Icma.az
close
up
RU
22 milyona başa gələn prezidentlik Böyük Manipulyator

22 milyona başa gələn prezidentlik Böyük Manipulyator

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəlki yazı

Böyük Manipulyator

34-cü hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

MALİYYƏLƏŞDİRMƏDƏN HƏBSXANAYA

Siyasətdə pul qalib gəlməyin sinir sistemidir. Onsuz heç nə eləmək mümkün deyil. Keçmiş investisiya bankiri Emmanuel Makron bunu çox yaxşı bilir. Siyasi partiyaların və seçki kampaniyalarının mövcud olan maliyyələşdirmə qaydalarına baxmayaraq, bu sahələrdə pullar çox vaxt gizli dövriyyə edir. ABŞ-dan fərqli olaraq, Fransada özəl şirkətin hər hansı bir namizədin seçki kampaniyasına pul keçirməsi 1995-ci ildən qadağan edilib.

Bundan başqa, şəxsi ianələrə də limit qoyulub: ancaq 4600 avro prezidentliyə namizədin kampaniyasına, 7500 avro isə siyasi partiyanın hesabına keçirilə bilər. Beləliklə, Makron kimi nə siyasi partiyası, nə də ictimai maliyyə dayağı olan bir namizəd üçün pul problemi böyük əhəmiyyət kəsb edir. 2016-cı ilin sentyabrında "Hərəkətdə!" hərəkatının maliyyə assosiasiyasının prezidenti, keçmiş bankir Kristian Darnyat kampaniya fonduna toplanan ianələrə cavabdeh olan bir şəxs kimi hərəkatın pul tapmaq strategiyasını, elektron poçtu vasitəsilə göndərdiyi bir məktubda belə izah edir: “Biləndə ki, qanuna görə prezidentliyə seçki kampaniyasının xərcləri 22 milyon avronu keçə bilməz və biz bankdan maksimum 9 milyon kredit ala bilərik... (namizəd seçkilərdə 5 faiz səs qazana bilsə, o krediti dövlət banka ödəyir) onda yerdə qalır haradasa 13 milyon “tapmaq”. Əgər bu rəqəmi 10 milyona yuvarlaqlaşdırsaq, o zaman 1333 nəfər adam tapmaq lazımdır ki, onların hər biri 7500 avro ianə versin...”.

Əvvəllər, Kristian Darnyat deyilən şəxs BNP bankının investisiya direktoru olub. Sonradan o hər şeyi atıb Makronun yaratdığı "Hərəkətdə!" hərəkatına qoşuldu. Bu adamı Makronla onların ortaq bir dostu – cibində Sosialist partiyasının biletini gəzdirən, Attali komissiyasının keçmiş üzvü Stefan Bujnah adlı bir bankir tanış edib. Kristian Darnyatın mühüm və geniş bir şəbəkəsi var və o, öz qəhrəmanını (Makron) prezident eləmək üçün şəbəkəsindən gen-bol istifadə edir. O, Monako knyazlığının dövlət naziri (Baş nazirin ekvivalenti) yüksək səviyyəli dövlət qulluqçusu, əsli Nant şəhərindən olan Serj Telle ilə dostluq edir. 2016-cı ilin yazından prezidentliyə gələcək namizəd, hələ ki, Fransua Hollandın İqtisadiyyat naziri olan Makron, gələcək kampaniyasına vəsait tapmaq üçün nazirlikdə tez-tez qəbullar və şam yeməkləri təşkil edir. Bu sahədə Makronun tayı-bərabəri yoxdur. Dəvət olunan qonaqlara yaxınlaşıb onlarla bir-bir tanış olandan sonra, o, yavaş-yavaş gələcək planlarından danışır və əlavə edir ki, bu fəaliyyətə o, ancaq nazirlər kabinetindən istefa verdikdən sonra başlayacaq. 2016-cı il sentyabrın 8-də onun tərəfdarları Londonda HSBC investisiya bankının baş direktoru franko-livanlı Samir Asəfin evində böyük bir ziyafət təşkil edirlər. Bankirin geniş mənzilinə medianı, texnologiya və incəsənəti təmsil edən yüzə yaxın qonaq dəvət olunur. Onu da qeyd edək ki, o gecə Emmanuel bankirin evində yatır. Stol arxasındakı qonaqlardan biri Makrondan soruşanda ki, onun nəyi çatmır, hamının diqqət mərkəzində olan prezidentliyə gələcək namizəd birmənalı cavab verir: “Vaxt, istedad və pul”. Sonra isə birbaşa mətləbə keçir: “Pul məsələsində məndə utanıb çəkinmək yoxdur”. Görünür, ziyafətdəki London trayderləri, eləcə də iş adamları, onun belə açıq və komplekssiz danışığını yüksək qiymətləndirirlər, çünki nəticədə, Makron Britaniya paytaxtından düz 872 000 avro ianə alacaq! Bu məbləğ bütövlükdə Fransanın on ən böyük əyalət şəhərindən göndərilən ianələrdən çoxdur. Makron, həqiqətən də, komplekssiz adamdır.

Sentyabrın sonunda onun keçmiş həmkarlarından biri, Rotşild bankının baş direktoru Oliviye Peku şəxsən öz adından Parisin mərkəzində Yelisey tarlalarının yaxınlığında yerləşən Terrasse 50 restoranında, dəbdəbəli şam yeməyi təşkil edir. Noyabrın 15-də elə həmin restoranda müşavir Matyö Len və keçmiş nazir Reno Dütre biznes sahəsinin bir sıra nümayəndələrinin iştirakı ilə yeni bir dəbdəbəli şamyeməyi təşkil edirlər. Bu sonuncu iki nəfər, HSBC bankının beynəlxalq əlaqələrlə məşğul olan adamlardan biri Kristian Dezeqlis ilə birlikdə, dekabr ayının 4-ü ilə 6-sı arasında Makronun Nyu Yorka səfərini də təşkil edirlər. Bu üç gün ərzində gələcək namizəd Amerikada, aşağısı altı çox vacib görüşdə iştirak edəcək. 2017-ci ilin yanvar ayının əvvəlindən Makronun maliyyə ilə məşğul olan komandası bərk narahatlıq içindədir. Nəyə görə? Ona görə ki, Kristian Dezeqlisin bahalı restoranlarda təşkil etdiyi çoxsaylı və dəbdəbəli şam yeməklərinə, eləcə də ora dəvət olunan müxtəlif iş adamlarının iştirakına baxmayaraq, maliyyə qrupu Makronun prezidentlik kampaniyasına lazım olacaq vəsaitin hamısını hələ də toplaya bilməyib. Elektron poçtla göndərilən bir məktubdan bəlli olur ki, 31 dekabr 2016-cı il tarixində, o bahalı restoranlarda təşkil olunan dəbdəbəli şam yeməkləri sayəsində cəmi-cümlətanı 3 482 000 avro əldə edilib. Bu məbləğ xəzinədə olan pulların yalnız 69 faizini təşkil edir. (Kampaniyaya 5000 avrodan çox pul keçirən 400 nəfərin verdikləri ümumi məbləğ də daxil olmaqla). Maliyyə qrupunun təqdim etdiyi sənədə əsasən, 2016-cı ilin dekabr ayının sonunda Makron bahalı restoranlarda təşkil olunan dəbdəbəli şam yeməkləri sayəsində toplanan 3 482 000 avro da daxil olmaqla, ümumilikdə, təxminən, 5 000 000 avro toplayıb. Təbii ki, bu məbləğə Makrona simpatiya bəsləyən iş adamlarının internet vasitəsilə kampaniyanın fonduna keçirdikləri pullar da daxildir. Makronun maliyyə ilə məşğul olan komandasını narahat edən odur ki, sentyabr ayında Kristian Dezeqlis demişdi ki, ilin axırına minimum 10 000 000 avro tapacaq. Onun dediyi alınmadı... Bununla əlaqədar olaraq, ilin əvvəlindən kampaniyanın maliyyə qrupu strategiyanı dəyişir: pul toplamaq ümidi ilə varlı adamları mütəmadi olaraq bahalı restoranlara dəvət edib onlara dəbdəbəli qonaqlıqlar vermək üsulu arxa plana keçir. 2017-ci ilin yanvar ayının əvvəlindən kampaniyanın maliyyə qrupu gələn beş ay ərzində xəzinəyə 2 000 000 avro əlavə pul toplamağı planlaşdırır. (350 000 avro yanvarda, 800 000 fevralda, 500 000 martda, 175 000 apreldə və yenə 175 000 may ayında) Bundan başqa, maliyyə qrupunun üzvləri belə qərara gəlirlər ki, kampaniyaya (ikinci tur da daxil olmaqla) lazım olacaq büdcənin yerdə qalan 11 000 000 avrosunu bankdan kredit götürsünlər. Onu da qeyd etmək lazımdır ki, ilin əvvəlində Makronun yaratdığı "Hərəkətdə!" siyasi hərəkatının, eləcə də onun seçki kampaniyasının real maliyyə vəziyyətini hələ ki, çox az adam bilir. Telefon danışığı zamanı kampaniyanın kommunikasiya direktoru Silvan Fort həmsöhbətinə təsdiqləyir ki, maliyyə qrupu kifayət qədər pul tapa bilmədiyi üçün onların vəziyyəti o qədər də yaxşı deyil və elə o dəqiqə də özünü təmizə çıxarır: “Bu normaldır... Makron Paris bursunun (CAC 40) namizədi deyil ki, çırtma vurmaqla kampaniyasına lazım olan məbləği bir göz qırpımında tapsın...”. Düzdür, namizədin maddi vəziyyəti 2017-ci ilin əvvəlində hələ ki zəifdir, bu da təbiidir, çünki Makronun heç bir partiyası olmadığından, o, başqa namizədlərdən fərqli olaraq, partiya üzvləri tərəfindən edilən maliyyə dəstəyindən məhrumdur. Emmanuel Makronun kampaniyasına keçirilən pulların əksəriyyəti, Londonda gördüyümüz kimi, xarici ölkələrdə yaşayan və orada bank sistemində çalışan varlı adamların sayəsində əldə olunub.

Ardı var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri