Icma.az
close
up
RU
Azərbaycanda 22 manatlıq avtomobil nömrəsini 25 minə satırlar (FOTO)

Azərbaycanda 22 manatlıq avtomobil nömrəsini 25 minə satırlar (FOTO)

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Saytların birində avtomobil nömrələrinin satışı təhkil olunub. Artıq həmin saytda 930 nömrə satışa çıxarılıb. BAKU.WS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, bu və bir neçə buna bənzər saytda nömrə nişanları açıq aşkar satışa çıxarılır və hər bir satıcı öz mobil telefon nömrəsini və ad-soyadını qeyd edərək müştəri axtarır. Nömrələr arasında o qədər də diqqət çəkməyənlər də var, lakin kifayət qədər diqqətçəkən və bahalı nömrələrə də rast gəlmək mümkündür. Əməkdaşımız həmin nömrə satanların bir neçəsi ilə əlaqə saxlayaraq nömrəni bir az ucuz satmağı xahiş etsə də, istəyinə nail ola bilməyib. Nömrə satanlar bildiriblər ki, devalivasiyadan sonra nömrəni aldıqları qiymətdən qat-qat ucuz satırlar. «Nömrəni haradan baha almısınız» sualına isə «Dövlət Yol Polisindən» deyə, cavab veriblər. Azərbaycan qanunvericiliyinə görə, nömrə nişanları rəqəmlərin və hərflərin kombinasiyasına görə 2500 manatdan baha satılmır. Yəni, ən bahalı nömrənin dövlət qiyməti 2500 manatdır. Məsələn, aşağıdakı siyahıda 25 min manata satışa qoyulan 10-GG-020 nömrə nişanının dövlət qiyməti 22 manatdır. Kimsə iddia edə bilər ki, bu, mənim şəxsi əmlakımdır və istədiyim qiymətə sata bilərəm. Lakin adından da göründüyü kimi, bu, dövlət nömrə nişanıdır və dövlətin qoyduğu qyimətdən baha satılmamalıdır. Həm yol polisi, həm də vətəndaşlar tərəfindən nömrənin baha satılmasına görə məsuliyyət nəzərdə tutulmalıdır. Hər halda, 22 manatlıq nömrəyə 25 min manat qiymət qoymaq gülünc və biabırçılıqdır.

BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:2338
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri