Icma.az
close
up
RU
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib. 

Bu barədə XQ-yə Təşkilatdan məlumat verilib. Bildirilib ki, silsilə tədbirlər çərçivəsində I Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya və “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirə təşkil olunub.

Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Tədbirlər planına uyğun olaraq üzv gənclərin və Qayıdış könüllülərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birgə əməkdaşlıq çərçivəsində  “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirə təşkil edilib.

Panel müzakirədə millət vəkilləri Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, təşkilat sədrləri və nümayəndələri iştirak ediblər.

Görüş zamanı natiqlər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas prinsiplərindən, respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən, eyni zamanda gənclər siyasətindən söz açıblar. Bildiriblər ki, milli düşüncənin formalaşmasında, gəncləri dövlətin gələcəyi kimi görərək  onların təhsili, peşəkar inkişafı və vətənpərvərlik ruhunda böyüməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Qeyd olunub ki, bu gün Ulu Öndərin ruhu şaddır. Onun ən böyük arzusu reallaşıb, işğal altındakı torpaqlarımız azad edilib, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə həyatın yenidən canlanması artıq başlayıb. Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən qonaqlar sonda gənclərin suallarını cavablandırıblar. 

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri