Icma.az
close
up
RU
“2027 dən sonra oyun dəyişir” İqtisadçı Venesuela neftinin gizli təsirini açıqladı

“2027 dən sonra oyun dəyişir” İqtisadçı Venesuela neftinin gizli təsirini açıqladı

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Qlobal enerji və geosiyasi mənzərə sürətlə dəyişir və bu dəyişikliklərin mümkün nəticələri xüsusilə neft-qaz ixracatçısı olan ölkələr üçün ciddi risklər yaradır. Dünyada sübut olunmuş ən böyük neft ehtiyatlarına malik Venesuelanın faktiki olaraq ABŞ təsir dairəsinə keçməsi neft bazarlarında yeni mərhələnin başlanğıcı kimi görünür. Bu proses neft təklifinin artmasına, nəticə etibarilə qiymətlərin aşağı düşməsinə yol aça bilər. 

Ekspertlərin proqnozuna görə, eyni ssenari İran rejiminin çökməsi halında daha da dərinləşər, həm neft, həm də qaz bazarında qiymətlərin kəskin ucuzlaşması, üstəlik əsas nəqliyyat və enerji dəhlizlərinin İran ərazisi üzərindən formalaşması ehtimalı gündəmə gələ bilər.

Maraqlıdır, Venesuela nefti bazara qayıdarsa neft qiymətlərində nələr baş verər?

 Sherg.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib ki, Venesuela planetdə təsbit olunmuş neft ehtiyatlarının 17,2 faizinə, yəni 304 milyard barelə sahib olmaqla dünya birincisidir. Amma hazırda ABŞ-ın Venesuelaya müdaxiləsi hələ o demək deyil ki, bu neft qısa zamanda bazarlara çıxıb hansısa ciddi fərqliliklər yaradacaq.  Mövcud infrastrukturun səviyyəsinin çox aşağı olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, quyuların böyük hissəsi köhnədir və fasiləsiz işləmək üçün kompressorlar, nasoslar və enerji təminatı çatışmır:

"Mövcud hasilat gücü texniki aşınma və uzunmüddətli baxımsızlıq səbəbindən potensialdan xeyli aşağı səviyyədədir. Çıxarılan neftin boru kəmərləri ilə terminallara daşınmasında itkilər və fasilələr yaşanır, bu da gündəlik hasilatın artımını məhdudlaşdırır. Nəticədə Venesuelanın ixrac infrastrukturu neftin bazara sürətli və kütləvi çıxışına tam hazır deyil.

Venesuelanın böyük emal mərkəzi olan neft emal kompleksləri uzun müddətdir ki, gücünün kiçik hissəsi ilə işləyir. Bəzi dövrlərdə isə bu fəaliyyətin təxminən 10 faizi işlək olur".

E. Əmirov bildirib ki, Venesuelanın əsas neft ehtiyatları Orinoko hövzəsində yerləşir və burada çıxarılan xammal əsasən çox ağır, yüksək özlülüklü neftdir: "Bu neftin API göstəricisi adətən 7-9 aralığında olur, qatran və asfalten payı yüksəkdir, bu da hasilat, daşınma və emalı bahalaşdırır.

Beynəlxalq bazara isə bu xammal seyreltmə və qarışdırma yolu ilə çıxarılır. Məsələn, Merey 16 markalı qarışığın API göstəricisi təxminən 16, kükürd tərkibi isə 3 faiz civarındadır. Buna görə də Brent neftindən normal şəraitdə 12-15 dollar ucuz satılır. Amma sanksiya və digər risklər artanda isə Brentdən 20 dollar da ucuz ola bilir.Orinoko neftini ixraca uyğun etmək üçün nafta və yüngül neft kimi seyreldicilər lazımdır. Bu komponentlər çatmayanda hasilat birbaşa boğulur. 

2025-ci ilin son göstəricilərinə görə Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir. Hasilatı artırmaq üçün əsas məhdudiyyətlər köhnə hasilat infrastrukturu, texniki servis çatışmazlığı, seyreldici təminatı və investisiya qıtlığıdır. ABŞ Enerji Məlumatları Administrasiyası (EIA) və bazar monitorinq şirkətlərinin qiymətləndirməsinə görəbu problemlər mərhələli şəkildə aradan qaldırılsa, 12-18 ay ərzində hasilatı 1,2 milyon barel/gün, 2-3 il ərzində isə gündəlik 1,5-2,0 milyon barel səviyyəsinə çatdırmaq mümkündür. 3 milyon barel və yuxarı hasilat isə yalnız iri həcmli kapital qoyuluşu və texnoloji yenilənmə tələb etdiyi üçün 4-6 illik zaman intervalında real görünür.

2025-ci ilin sonuna qlobal gündəlik neft tələbatı təxminən 104 milyon barel səviyyəsində qiymətləndirilir. Bu baxımdan gündə əlavə 1 milyon barel bazara çıxış tələbatın təxminən 1 faizinə, 2 milyon barel isə 2 faizə bərabərdir. Rəqəm baxımından kiçik görünsə də, neft bazarında qiyməti çox vaxt məhz bu marjinal dəyişikliklər formalaşdırır.

Mövcud şəraitdə 2026-cı il Venesuela nefti üçün real satış ili deyil. Ölkədə proseslər hələ formalaşma mərhələsindədir və təhlükəsizlik, idarəetmə, texniki sabitlik və infrastruktur olmadan hasilatın və ixracın artması mümkün deyil. Bu səbəbdən 2026-da Venesuela neftinin qiymətlərə təsiri real həcmlə yox, əsasən gözləntilər səviyyəsində qalacaq".

İqtisadçının sözlərinə görə, proseslər 2026-nın sonuna doğru stabilləşərsə, real bazar təsiri 2027-ci ildən hiss oluna bilər: "Bu mərhələdə hssilatın 1,3-1,5 milyon barel/gün səviyyəsinə yaxınlaşması mümkündür ki, bu da qlobal tələbatın təxminən 1-1,5 faizi deməkdir. Belə artım bazarı sarsıtmaz, lakin neft qiymətlərinin yuxarı həddinə 5-7 dollar aralığında aşağı yönlü məhdudlaşdırıcı təsir göstərə bilər. Əgər 2028-2029-cu illərdə hasilat 1,8-2,0 milyon barel/gün səviyyəsində sabitləşərsə, Venesuela artıq neft bazarında struktur faktor kimi çıxış etməyə başlayar. Bu mərhələdə əsas effekt birdəfəlik qiymət enişi yox, neftin uzunmüddətli tarazlıq səviyyəsinin aşağı çəkilməsi olar və yüksək qiymətlərin formalaşması daha çətinləşər.

Daha uzaq perspektivdə, əgər Venesuela 5-6 il ərzində hasilatı 3 milyon barel/gün səviyyəsinə çatdıra bilsə, bu artıq qlobal bazar üçün şok deməkdir. Belə həcmdə əlavə təklif OPEC tərəfindən tam kompensasiya olunmazsa, Brent qiymətlərinin uzun müddət 60 dollar intervalından yuxarı qalması çətinləşər və bazar aşağı diapazonda sıxışar.

Əgər buna bənzər ssenari İran üzərində də qurularsa və iki ölkə birlikdə gündə 5–6 milyon barel əlavə təklif formalaşdırarsa, bu artıq qlobal neft bazarında oyun qaydalarını dəyişən vəziyyət olar. Belə bir şəraitdə Brent üçün 50 dollar səviyyəsi yeni normaya çevrilə, yüksək qiymətlər isə yalnız fövqəladə geosiyasi şoklarla mümkün ola bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri