BMT nin Baş katibi kim olacaq? Azərbaycan mövqeyini açıqladı
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürməsi ilə bağlı medianın sualına cavabında bildirilib.
Qeyd edilib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.
"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq", - Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, Lana Zəki Nusseibeh Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri, təcrübəli diplomat və ölkəsinin BMT-də sabiq daimi nümayəndəsidir. O, 2013-2024-cü illərdə BƏƏ-nin BMT-də daimi nümayəndəsi vəzifəsində çalışıb.
Diplomatik fəaliyyəti dövründə BMT Baş Assambleyasının vitse-prezidenti, BMT-nin Qadınlar üzrə İcraiyyə Şurasının prezidenti olub. BƏƏ-nin 2022-2023-cü illərdə BMT Təhlükəsizlik Şurasına üzvlüyü zamanı isə iki dəfə Şuraya sədrlik edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















