Icma.az
close
up
RU
Hesablama Palatası: “2026 cı ilin büdcəsində təkmilləşmələr zəruridir”

Hesablama Palatası: “2026 cı ilin büdcəsində təkmilləşmələr zəruridir”

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun müəyyən etdiyi tələblərə uyğun tərtib edilib. Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” qanunun 16.1-ci maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlili aparılıb. Qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşmələrin aparılmalı olduğu qənaətinə gəlinib".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə bir neçə komitənin birgə iclasında "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.
Sədr müavini bildirib ki, “Büdcə sistemi haqqında” qanunun növbəti ilin büdcəsi haqqında qanun layihəsi ilə bağlı tələblərinə dəyişiklik edilən zaman Hesablama Palatasının tövsiyələri nəzərə alınıb:
"2026-cı ilin baza ssenaridə olan proqnozlarında ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı gözlənilir.
2026-cı il üçün hazırlanmış “Büdcə zərfi”ndə müxtəlif amillərin təsiri nəticəsində büdcə parametrlərinin proqnoz göstəricilərindən kənarlaşa biləcəyi vurğulanmış və bu risklərin idarə olunması məqsədilə müvafiq mitiqasiya tədbirlərinə dair izahlar verilib.
 

Sənəddə xarici iqtisadi mühit və ticarət tarifləri, xam neftin qiymətlərində dalğalanmalar və hasilat, dövlət borcu və dövlət zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, həmçinin iqlim dəyişiklikləri fiskal risklər kimi göstərilib. Əksər risklər üzrə yumşaldıcı və mitiqasiya tədbirləri müəyyənləşdirilib, bəzi hallarda risklərin maliyyə tutumu da qiymətləndirilib.


Hesablama Palatası olaraq, bu risklərlə yanaşı, icmal büdcə, o cümlədən dövlət büdcəsi üçün digər risklərin də aktual olduğunu düşünürük. Müvafiq risklər rəydə şərh edilib.
Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılmış, qanun layihəsinə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulmuş, 1 mənbənin həcmi dəyişməz saxlanmış və 1 mənbə üzrə proqnoz nəzərdə tutulmayıb".
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri