Icma.az
close
up
RU
2025 ci ildə ən populyar 13 it cinsi

2025 ci ildə ən populyar 13 it cinsi

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu itlər bir çoxlarının ev heyvanı olmaq arzusudur. Əgər siz it saxlamaq fikrindəsinizsə, doğru cins seçimi çox vacibdir — məsələn, kiçik sahəyə uyğun kiçik cins və ya allergiyası olanlar üçün hipoallergen itlər. Bir çox insan internet axtarışlarından istifadə edərək, özünə uyğun it cinsini müəyyən etməyə çalışır.

Lent.az bu 13 it cinsini sizə təqdim edir:

1. Labrador retriver
Dostcanlı, sadiq və asan öyrədilən. Bir çox ailənin arzusudur.

2. Qızılı retriver
Labradorun bütün üstünlüklərinə sahibdir, ancaq bir qədər iri və tüklüdür. İdeal ailə iti sayılır.

3. Taks (Taksa)
Son illərdə çox dəbdədir. Bəzən inadkar və dikbaş olsalar da, sevimli sifətləri ilə könülləri fəth edirlər.

4. Koker-spaniel (İngilis koker-spanieli)
Amerika növündən fərqli olaraq daha geniş başlı, uzun və sıx tüklü olur. Sevimli və ailə yönümlü cinsdir.

5. Alman çoban iti (Alman avçarkası)
Əvvəllər çoban iti kimi istifadə olunsa da, bu gün polis, ordu, əlillərə kömək və axtarış-xilasetmə işlərində də geniş istifadə olunur. Zəkalı və etibarlı dostdur.

6. Cek-Rassel teriyeri
Bu aktiv və enerjili cins artıq 200 ildən çoxdur ki, sevilir. Kiçik olsa da, çox enerjilidir və ağıllıdır.

7. Pudl (Poodle)
3 ölçüdə mövcuddur: oyuncaqlı, mini və standart. Hipoallergikdir və bu səbəbdən allergiyalı insanlar üçün idealdır.

8. Rotveyler
Bəzən aqressivliklə assosiasiya olunsa da, düzgün yetişdirildikdə çox sadiq və mərhəmətli ev heyvanı olur.

9. Border-kolli
Ən ağıllı it cinsi hesab olunur. Dərhal öyrənir və unutmaz. Amma çoxlu hərəkət və geniş sahə tələb edir.

10. Kavapu (Cavapoo)
Pudl və kavalye-kinq-Çarlz-spaniel cinslərinin qarışığıdır. Zəkalı, tükü tökülməyən və çox sevimli bir hibrid cinsdir.

11. Fransız buldoqu
Son illərdə Böyük Britaniyada labradorla populyarlıqda rəqabət aparan cinsdir. Kiçik, sakit və ailələr üçün uyğundur.

12. Şi-tzu
Çin mənşəlidir. Pekingez və Lhasa Apso cinslərinin qarışığıdır. Keçmişdə Min sülaləsi dövründə imperatorlar bu cins itləri satmaq və ya dəyişməkdən imtina edirdilər.

13. Doberman
Əvvəllər qoruma və mühafizə məqsədilə istifadə olunub. Vaxtilə qulaqları kəsilərdi, amma bu gün bu üsul əksər itsevərlər tərəfindən qəddarlıq hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri