2025ci ildə telefonlarda peyk internet xidməti gələcək
Icma.az bildirir, News24 portalına istinadən.
Dünyada 2,5 milyard insan internetə daxil ola bilmir, lakin bu vəziyyətin gələcəkdə dəyişəcəyi gözlənilir.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, İlon Maska məxsus "SpaceX"in peyk internet şəbəkəsi smartfonları "Direct to Cell" peykləri ilə şəbəkəyə qoşmağa hazırlaşır.
Texniki imkansızlıq səbəbindən mobil telefonların yüzlərlə kilometr uzaqlıqdakı peyklərə qoşulması kifayət qədər çətindir.
Şirkətin açıqlamasında bildirilir ki, Starlink peykləri bu çətinliklərin öhdəsindən gəlmək və mobil telefonlara standart LTE xidməti göstərmək üçün innovativ yeni xüsusi silikon, mərhələli sıra antenaları və qabaqcıl proqram alqoritmləri ilə təchiz edilib.
Açıqlamada səsli zənglər, data və əşyaların interneti kimi xidmətlərin 2025-ci ildə istifadəyə veriləcəyi açıqlanarkən mesajlaşma xidmətinin bu il başladığı bildirilib.
Ağa Dadaşzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















