Icma.az
close
up
RU
2026 cı ilin büdcəsində neftin 1 bareli niyə 65 dollara salınır? SƏBƏB

2026 cı ilin büdcəsində neftin 1 bareli niyə 65 dollara salınır? SƏBƏB

Icma.az bildirir, Modern.az portalına istinadən.

2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16435,0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22174,0 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
Büdcə layihəsində bildirilib ki, 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə gələn il neft-qaz sektorunun gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1876,0 milyon manat və ya 10,2 faiz az, qeyri neft-qaz sektorunun gəlirləri isə 2129,0 milyon manat və ya 10,6 faiz çox olacaq.
Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1 faizini və ya 12835,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert, 21,9 faizini və ya 3600,0 milyon manatını vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft-qaz sektoru üzrə daxilolmaların 1700,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişlərinin, 300,0 milyon manatı Azəri Çıraq-Günəşli (AÇG) layihəsi çərçivəsində mənfəət vergisinin və 1600,0 milyon manatı Şahdəniz qaz-kondensat layihəsi üzrə mənfəət vergisinin payına düşəcəkdir. ARDNŞ və onun törəmə müəssisələri tərəfindən dövlət büdcəsinə nəzərdə tutulan 1700,0 milyon manat məbləğində vergi ödənişləri 2025-ci ilin müvafiq proqnoz göstəricisi ilə müqayisədə 180,0 milyon manat və ya 9,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 74,5 milyon manat və ya 4,2 faiz azdır.
2026-cı il və sonrakı üç il üçün ölkənin Yanacaq Enerji Balansının proqnoz göstəriciləri nəzərə alınmaqla, minimum vergi öhdəlikləri üzrə hesablamalar aparılıb. 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb xam neft hasilatının 471,8 min ton və ya 7,7 faiz azalaraq 5616,8 min ton, təbii qaz hasilatının isə 0,8 milyard m3 və ya 15,4 faiz azalaraq 4,6 milyard m3 təşkil etməsi, xam neft idxalının artması, eyni zamanda Yanacaq Enerji Balansına əsasən SOCAR üzrə xam neftin emalının 800,0 min ton və ya 11,9 faiz azalaraq 5900,0 min ton təşkil etməsi ilə əlaqədar vergi öhdəliklərinin azalması olub.
Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi üzrə mənfəət vergisi 300,0 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan 150,0 milyon manat və ya 33,3 faiz, 2024 cü ilin icrası ilə müqayisədə isə 365,0 milyon manat və ya 2,2 dəfə azdır.
2025-ci il büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb AÇG üzrə neft hasilatının 3,9 milyon barel (gündəlik 10,7 min barel) azalması, eyni zamanda “Azərilayt” markalı xam neftin bir barelinin orta satış qiymətinin 5,0 ABŞ dolları az olmaqla 65 ABŞ dolları nəzərdə tutulması, habelə əməliyyat və kapital xərclərinin artımı ilə bağlıdır.
Şahdəniz layihəsi üzrə mənfəət vergisi 1600,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025 ci ilin proqnozu ilə müqayisədə 100,0 milyon manat və ya 6,7 faiz çox, 2024-cü ilin icrası ilə müqayisədə isə 741,0 milyon manat və ya 31,7 faiz azdır. 2025-ci ilin proqnozu ilə müqayisədə artım, təbii qazın orta satış qiymətinin cari il üzrə nəzərdə tutulmuş göstəricidən 8,3 faiz və ya 20,0 ABŞ dolları yüksək götürülməsi ilə əlaqədardır. Eyni zamanda, 2024-cü ilin icrası ilə müqayisədə azalma, təbii qazın orta satış qiymətinin 11,7 faiz və ya 34,8 ABŞ dolları, “Azərilayt” markalı xam neftin bir barelinin qiymətinin isə 17,7 ABŞ dolları və ya 21,4 faiz aşağı proqnozlaşdırılması, habelə təbii qaz hasilatının 686,8 milyon m3 və ya 2,5 faiz, kondensat hasilatının isə 4,4 milyon barel və ya 12,6 faiz azalması ilə izah olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri