Icma.az
close
up
RU
22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi İndi pula pul demir FOTOlar

22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi İndi pula pul demir FOTOlar

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İsveçdə doğulub böyüyən 22 yaşlı Nicole Gheibi verdiyi ani qərarla həyatını dəyişib. Turizmin önəmli şəhərlərindən olan Alanyaya köçərək Türkiyəni gəzməyə başlayıb və sosial media üçün çəkdiyi kənd həyatı videoları ilə qısa müddətdə böyük maraq qazanıb.

Milli.Az xəbər verir ki, Nicolenin videolarına milyonlarla baxış gəlir.

İsveçin Helsingborg şəhərində dünyaya gələn 22 yaşlı Nicole Gheibi isti iqlimi və səmimi insanları ilə tanınan Alanyada 2021-ci ildə tamamilə fərqli bir həyat qurub. Gənc yaşda verdiyi radikal qərarla İsveçdəki rahat həyatını arxada qoyaraq Türkiyəyə köçən Nicole Alanyanın kənd bölgələrində təbii həyatı əks etdirən videolar çəkməyə başlayıb.

320 min izləyicisi var

Kənddə inək sağmaqdan, təndirdə çörək bişirməyə, bağçadan tərəvəz yığmağa qədər bir çox ənənəvi anı lentə alan Nicole sosial mediada böyük rəğbət qazanıb. Sosial mediada 320 min izləyiciyə çatan bu gənc fenomenin videoları milyonlarla dəfə izlənib. Xüsusilə türk izləyicilərinin ona böyük maraq göstərdiyini də qeyd edir. Nicolenin paylaşımlarına gələn şərhlərdə onu "Yad deyil, bizim kimidir" deyə səciyyələndirən kənd əhalisi onu böyük sevgi ilə qarşılayıb.

"Kənd həyatı mənə rahatlıq verir"

Qəfil qərarla Türkiyəyə, sonra isə Alanyaya yerləşən sosial media məzmun istehsalçısı Nicole deyir:

"Ailəm Alanyaya köçmək istədi, mən də bunu fürsət kimi gördüm. İsveçdən qaçmaq istəyirdim, oranı heç sevmirəm. Mən kənd həyatını və yeni mədəniyyətlər kəşf etməyi sevirəm. Türkiyəyə tətildə gələndə kənd həyatını gördüm və çox sevdim. Mənə böyük rahatlıq verir. Sosial mediada məni görənlər çox pozitiv rəy bildirirlər. Kənd həyatını görənlər müsbət şeylər deyirlər. Türkiyəni buna görə çox sevirəm. Alanya çox gözəl yerdir və burada hər şey var".

"Kəndləri gəzirik"

Nicole ilə tanış olduqdan sonra birgə kənd videoları çəkən Selçuk Paksoy isə bildirib:

"Nicole ilə 2 il əvvəl tanış olduq. Ailəsi də özü də çox gözəl insanlardır. Nicole ilə müxtəlif fəaliyyətlər həyata keçiririk, videolar çəkirik və kəndləri gəzirik".

Alanyaya könüllü bir tanıtım elçisi kimi töhfə verən Nicole yerli mədəniyyəti tanıtması ilə də diqqət çəkir.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri