Icma.az
close
up
RU
22 min manata idi, 25 minə satırlar Bazarda vəziyyət kökündən dəyişir

22 min manata idi, 25 minə satırlar Bazarda vəziyyət kökündən dəyişir

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir.

Milli.Az "Kaspi" qəzetində dərc olunan məqaləni təqdim edir:

Yeni ildən etibarən bu güzəştlər qüvvədən düşəcək və hibrid də, elektriklə işləyən avtomobillər də digər nəqliyyat vasitələri ilə eyni vergi rejiminə daxil ediləcək. Bununla yanaşı, idxal zamanı həm gömrük rüsumu, həm də ƏDV tətbiqi bərpa olunacaq. Güzəştlərin ləğvi artıq geniş müzakirələrə yol açıb. İndi hamını düşündürən əsas sual budur ki, güzəştlər ləğv edildikdən sonra avtomobil bazarında vəziyyət necə dəyişəcək? İnsanlar yenidən ikinci əl avtomobillərəmi yönələcəklər?

"22 min manata olan maşınları artıq 25 minə satırlar"

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, bu dəyişikliklərdən sonra gələn ildən avtomobillərin qiymətlərində artım olduğu göz qabağındadır: "Hibrid avtomobillərlə bağlı hələ qərar təsdiqlənməmiş qiymətləri qaldırdılar. Hazırda əvvəlki qiymətlərlə müqayisədə avtomobillərin 2-3 min manat civarında bahalaşdığı hiss olunur. Avtomobil ticarətçiləri bu xəbərlər çıxana kimi ölkəyə 22 min manata gətirdikləri maşınları artıq 25 minə satırlar. Hətta qiymət artımı ikinci əl avtomobil bazarında da özünü göstərməkdədir. İşlənmiş avtomobillərin də qiyməti 1000-2000 manat civarında qalxıb. Elektrikli avtomobillərdə vəziyyət hələ ki əvvəlki kimi qalsa da, onların da bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, hələ 2026-cı il deyil və qiymətlər qalxıbsa, bu o deməkdir ki, gələcəyə doğru qiymətlər daha da artacaq. 2026-cı ildən sonra isə qiymətlərin kəskin bahalaşması gözlənilir".

A.Nəbiyevin fikrincə, indidən ikinci əl avtomobil bazarına meyillənmə mövcuddur: "İnsanların Çin maşınlarına bu qədər həvəs göstərməsinin səbəbi onların nisbətən ucuz olması idi. 30 min manata işlənmiş mexaniki avtomobili alırdısa, həmin qiymətə daha komfort Çin maşını sifariş etmək mümkün idi. Artıq bu avtomobillərin bazarı da formalaşdı. İkinci əl maşınlar da bazara çıxır. Hətta alıcıları da var. Düşünürəm ki, dəyişikliklərdən sonra ikinci əl bazarına tələbat daha da artacaq. Bir neçə aydan sonra qiymətlərdə xeyli fərq olacaq. Hətta yeni avtomobillərlə ikinci əl avtomobillərin satışı bir müddət bərabər səviyyədə olacaq".

Durğunluq da aradan qalxacaq

Ekspert düşünür ki, qiymət artımından sonra ənənəvi avtomobillərin bazarı canlanacaq: "Hibrid avtomobillərin qiymətində yüksəlmə baş verdikdən sonra ənənəvi avtomobillərə də maraq arta bilər. Halbuki son vaxtlar insanların həmin avtomobillərə marağı ölmüşdü".

"Ümumi avtomobil bazarına da öz təsirini göstərəcək"

İqtisadçı-ekspert Asif İbrahimov da indidən bazarda avtomobil qiymətlərinin yüksəldiyini təsdiq edir: "Ölkəmizə sürətlə hibrid və elektromobil avtomobillər daxil oldu. Bu proses bütün dünyada gedir. Daha ucuz başa gəldiyi üçün insanlar bu avtomobillərə yönəldilər. Ölkəmizdə də həm qiymətlərinin ucuz olması, həm gətirilmə şərtlərinin asanlığı, ƏDV olmaması, rəsmi mağazalardan alarkən kredit şərtlərinin əlverişli olması bu bazarı canlandırdı. Lakin artıq yeni ildən bu avtomobillər üçün olan güzəştlər ləğv edilir. Güzəştlər hələ ləğv edilməyib, amma qiymətlərin dəyişdiyini müşahidə edə bilirik. İstehlakçılar artıq qiymətlərin 4-5 min civarında bahalaşdığını bildirirlər".

A.İbrahimovun sözlərinə görə, ümumi avtomobil bazarında qiymətlər kökündən formalaşacaq: "Hibrid və elektromobillər ölkəyə gətirildikdən bəri ənənəvi avtomobil bazarında qiymət enmələri müşahidə edildi. Düşünürəm ki, güzəştlərin ləğvindən sonra onların da qiymətində müəyyən dəyişiklik baş verəcək. Bahalaşma olacağı gözlənilir. Qiymətlərin bahalaşması ümumi avtomobil bazarına da öz təsirini göstərəcək".

"Kredit şərtləri dəyişəcək"

İqtisadçının fikrincə, qiymətlər nə qədər bahalaşsa da, bu avtomobillərə olan tələb tamamilə azalmayacaq: "Amma düşünmürəm ki, güzəştlərin ləğvi bu avtomobillərin gətirilməsini tamamilə dayandırsın. Çünki istehlakçılar qiymətlər yüksəlsə də, komfort üçün bu avtomobilləri seçməyə davam edəcəklər. Alıcılıq azala bilər, amma tamamilə dayanması gözlənilmir. Bu avtomobillərlə bağlı kredit şərtlərində müəyyən dəyişikliklər ola bilər".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:583
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri