Icma.az
close
up
RU
Fərid Qayıbov 2025 ci ili dəyərləndirdi: 2113 medal, yeni statuslar, böyük hədəflər

Fərid Qayıbov 2025 ci ili dəyərləndirdi: 2113 medal, yeni statuslar, böyük hədəflər

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ənənəvi olaraq, bu il də dövlətimizin başçısı cənab İlham Əliyev idman yekunlarına həsr edilmiş görüşdə il ərzində fərqlənən bir qrup idmançı və mütəxəssislərə dövlət mükafatları və mənzillər təqdim etdi. Bu görüşlər idmançılarımız üçün təkcə mükafatlandırma deyil, həm də mənəvi dəstək və yeni hədəflər üçün güclü motivasiyadır. Ölkə başçısının səsləndirdiyi fikirlər gələcək fəaliyyətimiz üçün mühüm istiqamətləri müəyyənləşdirdi. “Buta Palace”da baş tutan digər tədbirimizdə isə müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırdıq”.

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov dekabr ayını dəyərləndirərkən deyib.

O, sayca 52-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, 2025-ci il Azərbaycan idmanı üçün yeni rekordlar, uğurlar və əlamətdar hadisələrlə yadda qalıb: “İl ərzində idmançılarımız dünya və qitə çempionatlarında, dünya kubokları, qran-prilər və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək 613 qızıl, 616 gümüş və 884 bürünc, ümumilikdə 2113 medal qazandılar. Bu nəticələr böyük zəhmətin, planlı işin və ardıcıl inkişafın göstəricisidir”.

Nazir vurğulayıb ki, Bakı şəhəri 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” elan olunub: “Bu münasibətlə Bakı Şəhər İcra Hakimiyyətində “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi təqdimetmə mərasimi keçirildi və Bakı bu statusu Monako şəhərindən təhvil aldı. İnanıram ki, federasiyalar və aidiyyəti qurumlarla birgə paytaxtımız bu məsuliyyətli missiyanı uğurla həyata keçirəcək”.

Qayıbov qeyd edib ki, Beynəlxalq fəaliyyətlərimiz də il ərzində davam edib: “Koreyanın Busan şəhərində keçirilən Dünya Antidopinq Konfransında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi və həyata keçirilən layihələr haqqında danışdıq. Səfər çərçivəsində Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka və Busan şəhərinin meri Park Heonq-cun ilə görüşlər keçirildi”.

Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edib: “Dialoq çərçivəsində gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri təşkil olundu. Tədbir zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam ilə görüşümüz oldu”.

Qayıbovun sözlərinə görə, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Bakıya səfər etdi və ölkəmizdə gənclər və idmançılar üçün yaradılan şəraitlə tanış olub: “Qonaqla görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik. BMT-nin Azərbaycandakı missiyasını başa vuran rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə də görüşdük və gələcək fəaliyyətində uğurlar arzuladıq”.

O, ənənəyə uyğun olaraq beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb, onların fikir və təkliflərini dinləyib: “Növbəti vətəndaş qəbulumuz isə Cəlilabad şəhərində Biləsuvar, Cəbrayıl və Cəlilabad rayon sakinləri ilə baş tutdu”.

“Böyük qayıdış” proqramına dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərə idmançılarımızın səfərləri il ərzində davam etdiyini söyləyən nazir, futbolçuların, cüdoçuların və idman veteranlarının ardınca bu dəfə güləşçilərimiz də bu missiyaya qoşulduğunu söyləyib.

Nazir mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan və 11-ci dəfə keçirilən Vüqar Həşimov Memorialının bu dəfə Xankəndi şəhərində keçirildiyini vurğulayıb.

Dördüncü dəfə keçirilən “Üzgüçülük hamı üçün” yarışının bu dəfə Bakı və regionlarda fəaliyyət göstərən 37 üzgüçülük hovuzunda 14 yaş qrupu üzrə 1500-dən çox iştirakçını əhatə etdiyini söyləyən nazir, üzgüçülük idman növünə marağın artdığını bidlirb: “Səkkizinci Uşaq Paralimpiya Oyunları, padel idman növü üzrə ilk Azərbaycan çempionatında, taekvondo və karate üzrə növbəti ölkə çempionatlarında iştirak etdik.

Atıcılıq, badminton və qılıncoynatma federasiyalarının hesabat seçki konfransları keçirildi. Şahmat Federasiyası ilə MMA və Qrapplinq Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş konfransları ötən dövrdəki fəaliyyətlərin müzakirəsi baxımından faydalı oldu. Yenidən seçilən federasiya rəhbərlərinə qarşıdakı dövrdə yeni-yeni uğurlar arzulayıram.

Şübhəsiz uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində, eləcə də yeni çempionların yetişməsi baxımından kənd və qəsəbələrdə idman zallarının fəaliyyəti də mühüm rol oynayır. Bu günlərdə tanınmış güləşçimiz Taleh Məmmədovun Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı fəaliyyətə başladı”.

Gənclərlə iş sahəsində də fəaliyyətlərin yetərincə effektiv olduğunu söyləyən Qayıbov, “regionlarda təşkil olunan gənclər düşərgələri də gənclərin maariflənməsi və sosial bacarıqlarının inkişafında xüsusi rol oynayır. Qubada keçirilən “Zəfər salnaməsi: Hüquq və Birliyimiz”, “Poliqon” hərbi-vətənpərvərlik düşərgələri, “4P Gənclər Evi”, “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” və digər tədbirlər gənclərin sosial aktivlik və təcrübə baxımından formalaşmasına dəstək olur”, - deyə bildirib.

Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə keçirilən görüşlərin onların qazandıqları təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu vurğulayan nazir Türkiyə, Özbəkistan, Mərakeş, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya və Estoniyada keçirilən tədbirlərdə iştirak edən gənclərimizin Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib.

Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Tələbə Gənclər Təşkilatlarının nümayəndələri ilə, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri və ekspertləri ilə, eləcə də Azərbaycan - Türkiyə “Mütəxəssis mübadiləsi proqramı" çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ilə, 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi İnsafəli Səmədov ilə görüşlərə də toxunan Fərid Qayıbov, bu istiqamətdə Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən diplomatik qəbulun da mühüm əhəmiyyət daşıdığını, belə beynəlxalq platformaların gənclər arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət etdiyini söyləyib.

Son olaraq Qayıbov bildirib ki, qələbələrlə zəngin daha bir il arxada qoyulub: “Geriyə baxdıqda həm gənclər, həm də idman sahəsində atılan addımların öz bəhrəsini verdiyini görürük. Bu uğurlar ayrı-ayrılıqda deyil, gənclərimizin, idmançılarımızın, idman ictimaiyyətinin, gənclər təşkilatlarının və federasiyaların #birkimibirlikdə yaratdığı birliyin nəticəsidir. İnanıram ki, məhz bu birlik və düzgün strategiya bizi daha böyük hədəflərə aparacaq. Fürsətdən istifadə edərək, hər birinizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri