Icma.az
close
up
RU
2026 cı ildə Android və iPhone üçün ən yaxşı 5 RPG oyunu

2026 cı ildə Android və iPhone üçün ən yaxşı 5 RPG oyunu

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Mobil oyunlar artıq ikinci dərəcəli əyləncə hesab olunmur.
Bizim.Media xəbər verir ki, bu gün smartfonlarda yüksək keyfiyyətli qrafikaya, dərin inkişaf sisteminə və onlarla saatlıq məzmuna malik böyük RPG layihələri oynamaq mümkündür.
2026-cı ildə Android və iPhone istifadəçilərinin pulsuz yükləyə biləcəyi ən yaxşı RPG-lərdən 5-ni təqdim edirik.
1. Genshin Impact
Son illərin ən məşhur onlayn RPG-lərindən biridir. Oyun əksər platformalarda mövcuddur və crossplay dəstəkləyir. Bu isə smartfon, planşet və kompüter arasında oyun irəliləyişini davam etdirməyə imkan verir.
Genshin Impact geniş açıq dünya, maraqlı süjet və müntəzəm yeniləmələri ilə seçilir. Rol sistemi personajların, silahların və artefaktların inkişafı üzərində qurulub.
2. Lineage 2 Revolution
Klassik MMORPG-nin Unreal Engine 4 mühərriki əsasında hazırlanmış mobil versiyasıdır. Oyunda böyük açıq dünya, klan müharibələri, qala mühasirələri və eyni vaxtda yüzə qədər oyunçunun iştirak edə bildiyi kütləvi döyüşlər var.
Oyun kifayət qədər güclü smartfon tələb edir və təxminən 2 GB yaddaş tutur. Hazırda personaj üçün maksimum səviyyə 180-dir. Klassik MMO atmosferini sevənlər üçün bu oyun mobil platformalarda ən uyğun seçimlərdən biridir.
3. Eternium
Diablo üslubunda hazırlanmış klassik RPG-dir və oyunçular tərəfindən yüksək qiymətləndirilir. Əsas üstünlükləri aqressiv monetizasiyanın olmaması və fərqli idarəetmə sistemidir.
Hərəkət etmək üçün ekrana toxunmaq, sehrlərdən istifadə etmək üçün isə barmaqla xüsusi işarələr çəkmək kifayətdir.
Oyunda üç sinif mövcuddur: döyüşçü, sehrbaz və ovçu. Enerji sistemi və süni oyun məhdudiyyətləri yoxdur. Layihənin təqdimatından 10 ildən çox vaxt keçsə də, oyun hələ də yenilənir.
4. Where Winds Meet
Çin tarixinin Beş Sülalə dövründə keçən müasir açıq dünya aksiyon-RPG-sidir.
Oyun yüksək keyfiyyətli qrafikası, geniş fəaliyyət azadlığı və soulslike elementləri olan döyüş sistemi ilə seçilir. Döyüşlərdə parrying, əks-hücumlar və silahların birbaşa döyüş zamanı dəyişdirilməsi mümkündür.
Monetizasiya əsasən kosmetik əşyalara və döyüş biletlərinə əsaslanır. Gacha sistemi və məcburi ödənişlər yoxdur. Cross-platform və kooperativ rejimlər də mövcuddur.
Lakin oyun kifayət qədər güclü cihaz tələb edir. Rahat oyun üçün Snapdragon 8 Gen 2 səviyyəsində Android smartfonu və ya iPhone 14 Pro və daha yeni modellər tövsiyə olunur.
5. Cyberika
Kiberməkan atmosferində hazırlanmış RPG-dir. Hadisələr yüksək texnologiya ilə yoxsulluğun bir arada mövcud olduğu gələcəyin şəhərində baş verir.
Oyunçu şəhərin kənarından başlayaraq müxtəlif qruplaşmaların nəzarət etdiyi əraziləri araşdırır və tədricən nüfuzunu artırır.
Oyunda multiplayer zonaları, implantlar və müxtəlif silahlar mövcuddur. Bununla belə, oyunun müəyyən çatışmazlıqları da var: ölüm zamanı cərimələr, oyunun əvvəlində resurs çatışmazlığı və nəzərəçarpacaq free-to-play monetizasiya sistemi.
Kibermank estetikasını sevən və monetizasiya xüsusiyyətlərinə göz yuma bilən oyunçular üçün Cyberika maraqlı seçim ola bilər.
Qısaca
2026-cı ildə Android və iPhone üçün pulsuz RPG seçimi kifayət qədər genişdir.
Genshin Impact — böyük açıq dünya və zəngin süjet;
Lineage 2 Revolution — klassik MMORPG atmosferi;
Eternium — “old-school” oyun mexanikası və daha az aqressiv monetizasiya;
Where Winds Meet — yüksək keyfiyyətli qrafika və mürəkkəb döyüş sistemi;
Cyberika — futuristik kibermank dünyası.
Seçim isə oyunçunun nəyə üstünlük verməsindən asılıdır: süjet, multiplayer, qrafika və ya minimum monetizasiya.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:512
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Avqust 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri