Icma.az
close
up
RU
Strateji inkişaf yolu

Strateji inkişaf yolu

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim Azərbaycan Respublikasının idman sahəsində əldə etdiyi uğurların ümumiləşdirilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və gələcək inkişaf prioritetlərinin açıqlanması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha vurğulamış, bu sahədə qazanılan nailiyyətlərin sistemli və ardıcıl fəaliyyətin nəticəsi olduğunu qeyd etmişdir.

Dövlət başçısı çıxışında bildirmişdir ki, müstəqillik illərində Azərbaycan idmanı böyük inkişaf yolu keçmiş, ölkəmiz beynəlxalq idman arenasında etibarlı tərəfdaş və güclü idman dövləti kimi tanınmışdır. Prezident cənab İlham Əliyev xüsusilə qeyd etmişdir ki, idmanın inkişafı təkcə yarışlarda qazanılan medallarla ölçülmür, eyni zamanda sağlam cəmiyyətin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
2025-ci il ərzində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr Prezident tərəfindən xüsusi vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə qazanılan uğurlar ölkədə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Prezident cənab İlham Əliyev idmançılarımızın dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə şərəflə çıxış etdiklərini, üçrəngli bayrağımızı yüksəklərə qaldırdıqlarını və Azərbaycan xalqına böyük sevinc bəxş etdiklərini bildirmişdir.
Çıxış zamanı idman infrastrukturunun inkişafı məsələsinə də geniş yer ayrılmışdır. Prezident cənab İlham Əliyev son illərdə paytaxt Bakı ilə yanaşı regionlarda da müasir idman komplekslərinin, olimpiya idman mərkəzlərinin və idman zallarının inşa edildiyini diqqətə çatdırmışdır. Dövlət başçısı vurğulamışdır ki, bu infrastruktur gənclərin idmana cəlb olunması, kütləvi idmanın inkişafı və peşəkar idmançıların hazırlanması üçün geniş imkanlar yaradır.
Prezident cənab İlham Əliyev idmanın sosial əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, sağlam həyat tərzinin təbliği dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün idmanın əvəzsiz rol oynadığı vurğulanmışdır. Dövlət başçısı məktəblərdə və ali təhsil müəssisələrində idmanın təşviqinin, uşaq və yeniyetmələrin idmana marağının artırılmasının vacibliyini qeyd etmişdir.
Çıxışda idman mütəxəssislərinin, məşqçilərin və federasiya rəhbərlərinin fəaliyyətinə də yüksək qiymət verilmişdir. Prezident cənab İlham Əliyev bildirmişdir ki, idmançı uğurunun arxasında peşəkar məşqçi əməyinin, düzgün planlaşdırmanın və sistemli yanaşmanın xüsusi rolu vardır. Bu baxımdan idman sahəsində çalışan bütün mütəxəssislərin dövlət tərəfindən daim dəstəkləndiyi qeyd edilmişdir.
Prezident cənab İlham Əliyev Azərbaycan idmanının gələcək inkişaf perspektivlərinə toxunaraq qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir. Dövlət başçısı idman federasiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsinin və idmanın elmi əsaslarla inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda, milli idman növlərinin qorunması və təbliği məsələsinin də daim diqqət mərkəzində saxlanılacağı bildirilmişdir.
Mərasimdə Prezident İlham Əliyev idmançıların sosial müdafiəsi məsələsinə də toxunmuş, onların dövlət tərəfindən daim qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Uğurlu idmançıların və məşqçilərin mükafatlandırılması, fəxri adlarla təltif olunması ölkədə idmana verilən yüksək dəyərin göstəricisi kimi dəyərləndirilmişdir.
Çıxışın sonunda Prezident cənab İlham Əliyev Azərbaycan idman ictimaiyyətinə, idmançılara, məşqçilərə və bütün mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Dövlət başçısı əminliklə bildirmişdir ki, qarşıdakı illərdə də Azərbaycan idmançıları beynəlxalq arenada yeni qələbələr qazanacaq, ölkəmizin idman şöhrətini daha da yüksəldəcəklər.
Beləliklə, 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyevin çıxışı Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsini və gələcək strateji hədəflərini aydın şəkildə əks etdirmişdir. Bu çıxış bir daha sübut etmişdir ki, idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı davamlı uğurların əsas təminatıdır və Azərbaycan idmanı inkişaf yolunda inamla irəliləyir.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri