Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

2025 ci ildə Azərbaycan idmançıları 2113 medal qazanıb

2025 ci ildə Azərbaycan idmançıları 2113 medal qazanıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gənclər və idman naziri Fərid Qayıbov ənənəvi aylıq “Nöqteyi-nəzəri”ni paylaşıb. Azərbaycan gəncləri və idmançılarına ünvanlanan paylaşımda cari ildə beynəlxalq yarışlarda idmançılarımızın əldə etdikləri uğurlar təhlil edilir:

– Ənənəvi olaraq, bu il də dövlətimizin başçısı cənab İlham Əliyev idman yekunlarına həsr edilmiş görüşdə il ərzində fərqlənən bir qrup idmançı və mütəxəssislərə dövlət mükafatları və mənzillər təqdim etdi. Bu görüşlər idmançılarımız üçün təkcə mükafatlandırma deyil, həm də mənəvi dəstək və yeni hədəflər üçün güclü motivasiyadır. Ölkə başçısının səsləndirdiyi fikirlər gələcək fəaliyyətimiz üçün mühüm istiqamətləri müəyyənləşdirdi. “Buta Palace”da baş tutan digər tədbirimizdə isə müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırdıq. 

 2025-ci il Azərbaycan idmanı üçün yeni rekordlar, uğurlar və əlamətdar hadisələrlə yadda qaldı. İl ərzində idmançılarımız dünya və qitə çempionatlarında, dünya kubokları, qran-prilər və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək 613 qızıl, 616 gümüş və 884 bürünc, ümumilikdə 2113 medal qazandılar. Bu nəticələr böyük zəhmətin, planlı işin və ardıcıl inkişafın göstəricisidir. 

Bakı şəhəri 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” elan olundu. Bu münasibətlə Bakı Şəhər İcra Hakimiyyətində “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi təqdimetmə mərasimi keçirildi və Bakı bu statusu Monako şəhərindən təhvil aldı. İnanıram ki, federasiyalar və aidiyyəti qurumlarla birgə paytaxtımız bu məsuliyyətli missiyanı uğurla həyata keçirəcək. 

Beynəlxalq fəaliyyətlərimiz də il ərzində davam etdi. Koreyanın Busan şəhərində keçirilən Dünya Antidopinq Konfransında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi və həyata keçirilən layihələr haqqında danışdıq. Səfər çərçivəsində Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka və Busan şəhərinin meri Park Heonq-cun ilə görüşlər keçirildi.

 Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi etdi. Dialoq çərçivəsində gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri təşkil olundu. Tədbir zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam ilə görüşümüz oldu. 

 Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Bakıya səfər etdi və ölkəmizdə gənclər və idmançılar üçün yaradılan şəraitlə tanış oldu. Qonaqla görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik. BMT-nin Azərbaycandakı missiyasını başa vuran rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə də görüşdük və gələcək fəaliyyətində uğurlar arzuladıq.

 Ənənəyə uyğun olaraq beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdük, onların fikir və təkliflərini dinlədik. Növbəti vətəndaş qəbulumuz isə Cəlilabad şəhərində Biləsuvar, Cəbrayıl və Cəlilabad rayon sakinləri ilə baş tutdu.

 “Böyük qayıdış” proqramına dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərə idmançılarımızın səfərləri il ərzində davam etdi. Futbolçuların, cüdoçuların və idman veteranlarının ardınca bu dəfə güləşçilərimiz də bu missiyaya qoşuldular.

Mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan və 11-ci dəfə keçirilən Vüqar Həşimov Memorialı bu dəfə Xankəndi şəhərində keçirildi. 

Dördüncü dəfə keçirdiyimiz “Üzgüçülük hamı üçün” yarışı bu dəfə Bakı və regionlarda fəaliyyət göstərən 37 üzgüçülük hovuzunda 14 yaş qrupu üzrə 1500-dən çox iştirakçını əhatə etməklə, üzgüçülük idman növünə marağın artdığını bir daha göstərdi. 8-ci Uşaq Paralimpiya Oyunları, padel idman növü üzrə ilk Azərbaycan çempionatında, taekvondo və karate üzrə növbəti ölkə çempionatlarında iştirak etdik.

Atıcılıq, badminton və qılıncoynatma federasiyalarının hesabat seçki konfransları keçirildi. Şahmat Federasiyası ilə MMA və Qrapplinq Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş konfransları ötən dövrdəki fəaliyyətlərin müzakirəsi baxımından faydalı oldu. Yenidən seçilən federasiya rəhbərlərinə qarşıdakı dövrdə yeni-yeni uğurlar arzulayıram.

Şübhəsiz uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində, eləcə də yeni çempionların yetişməsi baxımından kənd və qəsəbələrdə idman zallarının fəaliyyəti də mühüm rol oynayır. Bu günlərdə tanınmış güləşçimiz Taleh Məmmədovun Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı fəaliyyətə başladı.

Gənclərlə iş sahəsində də fəaliyyətlərimiz yetərincə effektiv oldu. Regionlarda təşkil olunan gənclər düşərgələri də gənclərin maariflənməsi və sosial bacarıqlarının inkişafında xüsusi rol oynayır. Qubada keçirilən “Zəfər salnaməsi: Hüquq və Birliyimiz”, “Poliqon” hərbi-vətənpərvərlik düşərgələri, “4P Gənclər Evi”, “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” və digər tədbirlər gənclərin sosial aktivlik və təcrübə baxımından formalaşmasına dəstək olur.

Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə keçirilən görüşlər onların qazandıqları təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətlidir. Türkiyə, Özbəkistan, Mərakeş, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya və Estoniyada keçirilən tədbirlərdə iştirak edən gənclərimiz Azərbaycanı layiqincə təmsil ediblər.

 Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Tələbə Gənclər Təşkilatlarının nümayəndələri ilə, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri və ekspertləri ilə, eləcə də  Azərbaycan – Türkiyə “Mütəxəssis mübadiləsi proqramı" çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ilə, 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi İnsafəli Səmədov ilə görüşlərimiz oldu.

Bu istiqamətdə Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən diplomatik qəbul da mühüm əhəmiyyət daşıdı. Bu cür beynəlxalq platformalar gənclər arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.

Qələbələrlə zəngin daha bir ili arxada qoyduq. Geriyə baxdıqda həm gənclər, həm də idman sahəsində atılan addımların öz bəhrəsini verdiyini görürük. Bu uğurlar ayrı-ayrılıqda deyil, gənclərimizin, idmançılarımızın, idman ictimaiyyətinin, gənclər təşkilatlarının və federasiyaların #birkimibirlikdə yaratdığı birliyin nəticəsidir. İnanıram ki, məhz bu birlik və düzgün strategiya bizi daha böyük hədəflərə aparacaq. Fürsətdən istifadə edərək, hər birinizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:375
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri