Rövşən Rzayev Goranboyda vətəndaşları qəbul etdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 23-də Goranboy rayonunda vətəndaşları qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Qəbulda Goranboy, Naftalan və Xocalı rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən Böyük Qayıdış prosesi, dövlət mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahələri ilə təminat, müvəqqəti məskunlaşma yerlərindəki yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri fərdi qaydada araşdırılıb, qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Digər müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.
Baxış sayı:88
Bu xəbər 23 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















