Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycanın aqrar gələcəyi: inkişafın 2030 cu il hədəfləri ŞƏRH

Azərbaycanın aqrar gələcəyi: inkişafın 2030 cu il hədəfləri ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanın iqtisadi inkişaf tarixində elə mərhələlər var ki, ölkənin sosial xəritəsini, yaşayış fəlsəfəsini, istehsal münasibətlərini və gələcək prioritetlərini dəyişir. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı və onun ardınca imzalanmış “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” haqqında Sərəncam məhz belə qərarlardandır. Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Prezident çıxışında xüsusi vurğuladı ki, kənd təsərrüfatına dövlət diqqəti yeni deyil və bu istiqamətin təməli hələ 2004-cü ildə qəbul edilən ilk Regional İnkişaf Proqramı ilə qoyulub. Bu yanaşmanın nəticələri artıq uzun illərdir ki, görünür. Bir vaxtlar qazlaşdırma, elektrik enerjisi, yol və su təminatı ilə bağlı ciddi problemlərlə üzləşən bölgələr bu gün tamamilə fərqli reallıq yaşayır. Ölkə üzrə qazlaşmanın 96 faizə çatması, enerji təhlükəsizliyinin təmin olunması, iri magistral və kənd yollarının çəkilməsi, su anbarlarının tikilməsi kənd təsərrüfatının inkişafı üçün bazis infrastrukturunu formalaşdırıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib. O bildirib ki, müşavirənin əsas mesajı keçmiş uğurların sadalanması deyil, gələcək çağırışların açıq şəkildə etiraf olunması idi: “Artıq yeni mərhələdə əsas məsələ istehsalın sadəcə artımı deyil, məhsuldarlığın, səmərəliliyin və bazar uyğunluğunun təmin edilməsidir. Müşavirədə səslənən rəqəmlər Azərbaycanın aqrar sektorunun həm uğurlarını, həm də həllini gözləyən problemlərini aydın göstərdi. Buğda üzrə özünü təminetmə cəmi 55 faizdir. Daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton təşkil edir. Prezident bu göstəricini “qəbuledilməz rəqəm” adlandıraraq vurğuladı ki, ölkə tam özünütəminat hədəfi qoymasa da, mövcud vəziyyət dəyişməlidir. Digər istiqamətlərdə isə daha müsbət dinamika müşahidə olunur. Tərəvəz üzrə təminat 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faizdir. Fındıqçılıqda Azərbaycan artıq dünya miqyasında aparıcı yerlərdən birini tutur. Şəkər üzrə 102 faizlik təminat və yüksək ixrac potensialı formalaşıb. Pambıqçılıq isə dövlət dəstəyi ilə dirçəldilmiş sahələrin ən parlaq nümunələrindən biri kimi təqdim edildi. Vaxtilə 20 min tona qədər enmiş istehsal bu gün 360 min tonu keçib. Məhsuldarlıq hektardan 1 tondan 3,6 tona yüksəlib. Yeni hədəf isə hər hektardan minimum 5 ton əldə etməkdir. Baramaçılığın və ipəkçiliyin yenidən canlandırılması da dövlətin sistemli yanaşmasının nəticəsi kimi göstərildi. Yeni Dövlət Proqramının fəlsəfəsi yalnız subsidiyalara əsaslanmır. Burada əsas vurğu texnologiya, torpaq idarəçiliyi, bazar yönümlü istehsal və investisiya modelinə edilir. Prezident torpaqların elektron xəritələşdirilməsi, süni intellekt, peyk monitorinqi və hər torpaq sahəsinin “pasportlaşdırılması” ideyasını xüsusi vurğuladı. Bu yanaşma artıq kənd təsərrüfatının ənənəvi idarəetmə modelindən dəqiq kənd təsərrüfatı modelinə keçidin siqnalıdır. Müşavirənin ən diqqətçəkən məqamlarından biri urbanizasiya ilə bağlı səslənən strateji yanaşma oldu. Bu, regionların iqtisadi cazibə mərkəzinə çevrilməsi, kəndin müasir həyat məkanına transformasiyası konsepsiyasıdır”.

Elnarə Akimova qeyd edib ki, kəndlərdə təkcə əkin-biçin deyil, xidmət sektoru, turizm, sosial infrastruktur, məşğulluq və həyat keyfiyyəti paralel şəkildə inkişaf etdirilməlidir. Yeni Dövlət Proqramında investisiya komponenti də xüsusi yer tutur. Təxmini hesablamalara görə, dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq vəsaitin cəlb olunması nəzərdə tutulur. Sərəncamla Nazirlər Kabinetinə hüquqi bazanın təkmilləşdirilməsi, torpaq kateqoriyalarının optimallaşdırılması, illik monitorinq mexanizmlərinin qurulması tapşırılıb. Eyni zamanda, kredit faizlərinin subsidiyalaşdırılması və investisiya layihələrinin dəstəklənməsi mexanizmləri nəzərdə tutulur. Su təsərrüfatı, müasir suvarma sistemləri, soyuducu anbarlar, gübrə istehsalı, aqroparklar, istixanalar, intensiv bağçılıq proqramın icra alətləridir. Artıq ölkədə 400 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılıb və bu göstəricinin 500 min tona çatdırılması hədəflənir. Müasir suvarma sistemlərinin tətbiq sahəsinin isə 130 min hektardan 300 min hektara qədər genişləndirilməsi planlaşdırılır.

Deputat əlavə edib ki, əslində, bu proqramın mərkəzində bir fikir dayanır: torpaq sadəcə resurs deyil, milli təhlükəsizlik məsələsidir: “Müharibələrin, qlobal təchizat zəncirlərinin pozulduğu, iqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə kənd təsərrüfatı artıq yalnız iqtisadi sahə deyil, dövlətin dayanıqlılıq sisteminin əsas sütunlarından biridir. 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı da məhz həmin konkret addımların yol xəritəsidir. Məqsədi isə birbaşa olaraq Azərbaycanın torpaqdan gələn gücünü daha yüksək məhsuldarlığa, daha güclü iqtisadiyyata və daha dayanıqlı gələcəyə çevirməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri