Icma.az
close
up
RU
2025 ci ilin Konstitusiya və Suverenlik İli kimi qeyd olunması tarixi qərar idi

2025 ci ilin Konstitusiya və Suverenlik İli kimi qeyd olunması tarixi qərar idi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Nizami  Rayon Komitəsi tərəfindən Texnika və Texnologiyalar üzrə Dövlət Peşə Mərkəzində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu öndər Heydər Əliyev irsinin davamı və "Həyatla Oyun" tamaşası adlı tədbir keçirilmişdir. Ulu öndər və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra peşə məktəbinin direktoru Səbinə Hacıyeva qonaqları salamlayaraq sözü ATİAHİ Nizami RK-nın sədri Sübut Əsədova verdi.

Sübut Əsədov çıxışında qeyd etdi ki, 2025-ci ildə ölkəmizdə konstitusiyanın qəbul  olunmasının 30 illiyi qeyd olunur. Məhz 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ümumxalq səsverməsi ilə qəbul olunmuş bu mühüm sənəd ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yolunu müəyyən etmişdir. Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, dövlətin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında əsas hüquqi baza olmuşdur.

Nəticə etibarilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd olunması  hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından tarixi qərar idi. Bu, eyni zamanda dövlət müstəqilliyinə sarsılmaz inamın təzahürüdür, 
bununla yanaşı xalqımızın dahi övladı, Ümummilli lider Heydər Əliyev irsinin yaşadılması, onun müəyyən etdiyi inkişaf yolunun davam etdirilməsi baxımından mühüm addımdır. ATİAHİ Nizami RK-nın sədri Sübut Əsədov eyni zamanda "Həyatla Oyun" tamaşası haqqında fikirlərini söyləyərək qeyd etdi ki, cəmiyyətimizin ən təhlükəli və dağıdıcı problemlərindən biri olan narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndən olmalıdır. Natiq bildirdi ki, narkomaniya  bütövlükdə gələcəyimizi təhdid edən sosial fəlakətdir və bu zərərli vərdişlə mübarizə sağlam həyata təminatdır. S. Əsədov sonda söyləyib ki, bu bəladan qurtulmağın mühüm addımlardan biri gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir və 
maraqla izlənilən "Həyatla Oyun" tamaşası da narkotiksiz gələcək naminə sağlam gələcəyimiz üçün faydalı maarifləndirilmə kampaniyasının tərkib hissəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri