Icma.az
close
up
RU
​2030 a qədər böyük dəyişikliklər planlaşdırılır Aqrar təhsildə strateji dönüş

​2030 a qədər böyük dəyişikliklər planlaşdırılır Aqrar təhsildə strateji dönüş

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində yeni addımlar atılır. Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, aqrar təhsil sahəsində ikili diplom proqramlarının genişləndirilməsi və xarici universitetlə birgə yeni universitetin yaradılması nəzərdə tutulur. Plana görə, 2026-2030-cu illərdə bu proqramlar üzrə təhsil alan tələbələrin sayı artırılacaq və ən azı iki nüfuzlu universitetlə əməkdaşlıq qurulacaq.

Bu addım həm aqrar sahədə peşəkar kadr hazırlığını gücləndirə, həm də kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə təkan verə bilərmi? Yeni universitet hansı bölgədə yaradıla bilər və beynəlxalq təhsil modeli Azərbaycanın kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı sahəsinə dair keçirilən müşavirədə dövlət başçısı bir sıra tapşırıqlar verib. Həmin tapşırıqlardan biri aqrar sektorun potensialının artırılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı olub.

Deputat qeyd edib ki, müşavirənin keçirildiyi gün dövlət proqramının təsdiqlənməsi bu sahədə strateji yanaşmanın mövcud olduğunu göstərir:“Bu yanaşma eyni zamanda təhsil müəssisələrinin gücləndirilməsi və xüsusilə insan kapitalının inkişafına xidmət edir. Burada əsas məqsəd aqrar sahə üzrə peşəkar kadrların hazırlanması, daha texnoloji yanaşmaların tətbiqi və kənd təsərrüfatının inkişafının təmin edilməsidir”.

V.Bayramov vurğulayıb ki, hazırda Azərbaycanda aqrar təhsil verən universitet fəaliyyət göstərir və həmin ali təhsil müəssisəsi Gəncə şəhərində yerləşir: “Əsas məqsədlərdən biri universitetin potensialının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və xarici əlaqələrin gücləndirilməsidir. Beyin mərkəzlərinin və tədqiqat institutlarının da bu sahəyə cəlb olunması nəzərdə tutulur. Məqsəd kənd təsərrüfatı sahəsində daha sistemli elmi tədqiqatların aparılması və elmi yanaşmanın tətbiq edilməsidir”.

Millət vəkili bildirib ki, proqram çərçivəsində yeni aqrar universitetin yaradılması ilə bağlı qərar qəbul olunarsa, həmin ali təhsil müəssisəsinin bölgələrdən birində fəaliyyət göstərəcəyi gözlənilir: “Çünki hazırda mövcud olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kifayət qədər geniş bazası var və onun imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, yeni universitet yaradılacağı təqdirdə, onun regionlardan birində yerləşməsi daha məqsədəuyğun hesab olunur”.

Oğuz Ayvaz

“AzPolitika”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri