ilə kifayətlənmədi, həm də iki ölkə arasında strateji əməkdaşlığın yeni istiqamətlərini açdı. Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması, tərəfdaşlıq xartiyasının hazırlanması və Zəngəzur dəhlizinin açılmasının təsdiqlənməsi münasibətlərdə dönüş nöqtəsi oldu.

2025-ci ilin son aylarından etibarən Azərbaycan tərəfindən ABŞ-a bir neçə rəsmi heyət göndərildi. Bu heyətlər strateji xartiyanın hazırlanması, qarşılıqlı sərmayə qoyuluşu, iqtisadiyyat, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr apardılar. Prezidentin sözlərinə görə, bu proseslər nəticəyə hesablanmış və praktik xarakter daşıyır. Beləliklə, Azərbaycan-Amerika münasibətləri yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində konkret nəticələrə yönəldi.

Azərbaycan Avropa, Mərkəzi Asiya, Çin, qardaş Türkiyə, həmçinin D-8 ölkələri ilə hərtərəfli əlaqələr qurur. Xüsusilə Çinlə hərtərəfli strateji tərəfdaşlığın mahiyyəti Azərbaycanın Çinin “Bir Kəmər – Bir Yol” strategiyasında keçid ölkəsi yox, strateji həlqə statusu almasıdır. Enerji, logistika, rəqəmsal infrastruktur və yaşıl texnologiyalar paketi ABŞ və Aİ ilə münasibətləri pozmadan Çinlə dərinləşmə strategiyasıdır.

Burada əsas məqam bloklaşma yox, şaxələndirmədir.

Azərbaycanın D-8 üzvlüyü – səssiz, amma çox dərin qərardır. Bilirsiniz ki, D-8 1 milyarddan çox əhali, sürətlə böyüyən bazarlar, müsəlman dünyasının “iqtisadi platforması”dır. Azərbaycanın yeganə yeni üzv kimi qəbul edilməsi, əslində, siyasi etimad göstəricisidir.

Ötən ilin sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verildi. 1 dekabrda isə uğursuz təşkilat kimi tarixin tozlu arxivinə göndərilən ATƏT-in Minsk qrupu tamamilə ləğv edildi.

Möhtərəm Prezidentimizin müasir beynəlxalq hüquq mexanizmləri effektiv işləmədiyi üçün Azərbaycan öz reallığını meydana gətirdi və bu yaradılan reallığı dünyada qəbul etdirdi. Bəli, bu, məharətin, yüksək qabiliyyətin, böyük düşüncənin və güc siyasəti ilə diplomatiyamızın sintezidir.

Qazanılan hər bir uğurun arxasında cənab prezidentimizin uzaqgörən və siyasi zəkası dayanır. İndi bunu dünya liderləri açıq şəkildə etiraf və ifadə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri