Qış aylarında immuniteti gücləndirən qidalar və vitaminlər hansılardır? AÇIQLAMA
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qış aylarında immunitet zəiflədiyi üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır.
Milli.Az xəbər verir ki, diyetoloq Maryana Cutovanın sözlərinə görə, rasionda C, D, A və E vitaminləri, həmçinin sink, dəmir və selenlə zəngin qidalar olmalıdır:
"Sitrus meyvələri C vitamini ilə immun hüceyrələrini aktivləşdirir. Süd məhsulları və turşuya qoyulmuş tərəvəzlər bağırsaq mikrobiomunu dəstəkləyir. Sarımsaq və soğan viruslara qarşı təsirlidir. Tünd rəngli giləmeyvələr iltihabı azaldır, qoz-fındıq isə E vitamini və sink mənbəyidir.
D vitamini respirator infeksiyaların riskini azaldır və əsasən yağlı balıq, yumurta sarısı və zənginləşdirilmiş qidalarda olur. A vitamini selikli qişaları qoruyur, dəmir və selen isə immun hüceyrələrinin fəaliyyəti üçün vacibdir. Günəş işığının az olduğu dövrlərdə bəzi vitamin əlavələrinə ehtiyac yarana bilər, lakin onların qəbulu mütləq həkim məsləhəti ilə olmalıdır".
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Yanvar 2026 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















