Icma.az
close
up
RU
21 AZƏR HƏRƏKATI 80 Təbrizin işığında doğulan ümid və unudulmayan dövlətçilik niyyəti

21 AZƏR HƏRƏKATI 80 Təbrizin işığında doğulan ümid və unudulmayan dövlətçilik niyyəti

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Samir Əsədli

Bu gün Azərbaycan tarixinin ən parlaq və taleyüklü günlərindən biri olan 21 Azər Hərəkatının 80-ci ildönümü tamam olur.

1945-ci ilin 12 dekabr tarixində Təbrizin küçələrində yalnız bir hökumətin elan edilməsi deyil, uzun illər boyu susdurulmuş milli iradənin yenidən səsə çevrilməsi baş verirdi. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökuməti Güney Azərbaycan türklərinin XX əsrdə öz taleyinə sahib çıxmaq üçün atdığı ən cəsarətli addım idi. Azərbaycan Xalq Cümhuriyyətindən sonra ikinci dövlətçilik təcrübəsi sayılan bu hökumət cəmi bir il mövcud oldu, lakin gördüyü işlər onun ömründən qat-qat böyük təsir yaratdı.

Təbriz Dövlət Universitetinin təsisi, Azərbaycan türkcəsində məktəblərin açılması, milli teatr və filarmoniyanın formalaşdırılması, kitabxanaların yaradılması və bütün bunlar Güney Azərbaycanda milli kimliyin yenidən dirçəlişinin dövlət səviyyəsində təsdiqi idi. Bir əsrdən çox davam edən farslaşdırma siyasətinə qarşı ana dilinin rəsmi mühitə qaytarılması, əslində, milli özünüdərkin baş qaldırması demək idi. Azərbaycan Milli Hökumətinin tərkibi Güney Azərbaycanın həmin dövr ziyalı iradəsinin güclü nümayəndələrindən ibarət idi: Baş nazir Seyid Cəfər Pişəvəri Daxili İşlər naziri Salamulla Cavid Xalq qoşunları naziri Cəfər Kavian Kənd təsərrüfatı naziri Doktor Mehtaş Maarif naziri Məhəmməd Biriya Səhiyyə naziri Doktor Urəngi Maliyyə naziri Qulamrza İlhami Ədliyyə naziri Yusif Əzima Poçt-teleqraf naziri Mirzə Rəbi Kəbiri Ticarət və iqtisad naziri Rza Rəsuli Ali Məhkəmənin sədri Zeynalabdin Qiyami və Baş prokuror isə Firudin İbrahimi idi.

Bu hökumətin fəaliyyəti sadəcə idarəetmə mexanizmini qurmaqla kifayətlənmirdi. Torpaq islahatı həyata keçirilir, iri banklar milliləşdirilir, rüşvət və korrupsiyaya qarşı sərt qanunlar tətbiq olunurdu. Kəndlərdə səyyar xəstəxanaların yaradılması və sosial proqramların genişləndirilməsi ən çox əzilən təbəqələrin həyatında real dəyişikliklər yaradırdı. Milli Ordunun formalaşdırılması isə Güney Azərbaycan türklərinin özünümüdafiə gücünə etibar etdiyini göstərirdi. O illərin Təbrizində, Urmiyəsində, Ərdəbilində xalq öz dövlətini hiss edir və öz gələcəyini qurmağa hazırlaşırdı. Ancaq 21 Azər Hərəkatı yalnız irəliləyişlərdən ibarət olmadı; o, həm də ağır beynəlxalq oyunların qurbanına çevrilmiş bir milli oyanış idi. ABŞ və Böyük Britaniyanın şah rejiminə verdiyi siyasi-maddi dəstək, SSRİ-nin Pişəvəri ilə bağlı verdiyi vədlərdən geri çəkilməsi hərəkatın taleyini dəyişdi. 1946-cı ilin dekabrında şah ordusu Təbrizə daxil olaraq Milli Hökuməti qan içində boğdu. Minlərlə insan qətlə yetirildi, on minlərlə soydaşımız sürgünə göndərildi, hərəkatın rəhbər şəxsləri həbs olundu və bir çoxu edam edildi. Bir il sonra isə Pişəvəri Quzey Azərbaycanda, Yevlax yaxınlığında müəmmalı şəkildə həyatını itirdi. Bununla belə, 21 Azər Azərbaycan tarixində tək və təcrid olunmuş hadisə kimi qalmadı. Bu hərəkat İran Azərbaycanlılarının uzun illər boyu davam edən milli azadlıq mübarizəsinin yeni, daha təşkilatlanmış mərhələsi idi. Güney Azərbaycanın inqilabi ənənəsi bir neçə böyük tarixi mərhələdən ibarətdir:

Belə ki, Məşrutə İnqilabı (1905–1911) Səttarxan və Bağırxanın rəhbərliyi altında Təbriz bütün İran üçün azadlıq mərkəzinə çevrildi, konstitusiyalı idarəçilik uğrunda fədakar mübarizə aparıldı. Həmçinin Şeyx Məhəmməd Xiyabaninin “Azadıstan” Hərəkatı (1920) diktatura rejiminə qarşı milli-demokratik ideyaların yüksəlişi, iranlı azərbaycanlıların öz siyasi taleyini müəyyən etməyə çalışdığı cəhd idi. Və Pişəvəri və 21 Azər Hərəkatı (1945–1946) isə Güney Azərbaycan tarixində ən sistemli, ən genişqapsamlı dövlət quruculuğu təşəbbüsü kimi qiymətləndirilir. Bu üç böyük hərəkatın hər biri uğursuzluğa düçar olsa da, xalqın iradəsini sındırmadı. Əksinə, millətin azadlıq duyğusunu daha da gücləndirdi. Hər dəfə Güney Azərbaycan ayağa qalxdı, hər dəfə güc mərkəzləri onu zorla susdurdu, amma susdurulan yalnız səslər oldu, iradə yox.

21 Azər Hərəkatı həm Güney, həm də ümumazərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malikdir. Bu hadisə göstərdi ki, siyasi sərhədlər bir millətin düşüncə sərhədlərini məhdudlaşdıra bilmir. Tarix sübut edir: Azərbaycan türkləri öz kimliyinə sahib çıxmaq istədikdə, bunu nə zaman, nə rejimlər, nə də təzyiqlər dayandıra bilir. Bu gün Güney Azərbaycanda ana dilinə qoyulan qadağalar, siyasi hüquqların məhdudlaşdırılması, mədəniyyətin sıxışdırılması davam etsə də, 21 Azərin ruhu hələ də yaşayır. Təbrizin meydanlarında, Urmiyənin dar küçələrində, Ərdəbilin universitet həyətlərində, Zəncanın işçi məhəllələrində o ruhun qığılcımları bu gün də hiss olunur. Səksən il əvvəl bir il yaşayıb süquta uğradılan həmin hökumət əslində öz ideyasını bu günə qədər gətirə bildi.

21 Azər- bir xalqın azadlıq idealının çağdaş simvoludur. O gün bu məşəl Təbrizdə yandırılmışdı, bu gün isə bütün Güney Azərbaycanın ürəyində yanır və hələ sönmək fikrində deyil.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri