2025ci ildə dünyanın ən güclü ordusuna bu ölkələr sahib olacaq Türkiyə yüksəlişə keçəcək AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
“Gloal Firepower” portalının hazırlayacağı “Dünyanın ən güclü ordularının 2025-ci il siyahısı”nda hansı ölkələrin olacağı indidən böyük maraq mövzusuna çevrilib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, 2024-cü il siyahısında ilk üçlükdə olan ABŞ, Rusiya və Çinin reytinqində dəyişiklik olacağı gözlənilmir. Xüsusən də ABŞ-nin yüksək hərbi büdcəsi ilə yenə birinci yerdə qərarlaşacağı proqnozlaşdırılır. Hazırda NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin isə siyahının ilk onluğunda yer alacağı dəqiqləşib.
Digər tərəfdən 2025-ci ildə böyük yüksəlişə keçməsi gözlənilən ölkələrin də adları məlum olub. Həmin ölkələri təqdim edirik:
1. Cənubi Koreya;
2. Yaponiya;
3. Türkiyə;
4. İran;
5. İsrail;
6. Almaniya;
7. İspaniya;
8. Polşa;
9. İsveç;
10. Myanmar.
Qeyd edək ki, Türkiyə hazırda dünyanın ən güclü 8-ci ordusuna sahibdir.
“AzPolitika.info”


