Ucuz məhsul baha başa gəldi Dedi ki, pulu atın göndərirəm (Video)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şamaxıda bir qrup sakin sosial şəbəkədə traktor təkərləri və qoşqusu almaq istəyərkən aldadılıblar. Dələduzlar onlara pul ödəndikdən sonra malları göndərəcəyinə inandırıb. Lakin pulları aldıqdan sonra telefonu söndürüblər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan bir neçə sakin "TikTok" platformasında təkərli qoşqu satışı ilə bağlı elanla rastlaşıblar. Satıcı ilə əlaqə saxlayaraq razılığa gəlib, təklif olunan məhsulu almaq üçün pul ödəyiblər. Onlara texnikaların idarəyə məxsus olduğu, sonradan metal tullantısı kimi satıldığı, təkərlərin isə artıq qaldığı üçün ucuz qiymətə təklif edildiyi deyilib.
Vətəndaşlar bildirirlər ki, satıcının göndərdiyi karta ümumilikdə 1600 manat pul köçürüblər. Lakin razılaşdırılmış vaxtda nə təkərlər, nə də traktor qoşqusu onlara çatdırılıb. Bundan sonra qarşı tərəflə əlaqə saxlamağa çalışsalar da, telefon zənglərinə cavab verilməyib. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, sözügedən məsələ ilə bağlı zərərçəkmişlərin müraciəti əsasında polis araşdırma aparır. Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində zəruri tədbirlər görülür.Vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə olunur.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 16 Noyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















