“BƏƏ nin bu təşəbbüsünü alqışlayırıq” Rəsmi Bakı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BƏƏ-nin sözügedən məsələ ilə bağlı təşəbbüsünə münasibət bildirərkən deyib.
“Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.
Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”, - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, BMT-nin növbəti Baş katibinin seçilməsi ilə bağlı konsensusun formalaşdırılması məqsədilə məsləhətləşmələr davam edir. Bu yaxınlarda BƏƏ dövlət naziri Lana Zəki Nusseibehin namizədliyini irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















