Icma.az
close
up
RU
Qeyri neft sektorunun dayanıqlığı büdcədən asılılığın azalması ilə ölçülür ŞƏRH EDİLDİ

Qeyri neft sektorunun dayanıqlığı büdcədən asılılığın azalması ilə ölçülür ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycanda sosial xərclərin və dövlət investisiyalarının artması makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və regionların inkişafı baxımından mühüm rol oynayıb. Xüsusilə infrastruktur, sosial təminat, məşğulluq və regionların tarazlı inkişafına yönələn dövlət xərcləri qısamüddətli dövrdə iqtisadi aktivliyi stimullaşdırıb və qeyri-neft sektorunda artım tempini sürətləndirib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu artımın real dayanıqlığının necə ölçülməsi və uzunmüddətli perspektivdə iqtisadi inkişafı nə dərəcədə təmin etməsi əsas müzakirə mövzularındandır: "Qeyri-neft sektorunun real dayanıqlığı ilk növbədə onun dövlət büdcəsi və dövlət investisiyalarından asılılıq səviyyəsi ilə ölçülməlidir. Əgər artım əsasən dövlət sifarişləri, subsidiya və ya büdcə hesabına maliyyələşən layihələr üzərində formalaşırsa, bu zaman statistik artım olsa belə, struktur baxımından zəiflik qalır. Dayanıqlı qeyri-neft sektoru isə özəl təşəbbüslərin payının artması, ixracyönümlü istehsalın genişlənməsi, məhsuldarlığın yüksəlməsi və bazar mexanizmləri hesabına formalaşan gəlirlərlə xarakterizə olunmalıdır. Bu baxımdan əsas ölçü meyarları kimi qeyri-neft sektorunda özəl investisiyaların həcmi, yeni yaradılan iş yerlərinin keyfiyyəti, məhsul və xidmətlərin rəqabət qabiliyyəti, həmçinin qeyri-neft ixracının coğrafiyası və dəyər zəncirində tutduğu yer çıxış etməlidir. Əgər qeyri-neft sektorunda artım daxili tələblə yanaşı, xarici bazarlara çıxışla möhkəmlənirsə, bu, uzunmüddətli dayanıqlığın əsas göstəricisi sayıla bilər. Sosial xərclərin artımı isə bir tərəfdən əhalinin alıcılıq qabiliyyətini artıraraq daxili bazarı genişləndirir və qeyri-neft sektoruna əlavə stimul yaradır. Digər tərəfdən, bu xərclər iqtisadiyyatın istehsal potensialı ilə uzlaşdırılmadıqda fiskal yükü artırır və büdcə gəlirlərindən asılılığı dərinləşdirə bilər. Xüsusilə neft gəlirlərinin volatilliyi fonunda sosial xərclərin davamlı maliyyələşdirilməsi fiskal riskləri ön plana çıxarır.

Dövlət investisiyaları baxımından əsas risk ondan ibarətdir ki, bu investisiyalar özəl kapitalı əvəzləyən deyil, onu cəlb edən və tamamlayan xarakter daşımalıdır. Əks halda, iqtisadiyyat “dövlət mərkəzli artım” modelində ilişib qala, özəl sektorun təşəbbüskarlığı və risk alma motivasiyası zəifləyə bilər. Uzunmüddətli iqtisadi inkişaf üçün dövlət investisiyaları institusional islahatlar, biznes mühitinin yaxşılaşdırılması, maliyyə resurslarına çıxışın asanlaşdırılması və insan kapitalına yatırımlarla müşayiət olunmalıdır. Qeyri-neft sektorunda müşahidə olunan artımın uzunmüddətli iqtisadi inkişafı təmin edib-etmədiyi onun keyfiyyətindən asılıdır. Əgər bu artım dövlət xərcləri hesabına süni şəkildə dəstəklənirsə, büdcədən asılılıq riski qaçılmazdır. Əgər artım özəl sektorun genişlənməsi, rəqabət qabiliyyətinin yüksəlməsi və ixracyönümlü istehsalın güclənməsi ilə müşayiət olunursa, bu zaman qeyri-neft sektoru iqtisadiyyatın dayanıqlı lokomotivinə çevrilə bilər. Bu səbəbdən əsas hədəf təkcə artım tempini deyil, həmin artımın struktur keyfiyyətini və uzunmüddətli dayanıqlığını təmin etmək olmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri