Icma.az
close
up
RU
Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Hörmüz boğazı ətrafında yaranan qlobal neft böhranı nəticəsində yanacaq xərclərinin artmasından ən çox ABŞ zərər çəkib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fevralın sonunda ABŞ və İsrailin İrana qarşı hücumlara başlamasından bəri benzin və dizel yanacağının qiymətlərinin artması dünya üzrə istehlakçılara əlavə 468 milyard dollara başa gəlib. Hörmüz boğazı ətrafında yaranan qlobal neft böhranı ABŞ-yə digər ölkələrlə müqayisədə daha çox təsir göstərib. Böhran Birləşmiş Ştatların yanacaq xərclərini 160 milyard dollar artırıb. Bu məbləğ qlobal miqyasda yaranan əlavə xərclərin təxminən üçdə birini təşkil edir. Çin 54 milyard dollar əlavə xərclə ikinci, Kanada isə 17 milyard dollarla üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-də yanacağın bahalaşması adambaşına 471 dollar əlavə xərc yaradıb. Bu göstərici dünya üzrə orta hesabla qeydə alınan 60 dollarlıq əlavə xərcdən təxminən 8 dəfə çoxdur. ABŞ-dən sonra adambaşına düşən əlavə yanacaq xərcləri Kanadada 422 dollar, Avstraliyada isə 386 dollar təşkil edib.

ABŞ-də yanacaq qiymətlərinin artım tempi digər bazar iqtisadiyyatlarına yaxın olsa da, ölkədə adambaşına yanacaq istehlakının yüksək olması və neftdən asılılığın azaldılması istiqamətində nisbətən məhdud irəliləyiş əldə edilməsi vəziyyəti fərqləndirir.

Birləşmiş Ştatlarda benzinlə işləyən avtomobillərin sürücüləri mart ayından bəri yanacağa orta hesabla əlavə 440 dollar xərcləyiblər. Elektrik avtomobillərindən istifadə edənlərin enerji doldurma xərclərindəki artım isə cəmi 17 dollar olub.

Bu ilin ilk 8 ayında ABŞ-də elektrik avtomobillərinin yeni avtomobil satışlarındakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz bəndi azalaraq 7,3 faizə düşüb. Müqayisə üçün, bu göstərici Çində 57 faiz, Avropa İttifaqında 32 faiz, Norveçdə isə 98 faiz təşkil edib.

Həmçinin 2023-cü ildən etibarən yanacaq istehlakını azaldan ölkələrin xərclərin artımını məhdudlaşdıra bilir. İstehlakın azalması sayəsində Çin təxminən 10,8 milyard dollar, Almaniya 3,7 milyard dollar, ABŞ isə 5,7 milyard dollar qənaət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri