2027 ci ildə uşaqpulu məsələsi gündəmdə deyil AÇIQLAMA KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2027-ci ildə uşaqpulunun verilib-verilməyəcəyi dövlət büdcəsinin müzakirəsi zamanı bəlli olacaq. Lakin ilkin büdcə parametrlərində gələn il uşaqpulunun verilməsi məsələsi gündəmdə deyil.
KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışarkən deyib.
O, sosial müdafiə ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müəyyən azalmaların nəzərdə tutulduğunu xatırladıb.
“Azalma təxminən 100 milyon manat civarındadır. Müzakirələr zamanı belə bir təklif irəli sürülərsə, parlamentin büdcəyə əlavələr və dəyişikliklər etmək səlahiyyəti var”, deyə iqtisadçı bildirib.
İqtisadçı Əkrəm Həsənov isə gələn il uşaqpulunun verilməsini gözləmədiyini deyib.
“Əgər belə bir plan olsaydı, bu barədə müzakirələr gedərdi. Amma bunu gözləmək də real görünmür. Çünki Azərbaycan iqtisadiyyatı artmır, büdcənin ciddi problemləri var. Uşaqpulu vermək üçün vəsait hansısa mənbədən ayrılmalıdır. Buna görə də böyük ehtimalla uşaqpulu verilməyəcək”, deyə Əkrəm Həsənov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 Oktyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















