Icma.az
close
up
RU
“2026 cı il regionların inkişafında yeni imkanlar açacaq“ POLİTOLOQ DANIŞDI

“2026 cı il regionların inkişafında yeni imkanlar açacaq“ POLİTOLOQ DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu qərar indiki mərhələdə həm diqqətçəkən, həm də ümumi mənada olduqca vacib bir addımdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda şəhərsalma və onun tərkib hissəsi olan şəhər planlamasına ehtiyac ildən-ilə artan bir çağırışa çevrilib:

”Əhali sayının artması urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində yeni infrastruktura olan tələbatı yüksəldir. Paytaxt Bakının yükünün ildən-ilə artması regionların inkişafının daha kompleks və sistemli şəkildə təşkili zərurətini yaradır.
Xüsusilə qeyd etmək lazımdır ki, şəhərlərin planlaşdırılması məsələsi yeni mərhələyə qədəm qoymalıdır. Müasir şəhərsalma yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır nəqliyyat sistemləri, ictimai məkanlar, sosial infrastruktur, iş yerləri və ekoloji balans vahid konsepsiya çərçivəsində nəzərdən keçirilməlidir.
Son illərdə ölkədə bu sahədə mühüm işlərə start verilib. Paytaxt Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu meyarlar əsas götürülür. Lakin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin artıq zərurətə çevrildiyini və dövlətin bu məsələyə daha kompleks yanaşacağını göstərir.
Dünyanın bir çox ölkəsində “yaşıl şəhərlər” konsepsiyası qəbul edilib. Bu yanaşma ekoloji dayanıqlılığı, hava keyfiyyətini, insan sağlamlığını və həyat keyfiyyətini ön plana çıxarır. “Ağıllı şəhərlər” isə rəqəmsal texnologiyalar vasitəsilə enerji istifadəsini, nəqliyyatı, kommunal xidmətləri və şəhər idarəçiliyini daha səmərəli edir. Bu modelin ölkəmizdə tətbiqi həm dövrün tələblərinə uyğunlaşmaq, həm də gələcək perspektivdə bir çox sahədə mühüm yeniliklərə yol açmaq baxımından əhəmiyyətlidir.
Bu təşəbbüsün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən şəhərləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri klassik şəhərsalma nümunəsi deyil, sıfırdan formalaşdırılan müasir urbanist model kimi qiymətləndirilə bilər. Bu regionlarda ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi yalnız yaşayışın bərpasına deyil, eyni zamanda iqtisadi inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünün stimullaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edəcək.
Xüsusilə vurğulamaq lazımdır ki, düzgün planlama və gələcək perspektivə hesablanmış dövlət qayğısı nəticəsində paytaxt Bakının yükü əhəmiyyətli dərəcədə azala, regionlar isə paytaxtdan asılı olmadan inkişaf edə bilər.
Digər mühüm məqam şəhərsalma prosesinin tarixi-mədəni irsin qorunması ilə paralel aparılmasıdır. Təəssüf ki, paytaxt Bakı da daxil olmaqla bəzi ərazilərdə tarixi məkanlar ya baxımsız qalır, ya da səhlənkarlıq nəticəsində sıradan çıxır. Halbuki ölkənin bir çox şəhər və rayonlarında yerləşən tarixi abidələrin həm bərpasına, həm kompleks təmirinə, həm də müasir şəhərsalma modeli ilə inteqrasiyasına ehtiyac var. Şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Əksinə, memarlıq irsinin qorunması və müasir şəhər mühiti ilə harmoniyalı şəkildə inteqrasiya olunması şəhərlərin kimliyini və estetik dəyərini daha da artırır.
Şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir. Planlaşdırma, ekoloji davamlılıq, ağıllı texnologiyalar, tarixi irsin qorunması və regional inkişaf vahid strategiya çərçivəsində həyata keçirilməlidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə institusional və ideoloji baza yaradır. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi qarşıdakı dövrdə görüləcək işlərin daha effektiv olacağına əminlik yaradır”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri