Icma.az
close
up
RU
2027 ci ildə süni intellektə qlobal xərclərin 4 trilyon dollardan çox olacağı gözlənilir

2027 ci ildə süni intellektə qlobal xərclərin 4 trilyon dollardan çox olacağı gözlənilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

ABŞ-də yerləşən “Gartner” tədqiqat və konsaltinq şirkəti tərəfindən dərc edilən hesabata görə, süni intellekt (AI) texnologiyaları sürətli böyümə tempini qoruyub saxlayır. Bu kontekstdə qlobal AI xərclərinin builki 2,75 trilyon dollar səviyyəsindən 2027-ci ildə 47,5 faiz artaraq 4,05 trilyon dollara çatacağı gözlənilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hesabata görə, gələn il ümumi xərclərin 59 faizinin data mərkəzləri və serverlər də daxil olmaqla AI infrastrukturuna ayrılacağı təxmin edilir. Bu sahədə xərclərin 2026-cı illə müqayisədə 53 faizdən çox artımla 2,4 trilyon dollara çatacağı proqnozlaşdırılır.

İnfrastruktur investisiyalarının ən böyük komponentini təşkil edən AI ilə optimallaşdırılmış serverlərə xərclərin 527,6 milyard dollardan 957,2 milyard dollara çatacağı təxmin edilir.

Digər əhəmiyyətli xərc kateqoriyalarına AI xidmətləri daxildir ki, onların da 29,5 faiz artımla 746 milyard dollara çatacağı gözlənilir. Belə ki, AI proqram təminatının 42 faiz artımla 649 milyard dollara və süni intellekt sahəsində kibertəhlükəsizliyin 69 faiz əlavə xərclə 86 milyard dollara çatacağı proqnozlaşdırılır.

“Gartner” tədqiqat qrupunun Con-Devid Lovelok istifadəçi tələblərinin gözləniləndən daha sürətlə genişləndiyini bildirib. O qeyd edib ki, süni intellekt tətbiqlərinin istifadəsi genişləndikcə, yeni modellərin öyrədilməsi üçün tələb olunan emal gücü də artır, O, kibertəhlükəsizlik xərclərinin çoxalmasını süni intellektin həm hücumları, həm də müdafiəni daha yaxşı təmin etmək qabiliyyəti ilə əlaqələndirir.

Digər tərəfdən, süni intellekt xərclərinin ümumi artım tempi 2028-ci ilə qədər bir qədər yavaşlayaraq təxminən 28 faizə çatacağı proqnozlaşdırılır.

“Gartner”in hesabatında yalnız süni intellekt məlumat mərkəzlərinə diqqət yetirən şirkətlərin investisiyaların qeyri-kafi gəlirliliyi səbəbindən 2030-cu ilə qədər risklərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edilir və eyni zamanda, böyük bulud provayderlərinin güclü gəlir axınları ilə mövcud investisiya templərini qoruya biləcəkləri vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri