Icma.az
close
up
RU
20252026cı illər üçün akademik dərəcə nəzərdə tutmayan İcma Kolleci proqramı (CCI) elan edilib

20252026cı illər üçün akademik dərəcə nəzərdə tutmayan İcma Kolleci proqramı (CCI) elan edilib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səfirlik ABŞ kolleclərindən birinin ev sahibliyi etdiyi dörd sahə - “Rəqəmsal Media”, “Kənd Təsərrüfatı”, “İT və Kibertəhlükəsizlik” və “Biznes və Sahibkarlıq” sahələri üzrə bir illik akademik dərəcə nəzərdə tutmayan icma kolleci proqramını (CCİ) elan etməkdən məmnundur. Proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Bizimyol.info səfirliyə istinadən xəbər verir ki, 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər bir il müddətinə təklif olunacaq proqram üçün 4 nəfərə qədər azərbaycanlı tələbə seçiləcək. Proqram öncəsi oriyentasiya 2025-ci ilin iyun ayında keçiriləcək. Tələbələr digər amerikalı və beynəlxalq tələbələrlə birgə ABŞ icma kolleclərindən birində təhsil alacaqlar. Bu, akademik dərəcə nəzərdə tutulmayan bir proqramdır. Proqram başa çatdıqdan sonra tələbələrin Azərbaycana qayıtması gözlənilir. ABŞ Dövlət Departamenti ABŞ-dəki proqram müddətində təhsil haqqını qarşılayacaq və maliyyə yardımı göstərəcək.

*Tələbələrə təhsil müddətində ABŞ-də işləməyə icazə verilmir və proqram müddətində başqa kurslarda iştirak etmək üçün şərait yaradılmır.Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz: [email protected]Sənədlərinizi qəbul üzrə koordinator Gülçin Seyidovanın elektron ünvanına göndərin: [email protected]

Nəzərə alın ki, elektron poçtunuzdakı mövzu hissəsində qeyd edilməlidir: CCI - 2025

“CCI” proqramı üçün təqdim olunacaq sənədlərin siyahısı:

Ərizə forması (bu elana əlavə olunur)Orta məktəb diplomunun və qiymət kağızlarının surətləri;Motivasiya məktubu - bu proqramı seçmə səbəblərinizi, mediaya, kommunikasiyaya və media sahəsinə marağınızın nə olduğunu və nəyə görə olduğunu ifadə edin;Şəxsiyyət vəsiqəsinin və ya xarici pasportun surəti;İngilis dili testi - Tələbələr kreditli siniflərə yazılmaq üçün minimum dil tələblərinə cavab verməlidirlər;Seçilmiş müraciət edənlərdən tibbi forma tələb olunacaq.

Son müraciət tarixi – 17 yanvar, 2025

Kimlər müraciət edə bilər:

- Namizədlər təsvir olunduğu kimi rəqəmsal media və kommunikasiya yolunda təhsilə olan maraqlarını və öhdəliyini nümayiş etdirməyi bacarmalıdırlar.

- Azərbaycan tərəfindən verilmiş etibarlı pasporta malik olan vətəndaş, milli və ya daimi rezident

- Hazırda Azərbaycanda yaşayan

- 1 iyul 2025-ci ilə qədər 18 yaş və ya daha böyük olan

- Uğurla orta məktəb attestatını qazanan

- 1-ci və 2-ci kurs tələbələri

- Yetərincə təmsil olunmayan qrupdan və/yaxud xidmət göstərilməyən icmadan olan ərizəçilərə üstünlük veriləcək.

- Bəzi akademik və ya peşəkar təcrübə vasitəsilə seçilmiş təhsil sahəsinə sadiqliyini nümayiş etdirmiş namizədlər - Proqram təklif olunan təhsil sahələrində sübut edilmiş bacarıqları və ya marağı və məhdud peşəkar təcrübəsi olan iştirakçıları müəyyən etmək məqsədi daşıyır.

- İngilis dilində təhsil ala bilən

- Xaricdə təhsil təcrübəsi olmayan və ya məhdud olan

- Əvvəlcədən xaricdə təhsili və ya ABŞ-yə səfəri olmayan namizədlərə yerləşdirmə prioritetləri veriləcək.

- Tam orijinal ərizə təqdim edilməlidir.

- ABŞ J-1 vizası ala və bu statusu saxlamaq üçün proqram şərtlərinə cavab verə bilən

- Həftənin istənilən günü, ola bilsin ki, səhər və ya axşam saatları daxil olmaqla, proqramlaşdırıla bilən fəaliyyətlər və ya səyahətlər də daxil olmaqla, proqramı tam şəkildə başa çatdırmağa hazır və fiziki cəhətdən (tələb olunduqda yaşayış yeri ilə) qadir olan

- Proqramı başa vurduqdan və J-vizasının iki illik rezidentlik tələbini yerinə yetirdikdən sonra vətənə qayıtmaq öhdəliyi götürən

- 2025-ci ilin iyul ayında ABŞ-də akademik mübadilə proqramına başlaya bilən şəxslər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri