The Guardian: Rus ordusunda 1000 dən çox əsgər intihar edib
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“The Guardian” qəzeti iddia edir ki, Rusiyanın Dövlət Statistika Agentliyindən (Rosstat) məxfi məlumatların sızması Ukrayna müharibəsi zamanı 1000-dən çox rus əsgərinin intihar etdiyini üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, Londonda nəşr olunan qəzet əldə etdiyi məxfi məlumatlara istinadən yazıb ki, müharibə dövründə 1000-dən çox rus hərbçisi döyüş meydanında intihar edib.
Sızdırılmış məlumatlarda, həmçinin 885 rus əsgərinin “izah olunmayan niyyətlə” güllə yarası aldığı göstərilir. Qəzet bu qeydlərin intihar cəhdləri ilə bağlı ola biləcəyini ehtimal edir.
Məlumatlara əsasən, intihar nəticəsində həyatını itirən hərbçilərin ümumi sayı təxminən bir rus alayının şəxsi heyətinin sayına bərabərdir.
“The Guardian”ın mənbələri bildirirlər ki, Rusiya ordusunun ağır itkiləri və sərt intizam tədbirləri hərbçilərin mənəvi-psixoloji vəziyyətinə ciddi təsir göstərib. Onların fikrincə, müharibənin təxminən beş il ərzində yaratdığı ağır təzyiq və gərginlik əsgərlər arasında intihar hallarının artmasına səbəb olub.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Noyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















