Icma.az
close
up
RU
“2026 cı ildə təxirəsalınmaz məsələlərdən biri də fundamental islahatların həyata keçirilməsidir...”

“2026 cı ildə təxirəsalınmaz məsələlərdən biri də fundamental islahatların həyata keçirilməsidir...”

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Parlament buraxılmalıdır. Çünki dövrün çağırış və tələblərinə cavab vermir, Ramiz Mehdiyevin adamları oradan da təmizlənməlidir...”

“Başa vurduğumuz 2025-ci il təlatümlü və gərgin il olaraq tarixə qovuşdu. Planetimiz nüvə təhdidi ilə üz-üzədir. Köhnə ildən qarşılaşdığımız yeni 2026-cı ilə, təəssüflər olsun ki, ağır miras da qaldı. Ukrayna-Rusiya müharibəsi daha amansız və dağıdıcı xarakter almaqdadır, Yaxın Şərqdə münaqişələr və qarşıdurmalar səngimir. Uzaq Amerika qitəsində hər an yeni silahlı toqquşmalar baş verə bilər”. 

Bunu Moderator.az-a açıqlamasında “2026-cı ildə Azərbaycanın və dünyanın siyasi və iqtisadi həyatında hansı yenilikləri gözləyirsiniz?” sualını cavablandırarkən söyləyib.

“Yerləşdiyimiz siyasi coğrafiyada da mürəkkəb vəziyyətdir. Qonşu İranda baş qaldıran rejimə qarşı etirazlar genişlənməkdədir, Ermənistanın daxilində ictimai-siyasi durum da tündləşməkdə davam edir. Gürcüstanda da siyasi sabitlik çox kövrəkdir. Moskvanın postsovet dövlətlərinə basqısı artır. Göründüyü kimi, bu il də sabit, rəvan və sakit il olmayacaq. Bununla belə, gözləntilər də var. İlk növbədə Rusiya Ukrayna müharibəsinin durdurulması istiqamətində artan diplomatik səylər öz müsbət nəticəsini verməlidir. Bu müharibə beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərən qlobal müharibəyə çevrildiyindən ədalətli həll olunması dünya ictimaiyyətini rahatladar, sülhün və təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayardı. Bu müharibənin hamılıqla qəbul olunan hüquqa və prinsiplərə əsaslanaraq həlli regionumuz üçün də əhəmiyyət kəsb edir”, -deyə davamında siyasi şərhçi diqqətə çatdırıb. 

Əli Orucovun sözlərinə görə, cari ildə Ermənistan-Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına, tranzit nəqliyyat xəttlərinin istifadəyə verilməsinə də ümid edilir: 

“Ötən ilin 8 avqustunda Donald Trampın vasitəçiliyi ilə liderlərin imzaladığı sənədlər bunun üçün münbit zəmin hazırlayıb. Regionun əməkdaşlığı və inteqrasiyası üçün geniş imkanlar açıb. Düşünürəm ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə də normallaşma və inkişaf üçün də perspektivlər qiymətləndiriləcək. Həmçinin ABŞ Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişi də ləğv edəcək. Azərbaycanın yenə də dünyanın siyasi, mədəni mərkəzlərdən biri olmaq statusunu özündə saxlayacağına da güvənim tamdır. Azərbaycanın xarici siyasətinin bundan sonra uğurlu olması region üçün də faydalıdır. Bu vəzifənin də öhdəsindən xarici siyasət sahəsində məsul olan Hikmət Hacıyevin və  Ceyhun Bayramovun prezidentin etimadını cari ildə də doğruldacağına qətiyyən şübhəm yoxdur...”  

Siyasi şərhçi hesab edir ki, eyni ümidverici fikirləri Azərbaycan rəhbərliyininiqtisadi komandası haqqında söyləmək mümkün deyil: 

“Yeni ilə hökümət qiymət artımı və bahalaşma ilə başladı. Ölkədə sosial-iqtisadi durum pisləşməkdədur.  Quru sərhədlərin açılması ölkə vətəndaşlarının ən böyük arzusuna çevrilib. Bu il təxirəsalınmaz məsələlərdən biri də fundamental islahatların həyata keçirilməsidir. Köhnədən qalan və inkişafa əngəl olan strukturlar və paralel orqanlar ləğv edilməli, idarəetmə mobilləşməlidir...

Parlament buraxılmalıdır. Çünki dövrün çağırış və tələblərinə cavab vermir, Ramiz Mehdiyevin adamları oradan da təmizlənməlidir.  Daxili problemlərin həlli istiqamətində təxirəsalınmaz effektli tədbirlərin görülməsi qaçınılmazdır.”  

“Yekun olaraq qeyd etmək istərdim ki, 2026-cı ildən çox böyük gözləntilər var və sürətlə dəyişən, sabit olmayan dünyada bir dövlət olaraq maraqlarımızın və təhlükəsizliyimizin  müdafiəsi üçün ayıqlığımızı və çevikliyimizi  itirməməliyik”, - Əli Orucov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri