2032 ci ildə ilk elektrik enerjisi tədarükünə nail olmağı hədəfləyirik Pərviz Şahbazov
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Hədəfimiz 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə nail olmaqdır.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Buxarestdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə 13-cü Nazirlər İclası layihənin icrasının sürətləndirilməsi istiqamətində növbəti mühüm addım oldu. PMI statusu üzrə əməkdaşlığın davam etdirilməsi, layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi, Qara dənizin dibinin tədqiqi və enerji tənzimləyicilərinin birgə fəaliyyəti ilə bağlı növbəti addımları razılaşdırdıq. Türkiyənin layihəyə qoşulmasının strateji əhəmiyyətini vurğulayaraq bu istiqamətdə dəstəyimizi ifadə etdik. Hədəfimiz 2029-cu ildə yekun investisiya qərarının qəbuluna, 2032-ci ildə isə ilk elektrik enerjisi tədarükünə nail olmaqdır", - paylaşımda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















