Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

2025 ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi

2025 ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il Azərbaycan Respublikası üçün əlamətdar bir dövrün başlanğıcıdır. Qarabağ işğaldan azad edildikdən sonra regionun sosial-iqtisadi bərpası və davamlı inkişafı ölkəmizin əsas prioritetlərindən birinə çevrilib. Bu müddət ərzində Azərbaycan dövləti, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə mühüm strateji hədəflərə nail olmuş və ərazi bütövlüyünün bərpası üçün böyük addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət çərçivəsində “Böyük Qayıdış” proqramı, infrastruktur layihələrinin sürətləndirilməsi və məşğulluğun təmin olunması istiqamətində ardıcıl və sistemli tədbirlər görülüb.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə yüksək səviyyəli təşəbbüslər irəli sürmüş və ərazilərin azad olunması üçün möhtəşəm əməliyyatlar həyata keçirib. 2020-ci ilin Vətən müharibəsi, həm hərbi, həm də siyasi baxımdan Azərbaycan üçün tarixi bir dönüş nöqtəsi olub. Prezident İlham Əliyev dövlətin vətəndaşlarını vahid ideya ətrafında birləşdirərək, həm də beynəlxalq diplomatiyada mühüm rol oynayaraq, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə uğurla çatdırıb.

Beş il ərzində Prezident İlham Əliyevin güclü siyasi iradəsi və strateji planlaşdırması sayəsində Azərbaycan həm hərbi əməliyyatlarda, həm də sonrasındakı yenidənqurma və inkişaf proseslərində mühüm addımlar atıb. Azərbaycan dövləti öz ərazilərini azad etməklə, yalnız torpaqlarını deyil, həm də regional təhlükəsizliyi təmin edən bir müttəfiq kimi beynəlxalq aləmdə mövqeyini gücləndirib.

Vətən müharibəsinin nəticələri yalnız torpaqların fiziki azad edilməsi ilə kifayətlənməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə “Böyük Qayıdış” prosesi çərçivəsində yeni şəhərlər, kəndlər və infrastrukturlar qurulmağa başlayıb. Bu, yerli əhalinin öz torpaqlarına qayıtmasını təmin edib. Beynəlxalq şirkətlər Azərbaycanın bu ərazilərdə işğaldan əvvəlki vəziyyətə qayıdışını dəstəkləmək üçün mühüm layihələr həyata keçirib. Beləliklə, azad edilmiş ərazilərdə həyatın bərpası, infrastrukturların tikintisi və vətəndaşların öz yurdlarına qayıdışı üçün genişmiqyaslı layihələr həyata keçirilməyə başlanıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız infrastruktur və iqtisadiyyatın bərpasına yönəlməmiş, eyni zamanda regionun təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji balansın qorunması və müasir idarəetmə standartlarının tətbiqinə də böyük önəm verilib. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, həm milli iradənin gücünü, həm də dövlətin strateji baxışının effektivliyini nümayiş etdirərək, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına tam inteqrasiyasına zəmin yaradıb.

Qərargahın rolu və strateji əhəmiyyəti

Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində internet, mobil rabitə, televiziya və poçt xidmətlərinin genişləndirilməsi nəticəsində bölgələr sürətlə müasir informasiya cəmiyyətinin bir parçasına çevrilir. 2020-ci il 24 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa, yenidənqurma və idarəetmə məsələlərinin mərkəzləşdirilmiş şəkildə həllini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qərar həm də Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi baxımından mühüm bir mərhələni təmsil edir. Qərargahın fəaliyyətinin əsas məqsədi postmünaqişə dövründə proseslərin daha səmərəli, sistemli və operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.

Bu müddət ərzində Qərargahın rəhbərliyi altında ölkənin təhlükəsizlik və müdafiə strategiyası gücləndirilib, xarici təhdidlərlə mübarizədə daha da mükəmməlləşdirilib. Qərargahın fəaliyyəti yalnız ərazi azadlığı ilə məhdudlaşmayıb. Həmçinin dövlətin daxili təhlükəsizliyi, iqtisadiyyatın inkişafı, sosial məsələlərin həlli və digər vacib sahələrdə bir çox mühüm layihələr həyata keçirilib. Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası, infrastruktur layihələrinin icrası, kommunikasiya və enerji sistemlərinin qurulması, sosial xidmətlərin təmin edilməsi və əhalinin təhlükəsiz şəkildə geri qayıtması üçün əsaslı planlaşdırma işləri aparılıb.

Eyni zamanda, torpaqların iqtisadi dövriyyəyə qaytarılması, kənd təsərrüfatının bərpası, məşğulluğun artırılması və digər sosial-iqtisadi sahələrin inkişafı istiqamətində lazımi tədbirlər görülüb. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin Qərargahın rəhbəri təyin edilməsi isə bu strukturun strateji əhəmiyyətini və fəaliyyətinin yüksək səviyyədə koordinasiya olunmasına verilən xüsusi önəmi göstərir.

Azad edilmiş ərazilərdə infrastrukturun bərpası və rəqəmsal inkişaf

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq prosesi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq bütün sahələri əhatə edir. İnfrastrukturun yenidən qurulmasından sosial layihələrə, iqtisadi canlanmadan təhlükəsizliyin təmin olunmasına qədər hər bir istiqamət sistemli şəkildə planlaşdırılır və icra olunur. Bu yanaşma, regionların sürətli dirçəlişini, əhalinin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıdışını və işğaldan azad edilmiş torpaqların ölkə həyatına tam inteqrasiyasını təmin etməyə yönəlib.

Qarabağ və Şərqi Zəngəzurda müasir kommunikasiya infrastrukturlarının yaradılması istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirilir. Telekommunikasiya xətləri, internet və mobil rabitə şəbəkələrinin qurulması regionun rəqəmsal imkanlarını artırır, əhalinin informasiya əldə etməsini asanlaşdırır və bərpa-quruculuq proseslərinin effektivliyini təmin edir. Məsələn, 2025-ci il noyabrın 1-nə qədər 24 yaşayış məntəqəsində 6353 abunəçi GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətləri ilə təmin olunmuşdur. Bu, əhalinin müasir texnologiyalardan istifadə etməsinə şərait yaradır.

Lakin, bu bərpa və inkişaf işləri yalnız fiziki infrastrukturların yenidən qurulması ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda tikinti və bərpa işlərinin vaxtında və təhlükəsiz şəkildə icra olunması üçün ərazilərin minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Bu təmizləmə prosesi yalnız infrastruktur layihələrinin sürətləndirilməsinə deyil, həm də mülki şəxslərin təhlükəsiz şəkildə qayıdışına şərait yaradır. Mina və PHS təmizliyi olmadan tikinti, kommunikasiya xətlərinin çəkilməsi, yol, enerji və digər xidmətlərin qurulması mümkün deyil, ona görə də bu proses postmünaqişə dövrünün ən vacib prioritetlərindən biri kimi qiymətləndirilir.

Müasir şəhərsalma və “ağıllı şəhər” layihələri

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur artıq müasir şəhərsalma konsepsiyasına uyğun şəkildə inkişaf etdirilir. Bu regionlarda “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələr reallaşdırılır. Rabitə infrastrukturunun tam bərpası isə bu strategiyanın ayrılmaz hissəsidir və dövlətin ərazi bütövlüyünü təmin etməsi ilə başlayan yeni dövrün simvoludur.

Bu infrastrukturun bərpası çərçivəsində hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə və digər ətraf ərazilərdə radio və televiziya yayımlarının təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edilib. Məsələn, Ağdərə rayonunun ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz kənd Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti 2025-ci il yanvarın 17-də bərpa edilib. Stansiya elektrik enerjisi ilə təmin olunub, texniki bina təmir edilib və müvafiq avadanlıqlar, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.

Beynəlxalq hüquqa tam uyğunluq və azad edilmiş ərazilərin bərpası

Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi bütün işlər beynəlxalq hüquqa tam uyğundur və ölkənin öz torpaqlarını bərpa etmək haqqından irəli gəlir. Kommunikasiya və informasiya infrastrukturunun yenidən qurulması yalnız regionun təhlükəsizliyinə deyil, həm də sosial-iqtisadi inkişafına böyük töhfə verir. Azad edilmiş ərazilərdə rabitə və telekommunikasiya sahəsində görülən işlər göstərir ki, Azərbaycan bu bölgələri yalnız bərpa etmir, həm də onları ölkənin ən müasir regionlarına çevirməyi hədəfləyir. Fiber-optik xətlərdən tutmuş televiziya yayımına, mobil rabitədən radioloji monitorinqə qədər hər bir sahədə kompleks və sistemli işlər aparılır. Bu işlər həmçinin kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək torpaq sahələrinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi kimi vacib məsələləri də əhatə edir.

2025-ci il noyabrın 1-nə qədər bu məqsədlə ümumilikdə 37 min 855 kvadratmetr ərazidə peyk çəkilişləri aparılıb. Qarabağda aparılan peyk çəkilişləri regionun bərpası və inkişafı prosesində mühüm rol oynayır. Yüksək dəqiqlikli peyk görüntüləri torpaq sahələrinin, infrastruktur obyektlərinin, meşə və su ehtiyatlarının, həmçinin yol və enerji şəbəkələrinin vəziyyətinin qiymətləndirilməsinə imkan verir. Bu məlumatlar əsasında ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, bərpa və yenidənqurma layihələrinin planlaşdırılması, mina və radioloji risklərin qiymətləndirilməsi kimi mühüm qərarlar verilir. Peyk çəkilişləri həmçinin regional inkişafın elmi əsaslarla idarə olunmasını təmin edir, əhalinin təhlükəsiz məskunlaşmasına şərait yaradır və Qarabağın iqtisadi, sosial və ekoloji potensialının effektiv şəkildə bərpasına dəstək göstərir.

Radioloji monitorinq və əhalinin təhlükəsizliyi

Aparılan yüksək dəqiqlikli müşahidələr torpaq örtüyünün cari vəziyyətini müəyyənləşdirir, çirklənmə səviyyəsini təhlil edir və təsərrüfat dövriyyəsindən çıxmış sahələrin potensialını qiymətləndirməyə şərait yaradır. “Böyük Qayıdış” prosesi çərçivəsində əhalinin köçürüldüyü bütün yaşayış məntəqələrində və dövlət əhəmiyyətli obyektlərdə aparılan radioloji monitorinqlər isə göstərir ki, ionlaşdırıcı radiasiya səviyyəsi norma daxilindədir. Bu nəticələr yalnız işğaldan azad edilmiş ərazilərin təhlükəsiz məskunlaşma üçün tam yararlı olduğunu təsdiqləmir, həm də əhalinin sağlamlığı və həyat keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin strateji baxışı: Qarabağ və Şərqi Zəngəzurun yeni həyata qədəm qoyması

Bütün bu fəaliyyətlər Prezident İlham Əliyevin bölgənin bərpası və inkişafı ilə bağlı konkret strateji baxışının nəticəsidir. Qarabağ və Şərqi Zəngəzur bu gün yeni həyatına qədəm qoyur və rabitə infrastrukturu, həmin həyatın əsas dayaqlarından biridir. İnfrastrukturun bərpası, ekoloji balansın qorunması, müasir şəhərsalma konsepsiyalarının tətbiqi və insanların təhlükəsiz şəkildə geri qayıtması üçün görülən tədbirlər, Azərbaycanın bu regionları yalnız iqtisadi baxımdan deyil, həm də sosial və təhlükəsizlik baxımından daha da gücləndirməsinə imkan yaradır. Bu proseslər nəticəsində Qarabağ və Şərqi Zəngəzur həm iqtisadi, həm də sosial sahələrdə Azərbaycanın ən müasir bölgələrinə çevrilir və Azərbaycan dövləti ərazisinin tam bərpasına doğru irəliləyir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən hər bir layihə və bərpa işi, yalnız dövlətin ərazi bütövlüyünün bərpasını deyil, həm də regionun sosial-iqtisadi inkişafını dəstəkləyir. Bu, Prezident İlham Əliyevin güclü liderliyi və strategiyasının nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri